Keçmiş futbolçu saxlanıldı
Türkiyə millisinin keçmiş futbolçusu və idman şərhçisi Nihat Kahveci saxlanılıb.
Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, o, həyat yoldaşı Fulya Sever Kahveciyə qarşı zorakılıq tətbiq etdiyi iddiası ilə polis bölməsinə aparılıb.
Məlumata görə, hadisə İstanbulun Sarıyer rayonundakı restoranlardan birində baş verib. Nihat Kahveci və həyat yoldaşı arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb. Restoranda başlayan mübahisədən sonra Fulya Sever Kahveci məkanı tərk edib.
İddialara əsasən, Nihat Kahveci avtomobili ilə onun arxasınca gedərkən yol-nəqliyyat hadisəsinə qarışıb. Məlumatlarda onun alkoqollu olduğu da qeyd olunur. Bu iddialarla bağlı yekun istintaq nəticəsi hələ açıqlanmayıb.
Hadisədən sonra Fulya Sever Kahveci sosial media hesabında yayımladığı açıqlamada həyat yoldaşının ona qarşı zorakılıq tətbiq etmədiyini bildirib.
"2018-ci ildən evliyik və iki övladımız var. Münasibətimizi hər zaman sevgi və hörmət çərçivəsində qorumuşuq. Həyat yoldaşımın mənə qarşı zorakılıq göstərməsi mümkün deyil. Bu cür yalan xəbərləri qınayıram. Ən azından soruşa bilərdiniz", - o qeyd edib.
Sonradan isə paylaşımını silib.
İstintaq çərçivəsində F. Kahvecinin şikayətçi olmadığı, tibbi ekspertiza üçün müraciət etməkdən və ifadə verməkdən imtina etdiyi bildirilir.
Sabiq futbolçu isə ifadə verdikdən sonra sərbəst buraxılıb.
46 yaşlı Nihat Kahveci futbol karyerası ərzində Türkiyənin "Beşiktaş", İspaniyanın "Real Socyedad" və "Vilyarreal" klublarında çıxış edib. O, 2012-ci ildə peşəkar futbolçu karyerasını başa vurduqdan sonra idman şərhçisi kimi fəaliyyət göstərməyə başlayıb.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1432 Tarix: 14 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ancelina Colinin səmimi müsahibəsi: Nələri etiraf etdi?
Ancelina Coli "L'Officiel" jurnalına səmimi müsahibə verib. -ın xəbərinə görə, 51 yaşlı aktrisa və rejissor övladları böyüdükdən sonrakı həyatı, yeni yaradıcılıq planları, humanitar missiyası və daha çox səyahət etmək istəyi barədə danışıb. Fotosessiya üçün Coli Fendi, Ferragamo brendlərini
15 sentyabrTelevizorun qarşısında yatanlara BƏD XƏBƏR - Ürəyiniz təhlükədədir
Televizoru açıq saxlayaraq yatmaq yuxunun keyfiyyətini poza və ürək-damar sisteminə əlavə yük yarada bilər. xarici mediaya istinadən xəbər verir ki, kardioloqlar gecə televizor qarşısında yatmaq vərdişindən imtina etməyi məsləhət görürlər. Mütəxəssislərin sözlərinə görə, yuxu zamanı orqanizm, o cümlədə
14 sentyabrÖzünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
Özünü ətrafındakı hər kəsdən daha ağıllı görən insanlar fərqində olmadan işlətdikləri bəzi ifadələrlə özlərini büruzə verə bilirlər. "YourTango" münasibətlərdə incikliyə səbəb ola bilən və üstünlük duyğusunu əks etdirən 13 cümləni sıralayıb. xəbər verir ki, "YourTango"nun yazdığın
13 sentyabrGecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
Gecə yuxudan oyanaraq su içmək bir çox insanın qarşılaşdığı haldır. Bəzən bu, sadəcə gün ərzində kifayət qədər maye qəbul edilməməsi ilə bağlı olur. Lakin gecələr davamlı susuzluq hissi bəzi sağlamlıq problemlərinin də əlaməti ola bilər. xəbər verir ki, gecə saatlarında tez-tez susamaq və su içmək ehtiyac
12 sentyabrSentyabrın 2-ci yarısında hamı evinə qucaq dolusu sabun aparacaq - SƏBƏB?
Bir çox insan qatran sabununu yalnız kosmetoloji vasitə kimi qəbul edir. Lakin ondan müxtəlif səthlərdə və məişət əşyalarının təmizlənməsində də istifadə etmək olar. Xüsusilə də sentyabrın ortalarından havaların sərinləməsi ilə infeksion-respirator xəstəliklərə qapı açılacaq. Ona görə də bu "qapı"n
13 sentyabrHaradan haraya! Bu uşağı indi dünya tanıyır
Karyerasını "Qalatasaray"da davam etdirən milli futbolçu Yunus Akgünün uşaqlıq illərinə aid görüntüləri diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, illər əvvəl çəkilən fotoda əlində futbol topu olan balaca Yunusun kameraya baxdığı görünür. Qırmızı köynək geyinən gələcəyin futbolçusunu
11 sentyabrİdmanla bağlı məşhur mif: Çox tərləmək arıqlamaq demək deyil
"Məşq zamanı çox tərləmək daha çox kalori yandırıldığını və yağ itkisini göstərmir". xəbər verir ki, bu barədə -ya məşqçi Kseniya Qufranova bildirib. Onun sözlərinə görə, tərləmə orqanizmin temperaturu tənzimləmək üçün istifadə etdiyi təbii mexanizmdir. Tərləmənin miqdarına havanın temperaturu
14 sentyabr