Azərbaycanda çay və qəhvənin qiymətləri bahalaşacaq
Dünya bazarlarında çay və qəhvənin qiymətlərinin yüksələcəyi, bununla bağlı qlobal şirkətlərin müvafiq addımlar atmağa hazırlaşdığı haqqında proqnozlar gündəmə gəlib. Xarici mediada yayılan xəbərlərə görə, həmin məhsulların bahalaşmasının səbəbləri 2023-cü ilin əvvəlindən dünya xammal bazarlarında qiymətlərin təxminən 20%-ə yaxın artması, Asiya ölkələrindəki quraqlıq, istehsalçılar tərəfindən pərakəndə satıcılara endirimlərin kəskin şəkildə azalmasıdır.
Bəs maraqlıdır, çay və qəhvənin qiymətlərinin artması Azərbaycan bazarlarına necə təsir edəcək?
Sonxeber.az xəbər verir ki, bununla bağlı oxu.az-a danışan iqtisadçı-ekspert Eldəniz Cəfərov düşünür ki, bütün ərzaq və qida məhsullarının bahalaşması fonunda qəhvə və çayın da qiymətində artımlar labüddür:
"Sadəcə elə məhsullar var ki, onlar bu və ya digər səbəblərdən orta statistik inflyasiya göstəricisindən daha yuxarı olur. Hazırda çay və qəhvədə də eyni vəziyyət müşahidə edilir. Çünki sahənin istehsalçısı olan ölkələrdə iqlim normalarının pozulması, nəticədə müəyyən quraqlığın olması bu məhsulların istehsal həcmlərinə ciddi təsir göstərir. İstehsal həcminin azalması təklifin azalmasına gətirib çıxarır və qiymət artımını qaçılmaz edir. Bu məsələnin birinci tərəfidir.
İkinci məqam isə qeyd etdiyim kimi, ümumi inflyasiya problemidir. Dünyada ərzaq təhlükəsizliyi ön plana keçdiyi üçün çay strateji məhsul hesab edilə bilər. Amma onun stratejiliyi buğda ilə müqayisəyə gəlməz. Ona görə ki, buğda daha strateji olduğundan müəyyən ölkələrdə çay əkin sahələrinin azalması müşahidə edilir. Hansı ki, burada daha çox dənli bitkilərə üstünlük verilir.
Bahalaşma proqnozunun üçüncü səbəbi isə hazırda Rusiyadan gələn siqnallardır. Rusiyada rublun kəskin ucuzlaşması nəticəsində inflyasiya meylləri müşahidə edilir. Çay və qəhvə istehsalçıları da məcburi şəkildə qiymət artımına getməli olurlar".
Ekspert vurğulayıb ki, Azərbaycanda qəhvə istehsalı həyata keçirilmir:
"Amma çay istehsalı üzrə Azərbaycan ciddi nəticələr ortaya qoymuş ölkədir. Çox təəssüf ki, son dövrlər çay idxalımız ixracımızı on dəfədən çox üstələyir. 2023-cü ilin birinci yarısında ölkədən cəmi 3 milyon 18 min dollarlıq çay ixrac olunub. Bu əvvəlki dövrlə müqayisədə iki dəfədən də artıq azalma deməkdir. Ümumilikdə, 334 ton məhsul ixrac olunub.
Göründüyü kimi, bu sahədə mənzərə o qədər də ürəkaçan deyil, istehsalla bağlı müsbət məqamlar müşahidə edilmir. Digər tərəfdən, dünya bazarlarında qiymətin artması, yerli istehsalın yetərli olmaması qiymət artımlarını qaçılmaz edir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb
Sentyabr ayının sonlarından etibarən Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb. "Report"un Aran bürosu xəbər verir ki, bununla əlaqədar Saatlı rayonunun Fətəlikənd kəndində tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Saatlı rayon icra hakimiyyətinin başçısı Elmi
2 oktyabrAzərbaycan Belarusa armud ixracından gəlirini 3 dəfə artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 3 min 885 ton armud ixrac edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,4 % az, kəmiyyət olaraq - 2,1 % çoxdur. Hesaba
1 oktyabrBakıda ətin qiyməti 19 manat oldu
Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Qaynarinfo xəbər verir ki, hazırda ət satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kimi mövsüm dəyişikliyin
22 sentyabrAzərbaycan Argentinadan limon və laymın idxalını kəskin artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 13 milyon ABŞ dolları dəyərində 13 min ton limon və laym (təzə və yaxud qurudulmuş) gətirilib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyə
1 oktyabrAzərbaycanda pul bazası 15 %-dən çox artıb
Bu il oktyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 817,9 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 2,4 % çoxdur. Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 10,4 %, son 1 ildə isə 15,2 % artıb
2 oktyabrAİ-95 markalı benzinin qiyməti BAHALAŞACAQ? - AÇIQLAMA
Rusiyada neft emalı müəssisələrində yaranan problemlər və yanacaq istehsalının azalması regionun yanacaq bazarına da təsir göstərə biləcək amillərdən biridir. Bəs, Rusiyada neft emalı və yanacaq istehsalında yaranan problemlər Azərbaycanda benzin qiymətlərinə hansı formada təsir göstərə bilər və xüsusil
29 sentyabrƏməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Vergi dəyişikliklərinə əsasən, aylıq vergitutulan gəliri 2500 manatadək olan şəxslər 2027-ci ildən 5 faiz, 2028-ci ildən 7 faiz dərəcəsi ilə gəlir vergisi ödəyəcəklər. Bəs, 2027-ci ildən fiziki şəxslərin gəlir vergisi dərəcələrinin dəyişməsi vətəndaşların real gəlirlərinə və aylıq qazancına necə təsi
23 sentyabrİqtisadçı ekspert vəfat etdi
İqtisadçı ekspert Pərviz Heydərov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, 54 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, P.Heydərov 90-cı illərdə İqtisadiyyat Nazirliyində çalışıb. Prezident İlham Əliyevin 21 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatını
29 sentyabrNaxçıvanda qadın sahibkarlar 1,4 milyon manatdan artıq güzəştli kredit alıb
İndiyə qədər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu qadın sahibkarların layihələrinin maliyyələşdirilməsə 1,4 milyon manatdan çox güzəştli kredit ayırıb. "Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliye
18 sentyabr