DİN-dən Naxçıvanda əməliyyat - Aralarında qadın da olmaqla 35 nəfər saxlanılıb

DİN-dən Naxçıvanda əməliyyat - Aralarında qadın da olmaqla 35 nəfər saxlanılıbNaxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən son 45 gün ərzində respublikanın ayrı-ayrı şəhər, rayon və qəsəbələrində cinayətkarlığın qarşının alınması və baş vermiş digər hüquqazidd əməllər törədən şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində təxirəsalınmaz əməliyyatlar davam etdirilib və əməliyyatlar nəticəsində ümumilikdə 35 nəfər saxlanılıb.

Sonxeber.az report-a istinadən xəbər verir ki, tədbirlər zamanı Naxçıvan şəhəri, Culfa, Şahbuz və digər ərazilərdə üzərlərində, həmçinin yaşadıqları evlərdə qanunsuz olaraq odlu silah, eləcə də müvafiq sənədləri olmayan ov tüfəngləri saxlayan 5 nəfər tutulub.

Bu şəxslərdən 5 ədəd "TOZ", "İJ" markalı müvafiq sənədləri olmayan tüfəng, 1 ədəd "Kalaşnikov" avtomatı, 1 ədəd minaatan partladıcısı aşkar olunaraq götürülüb.

Qeyd edilən dövr ərzində narkotiklərin satışını təşkil edən və Naxçıvan Muxtar Respublikası ərazisinə narkotikləri qanunsuz olaraq karqo vasitəsilə gətirən ümumilikdə 17 nəfər saxlanılıb. Həmin şəxslərdən külli miqdarda narkotik vasitə və psixotrop maddələr aşkar edilib.

Hesabat dövründə həmçinin Naxçıvan şəhəri və digər bölgələrdə silsilə mənzil, təmir-tikinti ləvazimatları,avtomobillərdən akkumlyator, eləcə də digər ehtiyat hissələri oğurlayan və dələduzluq əməlləri törədən İlkin Əliyev, Taleh və Saday Hüseynovlar, Əlisübhü Abbasov, Aytəkin İsmayılova, Yasin Qəribov, Məmmədhüseyn Rüstəmov, Faiq Kazımov, Coşqun Babayev, eləcə də restoranlardan birindən 2 ədəd POS-terminal və pul oğurlayan Burxan İbrahimov saxlanılıblar.

Həmçinin polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Babək rayon sakini Səfər Əkbərovun Naxçıvan şəhərində yerləşən mağazalara və ticarət obyektlərinə daxil olaraq vəzifəli şəxslərin adından iş adamlarından qanunsuz olaraq pul tələb etməsi faktı da müəyyən olunub.

Culfa rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı isə rayon sakini Şirzan Məmmədov və Nadir Ələkbərovun su sayğaclarına qanunsuz müdaxilə etdikləri, eləcə də pul müqabilində sayğaclardakı göstəriciləri silmələri faktı da aşkar edilib

Qeyd olunan faktların hər biri ilə bağlı istintaq və əməliyyat tədbirləri davam etdirilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4886   Tarix: 07 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

4 oktyabr
.

Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi

Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev insidentdən sonrakı gecə Sisyan xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə aparılıb. "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə nəşrə mənbələr məlumat verib. Müvafiq dövlət qurumları isə Azərbayca

5 oktyabr
.

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Bu gün müəllimlər öz peşə bayramlarını qeyd edirlər. xatırladır ki, 1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənə

5 oktyabr
.

Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Alman-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Şəmkir rayonunda yerləşən tarixi Alman Lüteran kilsəsində Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin II Beynəlxalq Opera Festivalı keçirilib. Tədbirin əvvəlində Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingi

5 oktyabr
.

"WhatsApp"da yeni funksiya

"WhatsApp" istifadəçilər üçün yeni funksiya təqdim edib. xəbər verir ki, yenilik sayəsində statuslarda paylaşılan videoları artıq 2x sürətlə izləmək mümkündür. Bu funksiya istifadəçilərə videolara adi sürətdən iki dəfə daha sürətli baxmağa imkan verir. Beləliklə, statuslarda paylaşılan vide

5 oktyabr
.

Kimlərin kredit borcu SİLİNƏ BİLƏR? - Ekspertdən AÇIQLAMA

Kredit borcunun silinməsi ilə bağlı müxtəlif hallar mövcud olsa da, borcalanın sadəcə maddi çətinlik yaşaması borcun avtomatik olaraq ləğv edilməsi üçün əsas sayılmır. Borcalanın vəfat etməsi, kreditin sığortalanması, bankın borcu bağışlaması, dövlət tərəfindən xüsusi qərarın qəbul edilməsi, iddia müddətini

5 oktyabr
.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

4 oktyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

4 oktyabr
.

Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr

3 oktyabr