Ərdoğan-Putin görüşündə Qarabağ müzakirəsi: Laçın yolu ilə bağlı...

Ərdoğan-Putin görüşündə Qarabağ müzakirəsi: Laçın yolu ilə bağlı...Yaxın vaxtlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla, Rusiya prezidenti Vladimir Putin arasında gözlənilərn görüşdə bölgənin gələcəyi ilə bağlı vacib müzakirələrin aparılacağı proqnozlaşdırılır. Bu görüşdə "taxıl sazişi" və Ukrayna ətrafındakı məsələlərdən savayı Qarabağda baş verən proseslər də müzakirə mövzusu olacaq. Bundan öncə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı və Türkiyə prezidenti ilə görüşü oldu. Bu səfərin də əsas məqsədlərindən biri Laçın yolundakı hadisələr, eyni zamanda Azərbaycan-Ermənistan danışıqların gələcəyi ilə bağlı Ankara ilə siyasi dialoqun aparılması idi.

Bunu Teleqraf.com-a politoloq Zaur Məmmədov deyib.

O qeyd edib ki, hazırkı vəziyyət Rusiya-Ermənistan münasibətlərində də soyuqluğu göstərir:

"Azərbaycan Prezidentinin Rusiya ilə bağlı çıxışlarına diqqət yetirsək, burada təmkinli bir davranış olduğu sezilir. Heç də hər şey göründüyü kimi deyil. Əslində bağlı qapılar arxasında çox ciddi məsələlər müzakirə edilir. Bunun nəticəsində Azərbaycan istədiyi bir sıra məqsədlərinə nail olacaq".

Politoloq bildirib ki, yaxın vaxtlarda Yevlaxda Qarabağ ermənilərinin nümayəndləri ilə Azərbaycan hökumətinin təmsilçiləri arasında görüş planlaşdırılır:

"Bu görüş pressinq nəticəsində baş tutur. Eyni zamanda Qarabağın dağlıq hissəsində separatçı qurumların ləğv edilməsi də gündəmdədir. Bununla yanaşı hələ də Azərbaycan ərazisində olan qanunsuz erməni hərbi birləşmələrinin bölgəni tərk etməsi də vacib prinsip kimi qarşıda durur".

Zaur Məmmədovun fikrincə, Nikol Paşinyanın Azərbaycanla sülh danışıqları fonunda yük konvoylarını yardım adı ilə sərhədə göndərməsi məntiqsizdir:

"Rusiya XİN sözçüsü Mariya Zaxarova da Paşinyanın bununla bağlı Azərbaycanı məlumatlandırmadığını deyib. Sözsüz ki, Moskva danışıqlarının səhəri günü Ermənistanın bu cür addım atması Rusiyanın vasitəçiliyinə kölgə salmaqdır. Burada Paşinyanın məqsədi tam aydındır. O, bölgəyə beynəlxalq missiyanın gətirilməsinə çalışır. Eyni zamanda rus sülhməramlılarını BMT-nin müşahidə missiyası ilə əvəzləmək niyyətindədir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1097   Tarix: 05 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr