"Ermənistan təxribatları ilə sülh müqaviləsinin imzalanmasını gecikdirməyə çalışır" - DEPUTAT
"Müharibə bitsə də ermənilər hələ də təxribatlarını davam etdirməkdədir".
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.
Deputat qeyd edib ki, ermənilər və havadarları bu təxribatları ilə regionda vəziyyəti yenidən gərginləşdirməyə çalışırlar:
"Üçtərəfli bəyanatın imzalanmasından 3 ilə yaxın vaxt keçə də Ermənistan üzərinə götürdüyü öhdəlikləri icra etməyib. Hələ də erməni terrorçuları Qarabağda qalmaqdadır. Ermənistan tərəfi bilməlidir ki, bu təxribatları ilə əslində özünü daha ağır duruma salır. Yaxşı olar ki, Ermənistan Azərbaycanın həyata keçirdiyi anti-terror əməliyyatlarını unutmasın".
Deputat vurğulayıb ki, Ermənistan təxribatları ilə regionda vəziyyəti gərginləşdirməklə yanaşı, sülh müqaviləsinin imzalanmasını da gecikdirməyə çalışır:
"3 ilə yaxındır ki, biz Rusiya sülhməramlılardan tələb edirik ki, qanunsuz erməni silahlı birləşmələrini Qarabağdan çıxarsın. Lakin bu günə qədər Rusiya sülhməramlıları üzərlərinə götürdüyü öhdəliyi icra etmir, terrorçuların rahat hərəkət etməsinə və silahlanmasına şərait yaradır. Ermənistan təxribatlarına davam edərsə Azərbaycan Qarbağda yenidən antiterror əməliyyatlarına başlaya bilər. Yaxşı olardı ki, Ermənistan 44 günlük Vətən müharibəsindəki biabırçı məğlubiyyətindən nəticə çıxarıb, tezliklə bizim diqtəmizlə hazıranan sülh müqaviləsini imzlasın".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1008 Tarix: 09 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr
3 oktyabrAzərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yeni islaha
4 oktyabrElgiz bağ evini nümayiş etdirdi - (Video)
Tele-aparıcı Elgiz Əkbər bağ evindən çəkdiyi görüntüləri sosial media hesabında paylaşıb. Bizim.Media xəbər verir ki, videoda aparıcının bağda suvarma işləri apardığı görünür. Elgiz çəkdiyi və qulluq etdiyi ağacları da izləyicilərinə nümayiş etdirib. Aparıcı paylaşım zamanı izləyicilərinə sual ünvanlayara
5 oktyabrAzərbaycanda tauna yoluxan var?
Rusiyanın İrkutsk vilayətində taun xəstəliyi ilə bağlı yayılan məlumatlar Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi tərəfindən izlənilir. Hazırda Azərbaycan ərazisində taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə zərurət yoxdur. APA-ya istinadən xəbər verir ki, b
5 oktyabrGürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda 35 yaşlı həmvətənimiz qətlə yetirilib. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, hadisə dünən rayonun Nəzərli kəndində qeydə alınıb. 35 yaşlı Araz Yusubov soyuq silahla öldürülüb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatın
5 oktyabrOktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR
Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları
4 oktyabrOktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ
"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə
4 oktyabr