Avropanın ikiüzlü siyasəti: "Bir aydan sonra ancaq Ağdam yolu haqqında danışacaqlar" - VİDEO
Avqustun 1-də Avropa Parlamentinin "üç muşketyoru" bizi yeni "qılınc zərbələri"nə məruz qoyub. Lakin xoşbəxtlikdən onların bu zərbələri həmişəki kimi küt və effektsiz olub.
Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilib.
"Avropa Parlamentinin Cənubi Qafqazla Əlaqələr üzrə Nümayəndəliyinin rəhbəri Marina Kalyurand (Estoniya), Avropa Parlamentində Ermənistan üzrə daimi məruzəçisi Andrey Kovaçev (Bolqarıstan) və Azərbaycan üzrə daimi məruzəçi Jeliana Zovko (Xorvatiya) "Qarabağda ciddi humanitar böhran haqqında" dramatik başlıqlı birgə bəyanat yayıblar. "AP-nin möhtəşəm üçlüyü"nün bu günlərdə analoji əməlini xatırlatmaq yerinə düşər. Hələ cari ilin yazında adıçəkilən parlamentarilər birgə bəyanat qəbul etmiş və Azərbaycan tərəfindən "Laçın" SBM-in qurulmasından narazılıqlarını ifadə etmişdilər", - deyə videomaterialda qeyd olunur.
Vurğulanır ki, "üçlüyün bəyanatı"nda bir müsbət amil var ki, o da Ağdam yolunun mövcudluğunun dilə gətirilməsi faktıdır.
"Hazırda Avropa ehtiyatla Ağdam yolunun mövcudluğunu təsdiqləyir. Amma sabah bunu açıqca deyəcək, bir aydan sonra isə ancaq Ağdam yolu haqqında danışacaq", - videomaterialda bildirilir.
Daha ətraflı "Caliber"in yeni süjetində:
Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1451 Tarix: 03 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabrPrezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabrAzərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca
20 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabr