"Azərbaycana müraciət etmədən Qarabağa humanitar yük göndərmək cəhdi planlaşdırılmış təxribatdır"

"Azərbaycana müraciət etmədən Qarabağa humanitar yük göndərmək cəhdi planlaşdırılmış təxribatdır""Ermənistan Azərbaycan ərazisi kimi tanıdığı Qarabağa humanitar yük göndərmək barədə Bakıya hər hansı bir müraciət etməyib. Bunu özləri etiraf edirlər. Deməli, bu, planlaşdırılmış təxribatdır".

Bu sözləri "Report"a açıqlamasında deputat Elnur Allahverdiyev deyib.

Onun sözlərinə görə, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin humanitar ehtiyaclarının təmin edilməsi üçün Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi marşrutu sonuncu Brüssel görüşündə razılaşdırılıb:

"Azərbaycan və Ermənistan liderlərinin danışıqlarından sonra bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel rəsmən bəyan edib. Maraqlıdır, görəsən, həmin danışıqlar ərzində Ermənistanın baş naziri nədən indiki kimi yüklərin Laçın yolu ilə keçməsində israr etmirdi? Bunu iyulun 15-də Brüsseldə keçirilən görüşdən dərhal sonra da deyə, narazılıq edə bilərdi. Rəsmi İrəvan Azərbaycan ərazisi kimi tanıdığı Qarabağa humanitar yük göndərmək barədə Bakıya hər hansı müraciət etməyib: "Bunu özləri etiraf edirlər. Deməli, bu, planlaşdırılmış təxribatdır".

E.Allahverdiyev söyləyib ki, bir sıra dövlətlərin də Ermənistanın təxribat cəhdinə dəstək vermələri əsaslı şübhələrə yol açır:

"Onların məsələ ilə bağlı bir-birilərini təkrar edən məzmunda bəyanatlar vermələri ikili standartların bariz göstəricisidir. Qarabağdan məcburi köçkün düşmüş bir milyona yaxın azərbaycanlı əhali illərlə humanitar yardıma ehtiyac içində yaşayıb, xüsusilə də ötən əsrin 90-cı illərində. Onda bu bəyanatları verən ölkələr eyni reaksiyanı vermişdilərmi? İndi İrəvandakı səfirlər yığışıb Azərbaycanla sərhədə gəlirlər, Avropanın ezam etdiyi müşahidəçilər gecə-gündüz keşikdə durublar".
Deputat bildirib ki, separatçıların, hətta "ərzaq çatışmazlığı" şəraitində hərbi xarakterli təxribatlardan əl çəkməmələri mövcud situasiyanın gerçək mahiyyətindən xəbər verir:

"Separatçı xunta həddini o qədər aşıb ki, hətta guya "humanitar böhran" zamanında da özünün təxribatlarından əl çəkmir. Bölgə üzərindən uçan sərnişin təyyarələrinin uçuşuna radiomaneələr yaradılır, özü də tək Azərbaycan təyyarələrinə deyil, o cümlədən, xarici təyyarələrə də. Necə ki, iyulun 24-də "Çexiya Hava Yolları" aviaşirkətinin təyyarəsinə maneə yaradıblar. Görəsən, hay-küy salan Avropa dövlətlərinin bundan xəbərləri varmı?"

Parlamentari qeyd edib ki, heç bir dövlət və ya dövlətlər digər dövlətə "sərhədini biz istəyən yerdən aç, yüklərimizi oradan keçirək" deyə göstəriş verə bilməz: "Azərbaycanla bu tərzdə danışmaq heç bir nəticə verməyəcək. Bizim mövqeyimiz aydındır. Ağdam-Xankəndi yolu tam hazırdır, təklifimizi vermişik, Brüsseldə qəbul edilib. Yükləriniz bütün gömrük və sərhəd prosedurlarını keçdikdən sonra sözügedən yolla Xankəndiyə aparıla bilər. Üstəlik, Azərbaycan ərazimizdə yaşayan erməniəsilli şəxslərin ərzaq və digər ehtiyaclarını özü də ödəməyə hazırdır. Laçın sərhəd-buraxılış məntəqəsi isə öz ahəngi ilə işləyir. Sıravi şəxslər sərhəddən heç bir maneəsiz keçirlər. Bu günədək sərhəddən 2 min nəfərə qədər şəxs istifadə edib".

E.Allahverdiyevin fikrincə, Ermənistan və havadarları vəziyyəti "humanitar böhran", "fəlakət" kimi qələmə verib siyasi manipulyasiya ilə məşğuldurlar.

"Qarabağ Azərbaycanın dünya, o cümlədən Ermənistan tərəfindən tanınmış ərazisidir. Bizim ölkədə hər hansı böhran, ərzaq çatışmazlığı yoxdur. Biz ərazimiz olan Qarabağdakı erməni əhalinin hər bir ehtiyacını ödəməyə hazırıq. Azərbaycan Ermənistan kimi xaricdən gələn ianələr hesabına dolanan dövlət deyil. Biz özümüz-özümüzü təmin edən ölkəyik. Belə olduğu halda hansı "böhran"dan danışmaq olar? Söhbət Xankəndidə kök salmış hərbi-kriminal xuntanın erməni əhalini özünün qorxu və ambisiyalarının girovuna çevirməsindən gedir. Ağdamla Əsgəran arasında yola beton maneələri kim düzdürübsə, o da böhranda maraqlıdır", - deyə deputat vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1190   Tarix: 29 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr