Prezidentin təhlükəsizliyini təmin edən orqanın yubiley medalı təsis olunub
"Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" Azərbaycan Respublikasının yubiley medalı təsis edilib.
BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna edilən dəyişikliyi təsdiq edib.
Qanuna əsasən, "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanda xidməti vəzifələrini həyata keçirərkən fərqlənən hərbi qulluqçular, mülki işçilər, veteranlar, habelə həmin orqanın fəaliyyətinin təmin olunmasında fəal iştirak edən və inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.
"Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1068 Tarix: 04 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabrPrezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabrAzərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca
20 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabr