Valideynlər məktəbli formasını "Panda Kids"dən almağa məcbur edilir - "Tapşırıq BŞTİ-dən gəlib"
Bakıda valideynlər məktəbli formalarını məşhur "Panda Kids" mağazalar şəbəkəsindən almağa məcbur edilir.
Sonxeber.az bildirir ki, bu barədə Bakupost.az –a şikayətçi valideynlərdən biri məlumat verib.
Qiymətlər və geyimlərin keyfiyyəti ilə maraqlanan valideyn deyir ki, məktəbli formalarını "Sədərək" Ticarət Mərkəzindən daha uyğun qiymətə almaq mümkündür. Üstəlik, orada formalar Bakı Tikiş Evinin (BTE) təklif etdiyindən qat-qat keyfiyyətlidir:
"BTE tənzif kimi köynəyi 15 manata verir, "Sədərək"də isə həmin köynək 8-10 manatadır. BTE-nin 25 manata təklif etdiyi ətək və şalvarı isə "Sədərək"də ölçüsünə görə 10-15 manata almaq olar. BTE məktəbli jaketini 30 manata satır. "Sədərək"də isə jaketlər ölçüsündən asılı olaraq 12-18 manatadır".
Valideyn "Sədərək"dəki məktəbli formalarının parçası və tikişinin də daha keyfiyyli olduğunu vurğulayıb:
"Sex malıdır deyə onları xor görürlər. Keçən il BTE-yə loqolu köynək sifariş etmişdik, 1 dəfə suya düşən kimi parça-parça oldu.
Amma "Sədərək"dən aldığım formanı 2 ildir uşaqlarım geyinir, hələ də aldığım kimidir. Formanı dəyişməsələr hələ geyinəcəkdilər. Bu il isə məktəb direktorlarına tapşırıq verilib ki, valideynlər formaları "Panda Kids"dən alsınlar. Bizləri o mağazaya yönəldirlər. Bilmirəm, nə səbəbə? Görünür, yenə hansısa məmurun işidir. Bizə çatan məlumata görə bu göstəriş bir başa Bakı Şəhər Təhsil İdarəsinin rəhbəri Mehriban Vəliyevadan gəlib".
İttiihamlarla bağlı Bakı Şəhər Təhsil İdarəsinə sorğu ünvanlasaq da, cavabsız qaldı.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1729 Tarix: 09 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr
3 oktyabrAzərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yeni islaha
4 oktyabrElgiz bağ evini nümayiş etdirdi - (Video)
Tele-aparıcı Elgiz Əkbər bağ evindən çəkdiyi görüntüləri sosial media hesabında paylaşıb. Bizim.Media xəbər verir ki, videoda aparıcının bağda suvarma işləri apardığı görünür. Elgiz çəkdiyi və qulluq etdiyi ağacları da izləyicilərinə nümayiş etdirib. Aparıcı paylaşım zamanı izləyicilərinə sual ünvanlayara
5 oktyabrAzərbaycanda tauna yoluxan var?
Rusiyanın İrkutsk vilayətində taun xəstəliyi ilə bağlı yayılan məlumatlar Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi tərəfindən izlənilir. Hazırda Azərbaycan ərazisində taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə zərurət yoxdur. APA-ya istinadən xəbər verir ki, b
5 oktyabrGürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda 35 yaşlı həmvətənimiz qətlə yetirilib. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, hadisə dünən rayonun Nəzərli kəndində qeydə alınıb. 35 yaşlı Araz Yusubov soyuq silahla öldürülüb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatın
5 oktyabrOktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR
Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları
4 oktyabrOktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ
"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə
4 oktyabr