"Nazirlik tərtib etdiyim sualı oğurlayıb" - Müəllimdən ŞOK İDDİA - VİDEO
Müəllim sualının nazirlik tərəfindən oğurlandığını deyir.
Şəmkirdə yaşayan, müəllimlik və repetitorluqla məşğul olan Tamara Abdullayeva "Xəzər Xəbər"ə deyib ki, iyulun 15-də Texnologiya fənni üzrə müləlimlərin işə qəbulu imtahanında salınmış 40 ixtisas sualının bir çoxu onun hazırlıq üçün tərtib etdiyi test bankından götürülüb.
Məsələ ilə bağlı məlumatı imtahanda iştirak edənlərdən aldığını deyən Tamara Abdullayevanın sözlərinə görə, bu hal onun müəlliflik hüquqlarının pozulmasıdır.
Tamara Abdullayeva deyir ki, onda şübhə yaradan digər hal Texnologiya fənni üzrə imtahana salınan sualların ictimai müzakirəyə çıxarılmamasıdır. Bu isə tək onun yox, imtahanda iştirak edənlərin də hüquqlarının pozulmasıdır və o, məsələ ilə bağlı artıq Elm və Təhsil Nazirliyinə müraciət edib.
Elm və Təhsil Nazirliyindən isə bildirildi ki, iddia tamamilə əsassızdır. MİQ imtahanlarına daxil edilən suallar xüsusi ekspert qrupu tərəfindən uzunmüddətli proses nəticəsində hazırlanır və emal prosesində nəinki hansısa test bankı, ümumiyyətlə heç bir vəsaitdən istifadə edilmir. Vaxtaşırı gündəmə gələn bu cür iddialar isə sadəcə repetitorların asan yolla tanınmaq arzusunun nəticəsidir./BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1068 Tarix: 07 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR
Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen
4 oktyabrKimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ
Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni - V-I fəsildə əksini tapıb. Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanını
4 oktyabrErmənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri
4 oktyabrSevinc Tahirova İcraçı direktor təyin olunub - YENİLƏNİB
Sevinc Tahirova "MTV Azərbaycan" telekanalının da nəzdində fəaliyyət göstərdiyi "Fətiyev Group" şirkətinə İcraçı direktor təyin olunub. Bu barədə Yurd.Media-ya Sevinc Tahirovanın özü məlumat verib. Qeyd edək ki, "Fətiyev Group" Azərbaycanda media və reklam sahəsində fəaliyyə
5 oktyabrAzərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR
Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma
4 oktyabrAzərbaycanda əlavə iş yerləri yaradılacaq
Qanunvericiliyə "paraleqal" anlayışı daxil edilir. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" Qanunda əksini tapıb. Paraleqal dövlət büdcəsindən ayrılmış vəsai
5 oktyabr"Neptun"dakı endirim narazılıq yaratdı - Foto
"Neptun" marketlərindəki endirim alıcıları narazı salıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə Emil Rəhimov yazıb. O bildirib ki, marketin satıcıları və kassirləri endirim barədə məlumatlı deyil:. "Market çölündə yazılı və həmçinin içində səsli elan olaraq 1kq" Valio" yağlarını
5 oktyabr