"UZAZ-2023" təliminin təntənəli açılış mərasimi keçirilib
"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı"na əsasən Daşkənd vilayətinin Çirçik poliqonunda "UZAZ-2023" kompüter dəstəkli taktiki komanda-qərargah təliminin təntənəli açılış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Mərasimdə çıxış edənlər Azərbaycan və Özbəkistan arasında hərbi və hərbi təhsil sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğundan danışıb, təlim iştirakçılarına uğurlar arzulayıblar.
Çıxışlar zamanı, həmçinin ilk dəfə təşkil edilən kompüter dəstəkli birgə təlimin ordularımız arasında mövcud ikitərəfli əlaqələrin daha da gücləndirilməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.
Qeyd edilib ki, "UZAZ-2023" təlimi hər iki ölkənin hərbi qulluqçuları arasında qarşılıqlı təcrübə mübadiləsi aparılmasına, onların peşəkarlığının və hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcəkdir.
Mərasimin sonunda təlim iştirakçılarının təntənəli keçidi olub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











7 gün qarpız yedi: orqanizminə necə təsir etdi?
Xəlil Göyüşovun şirkətinə 1 milyonluq sifariş - Xankəndidə söküntü həyata keçiriləcək
Sınaq sürüşü zamanı 15 milyonluq lüks avtomobillə vurub qaçdı - VİDEO
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu
"BakıKart"ın qiyməti ARTDI
Elvin Cəfərquliyev İngiltərə Premyer Liqasında?
Nazir 2 min manat maaş alan müəllimlərin sayını açıqladı
Həkimlər səhər beyni oyatmağın sadə üsullarını açıqlayıblar
Emin Əmrullayev: Artıq bütün müəllimlər sertifikasiyadan keçib
"Milyonlarla dövlət vəsaiti xərclənən dərsliklər şagirdlərin yaş psixologiyasına zidd mexanizmlərlə doldurulub" - AÇIQLAMA
Azərbaycanda bu şəxslərin evləri pulsuz TƏMİR OLUNACAQ
İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi
Səssiz qatil: 2050 ssenarisi 24 il əvvəl gerçəkləşdi - Zaman cədvəli pozuldu
İyulun ilk gününün hava proqnozu
Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - "Kababı sevir, yallı gedir" (VİDEO)