"FETÖ ilə mübarizədə Türkiyə ilə Azərbaycan mərkəzləşmiş strukturla fəaliyyət göstərə bilər"

"FETÖ ilə mübarizədə Türkiyə ilə Azərbaycan mərkəzləşmiş strukturla fəaliyyət göstərə bilər""FETÖ ilə mübarizədə Türkiyə ilə Azərbaycan, o cümlədən digər ölkələr mərkəzləşmiş strukturla fəaliyyət göstərə bilər".

Bunu "Report"a müsahibəsində Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz bildirib.

Y.Karaüz deyib ki, FETÖ terror təşkilatı yalnız Türkiyə deyil, dünya üçün təhlükə mənbəyinə çevrildiyinə görə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə ehtiyac var.

"İnsanların dini inancları istismar edilməklə dövlətinə, millətinə sadiq, faydalı insan yetişdirmək, tolerantlığa sahib çıxmaq adı altında fəaliyyətə başlayan bu təşkilat ilk qurulduğu vaxtdan xarici qüvvələrdən dəstək alıb, xarici kəşfiyyatın maşası olub. 1982-ci ildə Türkiyədə ilk məktəblərini açdılar. Sovetlər dağıldıqdan sonra Azərbaycan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, qismən də Türkmənistanda fəaliyyətə başladılar. 2016-cı ilə qədər dünyada minə yaxın məktəb təsis etdilər. Təlim-tədris fəaliyyətləri ibtidai təhsil, orta məktəb və universitetlərə tələbə hazırlamaq şəkilində özünü büruzə verməyə başladı. Əsasən imkanlı ailələrin tələbələrini cəlb edib, onların maddi vəsaitlərini mənimsədilər. Xarici ölkə kəşfiyyatları tərəfindən qorunan, dəstəklənən kadrlar vasitəsilə tələbələrdən özlərinə kadr, əlaltı hazırlamağa başladılar. Hazırladıqları kadrları gələcəkdə ölkələrin idarəedilməsinə yol açmaq üçün işə qəbul etdirdilər. Xüsusilə texniki kəşfiyyat dediyimiz dinləmə fəaliyyətlərini ələ keçirməklə kadr hazırladılar. Yəni o qədər yayılıblar ki, kütləvi həbslərlə bunları o sistemlərdən birdəfəlik təmizləmək mümkün deyil", - keçmiş hərbi attaşe qeyd edib.

Y.Karaüz vurğulayıb ki, FETÖ 2016-cı ilin iyulun 15-dən sonra aparılan əməliyyatlara rəğmən hələ də Türkiyə üçün təhlükədir.
1991-92-ci illərdən etibarən Azərbaycanda FETÖ təşkilatının 10-dan çox məktəb, yüzlərlə hazırlıq kursu, bir ali məktəbinin fəaliyyət göstərdiyini xatırladan ekspert əlavə edib ki, onlar azərbaycanlı biznesmenlərlə bərabər fəaliyyətlər yürüdüblər:

"Türkiyədə milli kəşfiyyat idarəsinin rəisinə qarşı 2012-ci ildə başladılan əməliyyat, onun ardınca 2013-cü ilin dekabrın 17-25-i tarixlərində iqtisadi çevriliş cəhdləri ilə bağlı fəaliyyətlərdən sonra Türkiyə Azərbaycanla bərabər FETÖ ilə mübarizəyə başladı. Yəni Türkiyədən sonra bu təşkilata qarşı mübarizədə ən diqqətli yanaşma Azərbaycanda olub. Azərbaycan 2013-cü ildən sonra mübarizə tədbirlərini gücləndirdi. Xüsusilə dövlətin idarəetmə strukturlarına nüfuz etmiş FETÖ-çülər ciddi nəzarətə götürüldü".

Y.Karaüz söyləyib ki, mübarizəyə rəğmən hələ də gizlində qalan, özünü büruzə verməyənlər var. Bu mənada Azərbaycanın son fəaliyyətləri təqdirəlayiqdir və dövlətin qətiyyətinin əlamətidir:

"Hesab edirəm ki, bu tədbirlər davam etdirilməlidir. FETÖ təhsil müəssisələrindən məzun olanlar nəzarətdə saxlanılmalıdır. Onların sosial çevrələri, ailə quruluşları, xaricdə kimlərlə əlaqədə olduqları çox qərarlı şəkildə araşdırılmalıdır. Bu baxımdan Azərbaycan böyük yol qət edib. Amma FETÖ hələ də təhlükədir. Ona görə də Azərbaycan və digər ölkələrin Türkiyə ilə sıx əməkdaşlıq etməsi vacibdir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1108   Tarix: 30 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr