"Azərbaycanda qız qaçırma halları ənənəyə çevrilib"- AÇIQLAMA
Azərbaycanda keçmişdən günümüzə qədər qız qaçırma halları, adam oğurluğu mövcuddur. Xüsusilə, qərb bölgələrində bu tip hallara daha çox rast gəlinir. Hüquqşünas Ələsgər Məmmədli BiG.AZ-a açıqlamasında bildirib ki, qız qaçırma adam oğurluğu hesab olunur. Cinayət məcəlləsində 5 ildən 10 ilə qədər müxtəlif həbs dərəcələri mövcuddur:
"Azərbaycanda əvvəllər cinayət məcəlləsində " evlənmək məqsədilə qaçırmaq" deyə bir maddə var idi. 3 ilə qədər cəza nəzərdə tutulmuşdu. İndi isə qanunda adam oğurluğu maddəsi mövcuddur. Qanunda 144-cü maddə ilə 5 ildən 10 ilə qədər müxtəlif həbs dərəcələri var. Nə məqsədlə olsun qaçırmaq konkret olaraq adam oğurluğu hesab olunur. Adam oğurluğu cinayət əməli olaraq qeydə alınır. Qaçırılan şəxsə hansısa formada zorlama tətbiq olunubsa, əlavə olaraq zorlama maddəsi də cinayət işinə əlavə olunacaq. Yəni bir neçə maddə ilə şəxs ittiham oluna bilər. Azərbaycanda qız qaçırma, adam oğurluğu uzun bir müddət təəssüflər ki, neqativ mənada belə olsa ənənəyə çevrilib. Bu ənənə bəzi cəmiyyətə adaptasiya olmaqda problem yaşayan təbəqələr üçün bir növ sığınaq halına gəlib. Bu stereotip nəticəsində düşünürlər ki, qız qaçırmaq hansısa "qəhrəmanlıq" nəticəsidir. Şəxsin razılığı olmadan hansısa formada 18 yaşına çatmış şəxs qaçırılırsa, bu artıq adam oğurluğudur. Əgər yaş göstəricisi 18-dən aşağıdırsa, azyaşlıya yönəlik daha ağırlaşdırıcı nüanslar var. Bu yöndə artıq maarifləndirici addımlara ehtiyac var. Hüquq mühafizə orqanları bu tip hadisələrə daha tolerant və loyal yanaşırlar. Buna görə hadisə üzrə real statiska və gerçək statiska böyük ehtimalla eyni deyil. Ona görə də bu tip adam öğurluqları hüquq müstəvisinə daşınmaya bilir."
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1919 Tarix: 08 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Evinin həyətində cərəyan vurub öldürdü
Ağstafada ölümlə nəticələnən hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, aprelin 26-sı rayonun Aşağı Kəsəmən kəndində yaşayan 2010-cu il təvəllüdlü Hüseynov Nəsir Ayaz oğlu yaşadığı evin həyətində elektrik naqilinin açıq olan hissəsinə əlini vurarkən cərəyan vurması nəticəsində ölüb. Faktl
27 aprelDİQQƏT! Aprelin 27-si ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Sabaha gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd olunub ki, aprelin 27-də günün ikinci yarısından 28-i axşamadək güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əlverişsizdir
26 aprelMəzahir Pənahov yenidən MSK sədri seçildi
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, iclasda MSK-nın sədri, müavini və katibləri seçilib. Məzahir Pənahov yenidən MSK-nın sədri seçilib. Qeyd edək ki, 75 yaşlı Məzahir Pənahov 26 ildir (200-ci ildən) Komissiyaya rəhbərli
27 aprelAzərbaycan-Ukrayna əlaqələrinin inkişaf perspektivləri
Azərbaycan və Ukrayna arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq müasir beynəlxalq münasibətlər sistemində diqqətçəkən tərəfdaşlıq modellərindən birinə çevrilmişdir. Bu əlaqələrin inkişafı yalnız iki dövlətin milli maraqlarının uzlaşması ilə deyil, həm də regional və qloba
27 aprelKür çayının aşağı axınına suyun buraxılması qərara alındı
Mingəçevir su anbarından Kür çayının aşağı axınına suyun buraxılması qərara alınıb. bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Dövlət Agentliyinə istinadən xəbər verir. Qurum xatırladıb ki, martın sonundan başlayaraq, respublikanın bütün bölgələrində intensiv yağışlar nəticəsində transsərhəd çaylarında
27 aprelAilə daxilində tez-tez yaranan münaqişələr nədən qaynaqlanır? - AÇIQLAMA
Ailə daxilində tez-tez yaranan münaqişələr cəmiyyətin ən həssas və aktual problemlərindən biri hesab olunur. İlk baxışda bu qarşıdurmalar məişət qayğıları, maddi sıxıntılar və ya gündəlik anlaşılmazlıqlar kimi görünsə də, mütəxəssislər bildirirlər ki, məsələnin kökündə daha dərin psixoloji səbəblər dayanır
27 aprel