Şamaxıda turistləri aparan avtobus qəzaya uğradı: Xəsarət alanlar var - YENİLƏNİB + FOTO
"Yerli turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində bir qadın və bir azyaşlı yüngül xəsarət alıblar".
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildiriblər.
Qeyd edilib ki, bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda hərəkətdə olan avtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində avtonəqliyyat vasitəsi yolun kənarındakı torpaq əraziyə daxil olub. Avtobusun aşması barədə yazılanlar isə həqiqəti əks etdirmir.
12:45
Şamaxı rayonunda turistləri daşıyan sərnişin avtobusu qəzaya uğrayıb.
"Unikal"ın məlumatına görə, təşkil olunmuş tur çərçivəsində Bakı-Şəki-Qəbələ-Oğuz marşrutu üzrə hərəkət edən 77-CV-760 dövlət nömrə nişanlı "Daewoo" markalı sərnişin avtobusu bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı yolunun 6-cı kilometrliyində, Muğanlı dolayları adlanan ərazidə yoldan çıxaraq ağaca çırpılıb.
Hadisə zamanı iki nəfərin xəsarət aldığı bildirilir.
Hadisə yerinə təcili tibbi yardım stansiyasının briqadaları cəlb olunublar. Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.




Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1528 Tarix: 08 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan xalça və xalça məmulatları istehsalını 22 dəfəyə yaxın artırıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 15,1 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,6 dəfə çoxdur. Bu il aprelin 1-nə ölkədə 5 min kvadratmetr hazır məhsul ehtiyat
26 aprelAzərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ
Azərbaycan və Ukrayna xalqları arasında əlaqələr uzun illərin tarixinə malikdir. Bu əlaqələrin təməli hələ XX əsrin əvvəllərinə, hər iki ölkənin Sovet İttifaqı tərkibində olduğu dövrə gedib çıxır. Bu illərdəki əlaqələr SSRİ tərkibində mərkəzləşdirilmiş şəkildə qurulsa da, xalqlar arasında qarşılıql
26 aprelŞakiranın konsertinə hazırlıq zamanı bir nəfər ölüb
Braziliyanın Rio-de-Janeyro şəhərində kolumbiyalı müğənni Şakiranın konsertinə hazırlıq zamanı faciə baş verib. xarici mediaya istinadən xəbər verir ki, konsert üçün səhnə yığımı zamanı işçilərdən biri xəsarət alıb və nəticədə həyatını itirib. Dövlət yanğınsöndürmə xidmətinin yaydığı məlumatda bildirili
27 aprel16 yaşlı oğlanı maşınla vurub öldürdü - Video
Bakıda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, Murad Müslüm oğlu Abaszadə idarə etdiyi avtomobillə Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi ilə hərəkətdə olarkən yolu keçən piyadanı vurub. Nəticədə 2010-cu il təvəllüdlü Emil Kamil oğlu Əliyev hadisə yerində ölüb. Məlum olu
27 aprelSüd BAHALAŞACAQ
2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın süd və qaymaq idxalında nəzərəçarpacaq artım qeydə alınıb. Rəsmi məlumatlara əsasən, ölkəyə 5 858 ton süd və qaymaq gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz çoxdur. Daha diqqətçəkən məqam isə idxala çəkilən xərclərin daha sürətl
26 aprelBakıda 11-ci sinif şagirdi vəfat edib
Paytaxtda 238 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi qəfil vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, məktəbin şagirdi Kamran Mahmudlu həyatını itirib
27 aprelDİQQƏT! Aprelin 27-si ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Sabaha gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd olunub ki, aprelin 27-də günün ikinci yarısından 28-i axşamadək güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əlverişsizdir
26 aprel