Azərbaycan Ordusunda yeni tədris dövrü başlayıb - VİDEO
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlara, müdafiə nazirinin əmr və sərəncamlarına əsasən, qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə şəxsi heyətin təlim-tədris prosesi davam etdirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
2023-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrünün başlanması ilə əlaqədar tədbirlər keçirilib.
Keçirilən tədbirlərdə döyüş bayrağı sıra meydanına gətirilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.
Müdafiə nazirinin yeni tədris dövrünün başlanması ilə bağlı əmr və tələbləri şəxsi heyətə çatdırılıb. Yeni tədris dövründə hərbi qulluqçuların peşəkarlığının, keçirilən təlim və məşqlərin keyfiyyətinin və intensivliyinin artırılmasının vacibliyi qeyd edilib.
Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.
Qeyd edək ki, yeni tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrin döyüşə hazırolma vəziyyətinin yoxlanması üzrə tədbirlər həyata keçiriləcək. Bölmələr həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk edərək təlim mərkəzlərinə və ümumqoşun poliqonlarına hərəkət edəcəklər.
Keçiriləcək dərslərdə əsas diqqət komandirlərin çevik qərar qəbuletmə bacarıqlarının inkişaf etdirilməsi, qoşunlar arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsi, o cümlədən bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəldiləcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb