Təhlükəli virus geri qayıdır

Təhlükəli virus geri qayıdırKibertəhlükə mənzərəsi daim genişlənir, mürəkkəbləşir və buna dair daim yeni sübutları tapılır.

Lent.az xəbər verir ki, 2023-cü ilin iyun ayında "Kaspersky" tədqiqatçıları yeni yükləyici aşkarlayıblar. Ona "DarkGate" adı verilib. Bu yükləyici adi zərərverici proqramlarla müqayisədə qabaqcıl funksiyalara malikdir.

"DarkGate"-in xüsusiyyətləri arasına "Microsoft Defender" müdafiə vasitələrindən yan keçən gizli VNC bağlantısı, brauzer tarixini oğurlamaq funksiyası, əks proksi, fayl meneceri və Discord tokenlərini oğurlamaq imkanı daxildir. Yoluxma zənciri dörd mərhələdən ibarətdir. Hər bir mərhələ unikal açar və "Base64" kodlaşdırmasının dəyişdirilmiş versiyası (öz simvol dəsti ilə) ilə şifrələnir.

Emotetin qayıdışı. Zərərverici botnetin fəaliyyəti 2021-ci ildə ləğv edildikdən sonra ilk dəfə olaraq bu il yenidən diqqət mərkəzinə qayıdıb. Hücumların yeni dalğasında təcavüzkarlar zərərli "OneNote" faylları qoşulmuş e-poçt göndərməklə məşhur yoluxma vektorundan istifadə ediblər. Əgər qurban qoşmanı açmaq istəyərsə, zərərverici "VBScript" işə düşür.

Məşhur stilerin (stealer) istifadə edildiyi yeni kampaniya. "Kaspersky" tədqiqatçıları dəniz yolu ilə yükdaşıma xidməti göstərən təşkilatlara yönəlmiş yeni fişinq kampaniyası da aşkar edib. Kampaniya zamanı təcavüzkarlar "Lokibot"-u tətbiq ediblər. Bu məlumat oğurluğu proqramı yəni stiler ilk dəfə 2016-cı ildə aşkar edilib. O, müxtəlif proqramlardan, o cümlədən brauzerlərdən və FTP müştərilərindən hesab məlumatlarını oğurlamaq üçün nəzərdə tutulub. Bu hücumun bir hissəsi kimi göndərilən e-poçtlarda istifadəçiləri makrosları aktivləşdirməyə sövq edən "Excel" faylı yer alıb. Təcavüzkarlar "Microsoft Office"-də (CVE-2017-0199) RTF sənədinin yüklənməsinə səbəb olan məlum zəiflikdən istifadə ediblər. Bu RTF sənədi daha sonra "LokiBot"-u sistemə yükləmək və işə salmaq üçün başqa bir zəiflikdən (CVE-2017-11882) istifadə edir.

"Emotet"-in dirçəlişi və "Lokibot"-un davamlı istifadəsi, "DarkGate"-in peyda olması qarşılaşdığımız kibertəhlükələrin daim inkişafda olmasını xatırladır. Təcavüzkarlar hər zaman yoluxma üsullarının mürəkkəbliyini artırırlar və təşkilatlar üçün ilk növbədə hansı kibertəhlükələrdən qorunmağı müəyyən etmək çətinləşir. Bu işdə təcavüzkarların ən son taktikaları, metodları və prosedurları haqqında hesabatlar köməyə çatır", - deyə "Kaspersky"-nin Rusiya Tədqiqat Mərkəzinin Rəhbəri Dmitri Qalov qeyd edir.

Şirkəti kiberhücumlardan qorumaq üçün "Kaspersky" mütəxəssisləri tövsiyə edirlər:

1. zəifliklərdən istifadənin qarşısını almaq üçün istifadədə olan bütün cihazlarda proqram təminatını mütəmadi olaraq yeniləyin;

2. korporativ xidmətlər üçün güclü şifrələrin yaradılması və onların müntəzəm dəyişdirilməsi siyasətini tətbiq edin və ona əməl olunmasına nəzarət edin;

3. uzaqdan xidmətlərə daxil olmaq üçün çoxfaktorlu autentifikasiya quraşdırın;

4. məlum və naməlum təhlükələrdən effektiv şəkildə qorunmaq üçün davranış aşkarlama və anomaliyalara nəzarət moduluna malik biznes üçün Kaspersky Security kimi etibarlı həll tətbiq edin;

5. təcavüzkarlar əhəmiyyətli zərər vurmazdan əvvəl hücumları ilkin mərhələdə tanıya və dayandıra bilən "Kaspersky ManagedDetection and Response" kimi EDR həlli və xidməti tətbiq edin.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1459   Tarix: 12 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb

Türkiyənin İstanbul Baş Polis İdarəsi (BPİ) mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib və saxlanılanlar var. "Report" xəbər verir ki, bu barədə İstanbul BPİ məlumat və video yayıb. "Müxtəlif tarixlərdə cinayətkar qruplaşmalar adından hədə-qorxu gəldikləri və güllələmə cəhdind

4 oktyabr
.

Tramp: CAATSA ilə bağlı problem yoxdur

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının ləğvi ilə bağlı problem olmadığını bildirib. "Report" xəbər verir ki, Ağ Ev lideri bunu "CNN Türk" jurnalistinin müvafiq sualına cavab olara

4 oktyabr
.

Eritreya Efiopiya ilə diplomatik əlaqələri tamamilə kəsdi

Eritreya hökuməti Efiopiya ilə bütün diplomatik münasibətləri kəsmək barədə qərar qəbul edib. "Interfax"a istinadən xəbər verir ki, rəsmi Əsməranın bu qərarı Əddis-Əbəbənin Eritreyadakı səfirliyini bağlamaq və 10 eritreyalı diplomatı "persona non grata" (arzuolunmaz şəxs) elan etmə

4 oktyabr
.

Pezeşkian: İran yeni iqtisadi plan hazırlayıb

İran yeni iqtisadi plan hazırlayıb. "Report" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında məlumat paylaşıb. "Hökumət xüsusi şəraiti idarə etmək üçün yeni mövqe tutub. Ötən aylarda düşmənin planı, İran xalqına təzyiq göstərmək məqsədil

4 oktyabr
.

"Bloomberg": Pentaqon hərbi kibermütəxəssislərin maaşını azaldacaq

Pentaqon bəzi hərbi kibermütəxəssislərin həvəsləndirici ödənişlərini ildə 12 min dollar azaltmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə və ABŞ ordusunun sənədlərinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ kiberkomandanlığının baza ixtisa

4 oktyabr
.

İspaniyada növbədənkənar seçki elan edildi

İspaniyanın baş naziri Pedro Sançes parlamentdə mənzil böhranının qarşısını almaq məqsədilə hazırlanan təcili qanunvericilik paketinin qəbul edilməməsindən sonra növbədənkənar seçki elan edib. The Guardian-a istinadən xəbər verir ki, səsvermənin 29 noyabrda keçirilməsi planlaşdırılır. Məlumata görə

5 oktyabr
.

Zelenski: Kiyevə hücumlara cavab olaraq Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq

Ukrayna, Kiyevin və digər şəhərlərin yaşayış sahələrinə zərbələrin artırılmasını nəzərdə tutan Moskvanın yeni hərbi siyasətinə cavab olaraq dinc əhaliyə hücumlar istisna olmaqla, Rusiya neft emalı zavodlarına zərbələrin sayını iki dəfə artıracaq. "Report"un məlumatına görə, Ukrayna Prezident

4 oktyabr
.

Özbəkistanda yeni qaz yatağı kəşf edilib

Özbəkistanda Üstyurt regionunun mərkəzi hissəsində aparılan geoloji-kəşfiyyat işləri nəticəsində yeni "Karatau" qaz-kondensat yatağı kəşf edilib. xəbər verir ki, bu barədə "Özbəkneftqaz" məlumat yayıb. Qaraqalpaqstan Respublikasının Muynak rayonu ərazisində yerləşən Karatau sahəsind

5 oktyabr
.

Avropa Komissiyası Moldovaya 150 milyon avrodan çox vəsait ayırıb

Avropa Komissiyası Moldovaya islahatlarla bağlı 18 öhdəliyi yerinə yetirdikdən sonra inkişaf planı çərçivəsində ölkəyə 157 milyon avro maliyyə dəstəyi ayırıb. "Report" Moldova mediasına istinadən xəbər verir ki, bu barədə genişlənmə məsələləri üzrə avrokomissar Marta Kos Brüsseldə keçirilə

5 oktyabr