"Ermənistan Azərbaycanın yaratdığı reallıqları qəbul etməyə məhkumdur"

"Ermənistan Azərbaycanın yaratdığı reallıqları qəbul etməyə məhkumdur""Azərbaycanın Vətən müharibəsindəki hərbi qələbəsinin iqtisadi və diplomatik üstünlüklə müşayiət olunması bütün dünya tərəfindən qəbul olunur. Bu gün artıq Avropa, ABŞ və digər güc mərkəzlərində Azərbaycanın haqlı mövqeyi, tələbləri müzakirə mövzusudur".

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

O qeyd edib ki, Rusiyanın və Qərbin sülh təmaslarının ardınca Ermənistanın "Laçın" postunda törətdiyi təxribatdan sonra Prezident İlham Əliyevin "Euronews" televiziyasına müsahibəsi, səsləndirdiyi fikirlər bütövlükdə ölkəmizin mövqeyinin ən yüksək şəkildə ifadəsidir:

"Prezident İlham Əliyev müsahibəsində sülh danışıqlarının tarixinə diqqət yetirərək 1992-ci ildən etibarən - hələ işğal dövründə aparılan müzakirələr zamanı Avropa İttifaqının passivliyini qeyd etməklə yanaşı, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə son Brüssel danışıqlarında fəaliyyətini yüksək qiymətləndirdi. Zəfər savaşından sonra Minsk qrupunun sıradan çıxması ilə Avropa İttifaqı ən yaxşı vasitəçi mövqeyini qazandı. Eyni zamanda ölü doğulmuş keçmiş Minsk qrupundan sonra Avropa İttifaqının vasitəçiliyinin aktiv və obyektiv şəkildə müşahidə olunması təqdirəlayiq haldır. Prezident İkinci Qarabağ müharibəsindən danışaraq qeyd etdi ki, düşmən ölkənin işğal zamanı bütün vəhşiliklərinə rəğmən, Azərbaycanın məqsədi qisas deyil, tarixi ədalətin bərpası idi. Ermənistan müharibə zamanı Azərbaycanın tələb etdiyi ərazilərdən geri çəkiləcəyi tarixləri təqdim edən kimi ölkəmiz cəbhə istiqamətində bütün hərbi əməliyyatları dayandırdı. Növbəti mərhələdə sülh məsələsi gündəmə gəldi və faktiki olaraq sülh gündəlikdə duran əsas məsələyə çevrildi. Prezident bir daha bəyan etdi ki, əgər Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki Azərbaycan olaraq bizim Ermənistana qarşı heç bir ərazi iddiamız yoxdur və biz istərdik ki, qarşı tərəfin də bizə ərazi iddiaları olmasın. Ölkəmizin başçısı Qarabağda yaşayan erməni sakinlərdən danışaraq vurğuladı ki, onlar Azərbaycan vətəndaşları olaraq yaşamağa və ya Azərbaycanı tərk edəcəklərinə dair özləri seçim etməlidirlər. Azərbaycan vətəndaşları olacaqları təqdirdə, ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi tam təhlükəsiz bir həyat yaşamaları dövlət tərəfindən yüksək şəkildə təmin olunacaq".
Deputat R.Mahmudov söyləyib ki, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparan Ermənistandan fərqli olaraq, ölkəmiz bütün xalqlara qucaq açıb və multikultural dəyərlər dövlət siyasətimizdir:

"Azərbaycanın tarixi torpaqlarında məskunlaşan ermənilər "lider"lərin məsuliyyətsiz bəyanatlarına deyil, reallığa inanmalıdırlar. O "lider"lərin təxribatları məqsədlidir. "Laçın" sərhəd-buraxılış məntəqəsini əlində bayraq edərək, hay-həşir salaraq, bunun "qeyri-legitim" olduğu barədə sərsəm fikirləri ilə növbəti həyasızlığa əl atırlar. İstər Ermənistan, istərsə də onun havadarları bilməlidirlər ki, "Laçın" sərhəd-buraxılış məntəqəsinin yaradılması, fəaliyyəti tam qanunidir, Azərbaycanın daxili işi və suveren hüququdur. Azərbaycanın erməni sakinlərini blokadada saxladığı barədə Ermənistanın iddiaları gülünc və həqiqəti əks etdirmir".

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev son müsahibəsində sülh gündəliyinə və digər vacib məsələlərə toxunmaqla, onları təhlil etməklə, həmçinin fikirlərini beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə əsaslandırmaqla ölkəmizin qəti mövqeyini ortaya qoyub. Rəsmi Bakının mövqeyini həm də dünyanın qəbul edəcəyi qətiyyətlə ifadə olundu. Məsələ burasındadır ki, bu gün Azərbaycan Prezidentinin fikirləri bölgənin gələcəyi və inkişafı üçün əsas faktor kimi qəbul olunur və hər kəs bununla hesablaşmaqdadır. Ermənistan da anlamalıdır ki, regionun tərəqqisi naminə Azərbaycanın yaratdığı reallıqları qəbul etməyə məhkumdur, başqa çıxış yolu yoxdur".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 988   Tarix: 06 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr