Təhsilsiz diş həkimlərinə NƏZARƏT EDİLİRMİ?
Addımbaşı rast gəlinən stomatoloji kabinetlərin çoxluğu ciddi narahatlıq və narazılıq yaradır. Çünki günbəgün artan bu kabinetlərdəki xidmətin keyfiyyəti çox aşağı olur. Hətta bu kabinetlərdə bəzən qeyri-peşəkarlar işləyir. Bu isə cəmiyyət üçün çox ciddi təhlükə yaradır.
Çünki hazırda bir sıra yoluxucu xəstəliklər və hətta Hepatit C kimi qorxulu xəstəliklər naşı diş həkimlərinin səhlənkarlığı üzündən yayılır.
Mövzu ilə bağlı stomotoloq Sevil Rəhmanova ilə həmsöhbət olduq.
O, Bizim.Media-ya açıqlamasında bildirib ki, stomatoloji kabinetlərin durmadan artması sosial bəlaya çevrilib:
"İmkanı olan kabinet açır. Bəziləri hətta lisenziya almadan fəaliyyət göstərir. Ən pisi də odur ki, kabineti işlədənlərin bir qismi təsadüfi adamlar olur.
Bunlar əsasən üç qrupa bölünür. Bir qrup şəxslər kimlərinsə yanında nəsə öyrənib, sonra da gəlib kabinet açır.
Digər bir qism isə texniki işçilərdir. Haradasa texniki bilik alır, sonradan həkimlik eşqinə düşür. Üçüncü qism insanlarsa xaricdə "təhsil alan"lardır. Gedib yaxın ölkələrin hansısa özəl universitetinə adını yazdırır. Sonra da gəlib deyir ki, mən ali təhsilli stomatoloqam".
Sevil Rəhmanova onu da əlavə edib ki, təsadüfi adamların diş həkimi kimi işləməsinin cox qorxulu fəsadları var:
"Stomatoloqlar əsasən insanın ağzında işləyir. Ağız boşluğu isə mikroblara və yoluxucu xəstəliklərə çox həssas olur. Ona görə də diş həkimləri xüsusi diqqətli olmalı, davamlı şəkildə strelizə edilmiş alət və vasitələrdən istifadə etməlidirlər. Əks təqdirdə qaynadılmamış alətlər vasitəsi ilə istənilən xəstəlik pasiyentə ötürülə bilər.
Dövrümüzün bəlası olan Hepatit C-nin diş müalicəsi vasitəsi ilə keçməsi faktı günümüzün reallığıdır. Ona görə də təsadüfi adamların bu sahəyə axını gələcəkdə daha çox fəsadlar yarada bilər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1126 Tarix: 08 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr
3 oktyabrAzərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yeni islaha
4 oktyabrElgiz bağ evini nümayiş etdirdi - (Video)
Tele-aparıcı Elgiz Əkbər bağ evindən çəkdiyi görüntüləri sosial media hesabında paylaşıb. Bizim.Media xəbər verir ki, videoda aparıcının bağda suvarma işləri apardığı görünür. Elgiz çəkdiyi və qulluq etdiyi ağacları da izləyicilərinə nümayiş etdirib. Aparıcı paylaşım zamanı izləyicilərinə sual ünvanlayara
5 oktyabrAzərbaycanda tauna yoluxan var?
Rusiyanın İrkutsk vilayətində taun xəstəliyi ilə bağlı yayılan məlumatlar Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi tərəfindən izlənilir. Hazırda Azərbaycan ərazisində taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə zərurət yoxdur. APA-ya istinadən xəbər verir ki, b
5 oktyabrGürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda 35 yaşlı həmvətənimiz qətlə yetirilib. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, hadisə dünən rayonun Nəzərli kəndində qeydə alınıb. 35 yaşlı Araz Yusubov soyuq silahla öldürülüb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatın
5 oktyabrOktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR
Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları
4 oktyabrOktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ
"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə
4 oktyabr