Aleksandr Çerkasski: "Almaniya İsveç deyil, almanlar Quranın təhqir olunmasına qarşıdırlar"
Avropa ölkələrində - Danimarka və İsveçdə Quranın yandırılması aksiyaları, təəssüf ki, səngimir. Müsəlman dünyasında etirazlar nə qədər çoxalırsa, İsveç və Danimarka hökumətləri bu cür aksiyaların keçirilməsinə icazələri bir o qədər çoxaldırlar. Son günlərdə hər iki ölkədə dəfələrlə Quranın yandırılması aksiyaları keçirilib. Avropanın ən güclü ölkəsi olan Almaniyada isə Quranı yandırmaq cəhdləri olmayıb.
Vəziyyəti Oxu.Az-a şərh edən Almaniyadan olan analitik, "Neue Zeiten" jurnalının və "Neue Zeiten TV" "YouTube" kanalının naşiri və baş redaktoru Aleksandr Çerkasski deyir ki, Almaniya cəmiyyətində Quranın, ümumiyyətlə müqəddəs kitabların yandırılması mövzusu qətiyyən gündəmdə deyil.
"Almaniyada belə bir hərəkətə cəhd və ya niyyət yoxdur. Eyni zamanda, alman mətbuatı İsveç və Danimarkada baş verənlərdən yazır, Quranın təhqir olunmasını pisləyir. Mənim subyektiv fikrim budur ki, Almaniya tarixi keçmişinə görə belə hadisələrə son dərəcə diqqətli yanaşır. Almaniyada şəxsi azadlıq və ifadə azadlığı məsələsi mütləq deyil, məhdudiyyətlər var", - deyə analitik bildirib.
Aleksandr Çerkasski məsələni başqa aspektdən izah etməyə çalışıb:
"Bəlkə də, müqayisə o qədər uğurlu olmayacaq, ancaq mən sizə koronavirus pandemiyası ilə bağlı bir nümunə gətirəcəyəm. Bu, Almaniya və Skandinaviya ölkələrinin cəmiyyətlərindəki fərqi göstərəcək. Almaniyada sərt siyasət yürütdülər, məhdudlaşdırıcı tədbirlər tətbiq etdilər, lakin İsveç və Danimarkada belə olmadı".
Ekspertin fikrincə, Almaniyada belə bir prinsip hakimdir ki, bir insanın şəxsi azadlığı digərlərinin müstəqilliyini məhdudlaşdırmamalıdır:
"Yəni bizim ölkəmizdə də millətlərarası münasibətlərlə bağlı təhqirlərə, dinlərarası ədavəti qızışdırmağa görə Cinayət Məcəlləsində müddəalar yer alır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb