Şəkər tozu yenidən bahalaşacaq - XƏBƏRDARLIQ

Şəkər tozu yenidən bahalaşacaq - XƏBƏRDARLIQAzərbaycanda pərakəndə və topdan satılan şəkər tozunun qiymətində artım müşahidə edilir. Pərakəndə satılan şəkər tozunun bir kiloqramının qiymətində 10-20 qəpik, topdan satılan şəkər tozunun (50 kiloqramlıq) qiymətində isə 3-4 manat artım olduğu bildirilir. Bundan başqa, marketlərdə şəkər tozunun məhdud sayda satılması barədə xəbərlər dolaşır.

Ümumilikdə, şəkər qıtlığı yalnız Azərbaycanda deyil, digər ölkələrdə də müşahidə edilir. "Reuters" agentliyi "Green Pool" analitik agentliyinə istinadən yazır ki, bu il şəkər istehsalında 1,01 milyon ton həcmində kəsirin qeydə alınacağı gözlənilir.

Məlumat üçün bildirək ki, 2023-cü ilin ilk 6 ayında Azərbaycana 103 milyon dollar dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edilib.

Ölkədə şəkər qıtlığının səbəbi nədir? Gündəlik tələbat malları içərisində önəmli yer tutan şəkərin qiymətində daha çox artım ola bilərmi?

Mövzu ilə bağlı Modern.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli şəkər tozu qıtlığının yaranma səbəblərini belə izah edib:

"Mövsümlə əlaqədar olaraq şəkər tozuna tələbat artıb. Yəni insanlar kompot və ya mürəbbə bişirirlər. Qış üçün şəkərlə tədarük olunan məhsulların artmasına görə tələbat da çoxalır. Bunun nəticəsində əvvəlki qayda ilə tədarük olunan şəkər tozunun qıtlığı yaranır, bu isə öz növbəsində qiymətin artmasına səbəb olur".

Ekspertin fikrincə, qiymət artımının qarşısını almaq mümkündür:

"Ölkə daxilində ən böyük şəkər istehsalçısı "Azərşəkər" zavodudur. O zavodla hökumət arasında müəyyən razılaşma olmalıdır ki, yay aylarında şəkərə olan tələbatın artması nəzərə alınsın. Məhsulu başqa aylarda tədarük edib, yay aylarında daha geniş şəkildə satışa çıxarmaq olar. Bugünkü qiymət artımını aradan qaldıra bilərik. Amma zavodun işi də tənzimlənməlidir. Ölkədəki əsas şəkər istehsalçısı İmişlidəki şəkər zavodudur. Məsələn, yanvar ayından indiyə qədər şəkər zavodu təqribən 20 min ton şəkər ixrac edib. Həmin ixracatın 3-5 tonunu saxlayıb yay aylarında satışa çıxarsa, həm artan tələbat ödənilər, həm də şəkərin qiyməti sabit qalar. Rəqabət mühiti olmadığına görə zavod buna əhəmiyyət vermir. Hökumət bu barədə zavoda tapşırıq verməlidir".

Akif Nəsirli düşünür ki, şəkər tozunun qiyməti sentyabr və oktyabr aylarında yenidən arta bilər:

"Zavod şəkəri tələbata uyğun bazara çıxara bilməsə, sentyabr və oktyabr aylarına qədər şəkər tozunun məhdud sayda olması halı davam edəcək. Ümumi qiymət artımına uyğun olaraq, şəkərin 5-10 qəpik bahalaşması mümkündür. Ancaq həddindən artıq qiymət artımının olacağını düşünmürəm. Çünki dünya bazarında şəkərin qiyməti o qədər də baha deyil".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 3841   Tarix: 03 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb

Sentyabr ayının sonlarından etibarən Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb. "Report"un Aran bürosu xəbər verir ki, bununla əlaqədar Saatlı rayonunun Fətəlikənd kəndində tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Saatlı rayon icra hakimiyyətinin başçısı Elmi

2 oktyabr
.

Azərbaycan Belarusa armud ixracından gəlirini 3 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 3 min 885 ton armud ixrac edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,4 % az, kəmiyyət olaraq - 2,1 % çoxdur. Hesaba

1 oktyabr
.

Bakıda ətin qiyməti 19 manat oldu

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Qaynarinfo xəbər verir ki, hazırda ət satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kimi mövsüm dəyişikliyin

22 sentyabr
.

Azərbaycan Argentinadan limon və laymın idxalını kəskin artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 13 milyon ABŞ dolları dəyərində 13 min ton limon və laym (təzə və yaxud qurudulmuş) gətirilib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyə

1 oktyabr
.

Azərbaycanda pul bazası 15 %-dən çox artıb

Bu il oktyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 817,9 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 2,4 % çoxdur. Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 10,4 %, son 1 ildə isə 15,2 % artıb

2 oktyabr
.

Aİ-95 markalı benzinin qiyməti BAHALAŞACAQ? - AÇIQLAMA

Rusiyada neft emalı müəssisələrində yaranan problemlər və yanacaq istehsalının azalması regionun yanacaq bazarına da təsir göstərə biləcək amillərdən biridir. Bəs, Rusiyada neft emalı və yanacaq istehsalında yaranan problemlər Azərbaycanda benzin qiymətlərinə hansı formada təsir göstərə bilər və xüsusil

29 sentyabr
.

Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA

Vergi dəyişikliklərinə əsasən, aylıq vergitutulan gəliri 2500 manatadək olan şəxslər 2027-ci ildən 5 faiz, 2028-ci ildən 7 faiz dərəcəsi ilə gəlir vergisi ödəyəcəklər. Bəs, 2027-ci ildən fiziki şəxslərin gəlir vergisi dərəcələrinin dəyişməsi vətəndaşların real gəlirlərinə və aylıq qazancına necə təsi

23 sentyabr
.

İqtisadçı ekspert vəfat etdi

İqtisadçı ekspert Pərviz Heydərov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, 54 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, P.Heydərov 90-cı illərdə İqtisadiyyat Nazirliyində çalışıb. Prezident İlham Əliyevin 21 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatını

29 sentyabr
.

Naxçıvanda qadın sahibkarlar 1,4 milyon manatdan artıq güzəştli kredit alıb

İndiyə qədər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu qadın sahibkarların layihələrinin maliyyələşdirilməsə 1,4 milyon manatdan çox güzəştli kredit ayırıb. "Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliye

18 sentyabr