Hərbi Prokurorluq Dövlət Sərhəd Xidməti ilə birgə Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə tədbirlər keçirdi
Hərbi Prokurorluq Dövlət Sərhəd Xidməti ilə birgə Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə tədbirlər keçirib.
AZƏRTAC xəbər verir ki, Lənkəran və Cəlilabad rayonlarında yerləşən N saylı hərbi hissələrdə keçirilən tədbirlərdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsinin və şəhidlər guşəsinin önünə gül dəstələri düzülərək, əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb.
Mərasimlərdə çıxış edən Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi, mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev əvvəlcə Baş Prokuror Kamran Əliyevin və Hərbi Prokuror Xanlar Vəliyevin salamlarını şəxsi heyytə çatdırıb. Bundan sonra, o, Lənkəran hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Elşən Əli-Məmmədov, polkovnik Rauf Abdullayev, polkovnik Əli Əliyev, polkovnik-leytenant Fizuli Umarov və digər çıxışçılar müstəqillik yolumuzu və firavan istiqbalımızı nurlandıran, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan böyük tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, dövlətimizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.
Çıxışçılar, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ilə yaxın müddət ərzində ölkəmizdə görülmüş misilsiz işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşmasından, bu uğurların əldə olunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyindən və xalqın əzmkarlığından danışdılar.
Tədbirlərdə, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Qələbə xüsusi vurğulanmaqla, Vətən müharibəsindən, o dövrdə prokurorluğun, həmçinin Hərbi Prokurorluğun Silahlı Qüvvələrlə, o cümlədən Dövlət Sərhəd Xidməti ilə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib, iftixar dolu 44 günün unudulmaz təəssüratları xatırlanıb.
Mərasimlərdən sonra, hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olunmuş, onları maraqlandıran suallar cavablandırılmış, eləcə də hərbçilərin qayğı və problemləri ilə maraqlanılıb.








Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1035 Tarix: 07 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR
Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen
4 oktyabrBu gün Beynəlxalq Müəllimlər Günüdür
Bu gün müəllimlər öz peşə bayramlarını qeyd edirlər. xatırladır ki, 1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənə
5 oktyabrTarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Alman-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Şəmkir rayonunda yerləşən tarixi Alman Lüteran kilsəsində Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin II Beynəlxalq Opera Festivalı keçirilib. Tədbirin əvvəlində Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingi
5 oktyabr"WhatsApp"da yeni funksiya
"WhatsApp" istifadəçilər üçün yeni funksiya təqdim edib. xəbər verir ki, yenilik sayəsində statuslarda paylaşılan videoları artıq 2x sürətlə izləmək mümkündür. Bu funksiya istifadəçilərə videolara adi sürətdən iki dəfə daha sürətli baxmağa imkan verir. Beləliklə, statuslarda paylaşılan vide
5 oktyabrKimlərin kredit borcu SİLİNƏ BİLƏR? - Ekspertdən AÇIQLAMA
Kredit borcunun silinməsi ilə bağlı müxtəlif hallar mövcud olsa da, borcalanın sadəcə maddi çətinlik yaşaması borcun avtomatik olaraq ləğv edilməsi üçün əsas sayılmır. Borcalanın vəfat etməsi, kreditin sığortalanması, bankın borcu bağışlaması, dövlət tərəfindən xüsusi qərarın qəbul edilməsi, iddia müddətini
5 oktyabrDönər həvəskarlarına PİS XƏBƏR
Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua
4 oktyabrŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq
Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen
4 oktyabrAzərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr
3 oktyabr