"Ermənistan təxribatçı hərəkətlərə və açıqlamalara son qoymalı, danışıqlarda səmimi olmalıdır" - ŞƏRH

"Ermənistan təxribatçı hərəkətlərə və açıqlamalara son qoymalı, danışıqlarda səmimi olmalıdır" - ŞƏRHPrezident İlham Əliyev 22 iyul tarixində Şuşada "Euronews" televiziya kanalına verdiyi müsahibədə bir çox vacib məqamlara toxundu. Onlardan biri də Ermənistanın sülhə hazır olmaması ilə bağlı idi. Ermənistan rəhbərliyinin açıqlamaları göstərir ki, İrəvan əslində sülh prosesində maraqlı deyil. Ermənistan imitasiya ilə məşğuldur. Nikol Paşinyan hökuməti bir sıra açıqlamalarda guya sülhdə maraqlı tərəf olduğunu iddia etsə də, lakin Ermənistanın atdığı addımlar, əməli hərəkətlərinin heç biri sülhə töhfə vermir.

"Bir yandan nisbətən müsbət açıqlamalar verilir, digər tərəfdən Laçın yolu ilə bağlı, o cümlədən Qarabağdakı ermənilərin durumu haqqında həqiqəti əks etdirməyən bəyanatlar səsləndirirlər.Heç şübhəsiz ki, bu da iki ölkə arasında etimadın yaranmasına çox ciddi mənfi təsir göstərir. Beynəlxalq hüquqa əsasən, sözügedən bölgələr Azərbaycanın suveren əraziləridir. Qarabağda yaşayan ermənilər də bizim vətəndaşlarımızdır".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, Şuşada "Euronews" televiziya kanalına müsahibədə Prezident İlham Əliyev Ermənistandakı ermənilərə də önəmli mesaj verdi:. "Biz onların dövləti ilə sülh istəyirik, bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır".

"Onlar ya reinteqrasiya olmalı, ya da prezidentimizin qeyd etdiyi kimi əraziləri tərk etməlidirlər. Azərbaycan Qarabağ ermənilərinə normal həyat təklif edir. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqları təmin edilməklə onlar Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal həyat yaşayacaqlar. Qarabağda yaşayan ermənilərə seçim hüququ veriləcəkdir.
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan Brüssel görüşündə tərəflərin qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanıması və sərhədlərin müəyyənləşməsi məsələsində razılıq olduğunu təsdiqləsə də, Laçın yolu ilə bağlı əsassız iddiaları da gündəmə daşıdı. Yenə Qarabağda ermənilərin "blokodasından" və "böhrandan" söz açaraq hər zamankı kimi rəsmi Bakını ittiham etdi.
Ermənistanla olan sərhəddə hərəkət etmək azadlığı bloklanmayıb. Ermənistanla sərhədimizdə sərhəd-keçid məntəqəsinin qurulması bizim legitim hüququmuzdur və heç kəs tərəfindən, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən mübahisələndirilmir. Aprelin 23-dən etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib.
Paşinyan anlamalıdır ki, həqiqəti əks etdirməyən açıqlamalar prosesə ancaq mənfi təsir göstərir, münasibətləri kəskinləşdirir. Əfsuslar ki, bu, artıq ənənə halını alıb.
Ermənistan təxribatçı hərəkətlərə və açıqlamalara son qoymalı, danışıqlarda səmimi olmalı, nəticənin əldə olunması üçün ortaya konkret mövqe qoymalıdır. Ziddiyyətli açıqlamalar verməklə irəliyə doğru yol qət etmək mümkün deyil".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1085   Tarix: 07 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

4 oktyabr
.

Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi

Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev insidentdən sonrakı gecə Sisyan xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə aparılıb. "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə nəşrə mənbələr məlumat verib. Müvafiq dövlət qurumları isə Azərbayca

5 oktyabr
.

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Bu gün müəllimlər öz peşə bayramlarını qeyd edirlər. xatırladır ki, 1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənə

5 oktyabr
.

Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Alman-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Şəmkir rayonunda yerləşən tarixi Alman Lüteran kilsəsində Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin II Beynəlxalq Opera Festivalı keçirilib. Tədbirin əvvəlində Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingi

5 oktyabr
.

"WhatsApp"da yeni funksiya

"WhatsApp" istifadəçilər üçün yeni funksiya təqdim edib. xəbər verir ki, yenilik sayəsində statuslarda paylaşılan videoları artıq 2x sürətlə izləmək mümkündür. Bu funksiya istifadəçilərə videolara adi sürətdən iki dəfə daha sürətli baxmağa imkan verir. Beləliklə, statuslarda paylaşılan vide

5 oktyabr
.

Kimlərin kredit borcu SİLİNƏ BİLƏR? - Ekspertdən AÇIQLAMA

Kredit borcunun silinməsi ilə bağlı müxtəlif hallar mövcud olsa da, borcalanın sadəcə maddi çətinlik yaşaması borcun avtomatik olaraq ləğv edilməsi üçün əsas sayılmır. Borcalanın vəfat etməsi, kreditin sığortalanması, bankın borcu bağışlaması, dövlət tərəfindən xüsusi qərarın qəbul edilməsi, iddia müddətini

5 oktyabr
.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

4 oktyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

4 oktyabr
.

Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr

3 oktyabr