Gəliri 1 il ərzində 32 faiz azalan "İnvest-Az" sahibkarlara "pul qazanmaq dərsi" keçir

Gəliri 1 il ərzində 32 faiz azalan "İnvest-Az" sahibkarlara "pul qazanmaq dərsi" keçirÖz aktivlərindən istifadə edə bilməyən "İnvest-Az" investisiya şirkəti müştərilərinə "Forex" tədrisi keçir və həftə içi hər iş günü, 24 saat boyunca pul qazanmağın yolları ilə bağlı seminar keçir.

4 növ investisiya alətindən biri olan "Aktivlərin idarə edilməsi"ni "İnvest-Az" investisiya şirkəti özü həyata keçirə bilməyib. Amma sözügedən şirkət bununla bağlı öz müştərilərinə məsləhətlər verir.

2022-ci ilin sonunda "İnvest-Az" şirkətinin aktivlərinin gəlirliyi 1 il ərzində 32 faiz azalıb. Şirkəti isə öz müştərilərinə "Aktivlərin idarə olunması"na görə məsləhət verir ki, pulunuz peşəkar fond meneceri tərəfindən şaxələndirilmiş investisiya portfelinə yatırılacaq. O zaman ortaya sual çıxır ki, şirkət niyə öz aktivlərinin gəlirini 1 il ərzində 32 faiz azaldıb. Burada ya sözügedən peşəkar fond menecerləri yoxdur, ya da il ərzində yatırımlar arasında itkilər baş verib. Təbii ki, investisiya yatırımlarında risk payı var və əvvəlcədən öngörülən risk faizləri hesablanır. Burada da "İnvest-Az" şirkəti şirin vədlərlə müştəri qazana bilsin deyə "investisiyanız bir deyil, bir sıra qiymətli kağızlar üzərində yatırılır" kimi sözlər verərək risk payını minimuma endirdiyini açıqlayır.

ROA göstəricilərini 8,56 faizdən 5,83 faizə endirən şirkət diversifikasiyanın gözəlliyindən bəhs edir, özünün itirdiyi faizi müştərisi üçün qazanacağını iddia edir. Bundan başqa "İnvest-Az"ın cəmi cari aktivləri də 1 il ərzində 3 milyon 639 min manat və ya 27,65 faiz azalıb. Bununla da bitmir. Şirkətin hesabatına görə, "İnvest-Az"ın əməliyyat mənfəətinin də 572 min manat və ya 40,2 faiz azalma olub. Burada da "İnvest-Az" öz müştərilərinə xarici valyuta bazarındakı əməliyyatların uğurundan bəhs edir.

Qeyd edək ki, "İnvest-Az" investisiya şirkəti bu və bu kimi tədrislərdən qazancını 8 min 941 manat və ya 47,14 faiz artıraraq 27 min 906 manata yüksəldib./Kommersant.Az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 809   Tarix: 07 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

4 oktyabr
.

Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi

Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev insidentdən sonrakı gecə Sisyan xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə aparılıb. "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə nəşrə mənbələr məlumat verib. Müvafiq dövlət qurumları isə Azərbayca

5 oktyabr
.

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Bu gün müəllimlər öz peşə bayramlarını qeyd edirlər. xatırladır ki, 1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənə

5 oktyabr
.

Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Alman-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Şəmkir rayonunda yerləşən tarixi Alman Lüteran kilsəsində Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin II Beynəlxalq Opera Festivalı keçirilib. Tədbirin əvvəlində Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingi

5 oktyabr
.

"WhatsApp"da yeni funksiya

"WhatsApp" istifadəçilər üçün yeni funksiya təqdim edib. xəbər verir ki, yenilik sayəsində statuslarda paylaşılan videoları artıq 2x sürətlə izləmək mümkündür. Bu funksiya istifadəçilərə videolara adi sürətdən iki dəfə daha sürətli baxmağa imkan verir. Beləliklə, statuslarda paylaşılan vide

5 oktyabr
.

Kimlərin kredit borcu SİLİNƏ BİLƏR? - Ekspertdən AÇIQLAMA

Kredit borcunun silinməsi ilə bağlı müxtəlif hallar mövcud olsa da, borcalanın sadəcə maddi çətinlik yaşaması borcun avtomatik olaraq ləğv edilməsi üçün əsas sayılmır. Borcalanın vəfat etməsi, kreditin sığortalanması, bankın borcu bağışlaması, dövlət tərəfindən xüsusi qərarın qəbul edilməsi, iddia müddətini

5 oktyabr
.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

4 oktyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

4 oktyabr
.

Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr

3 oktyabr