"Xaçaturyanın dindirilməsində bir neçə qaranlıq məqam da aydınlığa çıxa bilər"

"Xaçaturyanın dindirilməsində bir neçə qaranlıq məqam da aydınlığa çıxa bilər""Birinci Qarabağ müharibəsi ərəfəsində və müharibə dövründə Azərbaycan sakinlərinə qarşı törədilmiş bütün əməllər üzrə Baş Prokurorluq cinayət işi açıb. Tədqiqat nəticəsində istintaqa məlum olan şəxslər axtarışa verilib. Erməni əsilli cinayətkarlar hesab edirdilər ki, bu, sadəcə sənədləşmədir, Azərbaycan hüquq-mühafizə orqanları onları tapa bilməyəcək".

Bu fikirləri Oxu.Az-a Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən birinin saxlanılmasından danışarkən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib. Deputat qeyd edib ki, cinayətkarın tutulması heç kəsin törətdiyi əməlin cəzasından qaça bilməyəcəyini sübut edir:

"Bu onu göstərir ki, cinayətkarların axtarışları davam etdirilir və zaman-zaman onlar Azərbaycan məhkəmələri qarşısında cavab verəcəklər.

Eyni zamanda diqqəti cəlb edən başqa məqamlar da var. Artıq ikinci dəfədir, Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınları ilə qeyri-qanuni hərəkətlər edilir. İlk dəfə qanunsuz materiallar tutuldu, bu dəfə isə beynəlxalq axtarışda olan cinayətkarı Azərbaycan ərazisindən çıxarmağa cəhd edildi. Bütün bunlara diqqət etdikdə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycanın Qarabağ ərazisindəki fəaliyyəti bir çox suallar doğurur. Komitə rəsmiləri aydınlıq gətirməlidirlər. Komitənin nizamnaməsinə və proqramına uyğun hərəkət edilirmi? Belə çıxır ki, digər cinayətlər də vaxtaşırı ortaya çıxarılacaq.

Bir məqama da toxunaq. Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidə Azərbaycan qanunları hələ ki, işləmir. Oradakı insanlar da separatçı rejimin uydurduğu qaydalarla yaşamağa çalışırlar. Əgər həmin cinayətkar şəxs oradan qaçmağa cəhd edibsə, deməli artıq dərk edirlər ki, Azərbaycan hüquqlarını gec-tez bərpa edəcək, qanunlarını Xankəndidə və ermənilər yaşayan ərazidə tətbiq edəcək. Azərbaycan qanunları Konstitusiya ilə təsdiq olunmuş, insanların böyük azadlığını qoruyan, sivil qanunlardır. Eyni zamanda törədilən cinayətə görə məsuliyyət də yaradır. Mümkündür ki, bundan sonra da orada başqa cinayətlərə görə gizlənənlər qaçmağa cəhd edəcəklər. O şəxslə indidən Azərbaycan hüquq-mühafizə orqanlarına təslim olsalar daha yaxşıdır".

Həmin şəxsin dindirilməsi zamanı başqa qaranlıq məqamların da aydınlığa çıxa biləcəyini deyən Aydın Mirzəzadə Xaçaturyana görə beynəlxalq qüvvələrin müdaxiləsini də istisna etmir:

"Saxlanılan şəxsin ifadələrində daha bir neçə cinayətkarın da yeri məlum olacaq. İllərdir, qaranlıq qalan çox məsələlər aydınlığa çıxa bilər. Yəqin ki, xaricdəki ermənipərəst qüvvələr onu siyasi məhbus elan edəcək, buraxılmasını tələb edəcəklər. Beynəlxalq qurumlar Azərbaycana çağırış edəcəklər. Ancaq İkinci Dünya müharibəsində insanlara qarşı qətllər törətmiş faşist cəlladları ilə Xocalı, Meşəli soyqırımı törətmiş insanlar arasında nə fərq var? Bu baxımdan hesab edirəm ki, biz müəyyən siyasi səs-küyün şahidi olacağıq. Azərbaycan suveren hüquqlarından geri çəkilməyə məcbur etmək istəyəcəklər. Bu cəhdlər əbəsdir. Azərbaycan xalqı öz müstəqilliyinin qiymətini bilir. Azərbaycan xalqının layiqli lideri var və biz kifayət qədər güclüyük ki, hüquqlarımızı qoruyaq. Xalqımız müstəqilliyinə bağlıdır. Bizi bir daha əvvəlki dövrlərin hüquqsuzluğuna qaytara bilməyəcəklər".

Qeyd edək ki, Baş Prokurorluğun məlumatına əsasən, keçirilmiş axtarış tədbirləri nəticəsində 29 iyul 2023-cü il tarixdə, Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1849   Tarix: 29 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr