Bahalı dönər gündəm oldu: Nazirlik yoxlama apardı - VİDEO

Bahalı dönər gündəm oldu: Nazirlik yoxlama apardı - VİDEOİstanbulun tarixi Kapalıçarşısında çörəkarası dönərin 3 min TL-yə satılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərdən sonra Türkiyənin Ticarət Nazirliyi müəssisədə yoxlama aparıb.

Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, İstanbul Ticarət İl Müdirliyi və Fatih Bələdiyyəsinin bələdiyyə nəzarətçilərinin birgə keçirdiyi yoxlama zamanı müəssisədə 100 qram dönərin 600 TL-yə satıldığı müəyyən edilib.

Yoxlamanın nəticələrinə əsasən, haqsız qiymət artımı ilə bağlı 4 məhsul üzrə protokol tərtib olunub. Toplanan sənədlər qiymətləndirilməsi üçün Haqsız Qiymət Artımının Qiymətləndirilməsi Şurasına göndərilib.

Bundan əlavə, müəssisədə 12 məhsul üzrə Qiymət Etiketi Qaydalarının pozulduğu aşkarlanıb. Belə ki, məhsulların etiketlərində həcm göstəriciləri (cl/ml) qeyd edilmədiyi üçün obyekt barəsində inzibati cərimə tətbiq edilib.

Türkiyənin Ticarət Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr üzrə müşaviri Bekir Kaplan sosial media hesabında bildirib ki, sosial şəbəkələrdə Kapalıçarşıda fəaliyyət göstərən bir müəssisədə dönərin 3 min TL-yə satılması ilə bağlı yayılan paylaşımlardan sonra nazirliyin əməkdaşları dərhal araşdırmalara başlayıblar.

O qeyd edib ki, nazirlik istehlakçıların hüquqlarının qorunması, haqsız qiymət artımlarının qarşısının alınması və ədalətli ticarət mühitinin təmin edilməsi istiqamətində nəzarət tədbirlərini qətiyyətlə davam etdirəcək.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1531   Tarix: 14 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ancelina Colinin səmimi müsahibəsi: Nələri etiraf etdi?

Ancelina Coli "L'Officiel" jurnalına səmimi müsahibə verib. -ın xəbərinə görə, 51 yaşlı aktrisa və rejissor övladları böyüdükdən sonrakı həyatı, yeni yaradıcılıq planları, humanitar missiyası və daha çox səyahət etmək istəyi barədə danışıb. Fotosessiya üçün Coli Fendi, Ferragamo brendlərini

15 sentyabr
.

Televizorun qarşısında yatanlara BƏD XƏBƏR - Ürəyiniz təhlükədədir

Televizoru açıq saxlayaraq yatmaq yuxunun keyfiyyətini poza və ürək-damar sisteminə əlavə yük yarada bilər. xarici mediaya istinadən xəbər verir ki, kardioloqlar gecə televizor qarşısında yatmaq vərdişindən imtina etməyi məsləhət görürlər. Mütəxəssislərin sözlərinə görə, yuxu zamanı orqanizm, o cümlədə

14 sentyabr
.

Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr

Özünü ətrafındakı hər kəsdən daha ağıllı görən insanlar fərqində olmadan işlətdikləri bəzi ifadələrlə özlərini büruzə verə bilirlər. "YourTango" münasibətlərdə incikliyə səbəb ola bilən və üstünlük duyğusunu əks etdirən 13 cümləni sıralayıb. xəbər verir ki, "YourTango"nun yazdığın

13 sentyabr
.

Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər

Gecə yuxudan oyanaraq su içmək bir çox insanın qarşılaşdığı haldır. Bəzən bu, sadəcə gün ərzində kifayət qədər maye qəbul edilməməsi ilə bağlı olur. Lakin gecələr davamlı susuzluq hissi bəzi sağlamlıq problemlərinin də əlaməti ola bilər. xəbər verir ki, gecə saatlarında tez-tez susamaq və su içmək ehtiyac

12 sentyabr
.

Əfsanəvi boksçu doğum günündə öldü: 3 oğlunu və arvadını faciəli şəkildəitirmişdi

Dövrün ən güclü boksçuları, o cümlədən Məhəmməd Əli ilə qarşılaşmasına baxmayaraq, əfsanəvi boksçu heç vaxt nokdauna düşməmişdi. Əfsanəvi kanadalı boksçu Corc Çuvalo 89 yaşında vəfat edib. -ın xarici mediaya istinadən məlumatına görə, onun ölümü sentyabrın 12-də, doğum günündə baş verib. Çuvalo peşəka

14 sentyabr
.

Sentyabrın 2-ci yarısında hamı evinə qucaq dolusu sabun aparacaq - SƏBƏB?

Bir çox insan qatran sabununu yalnız kosmetoloji vasitə kimi qəbul edir. Lakin ondan müxtəlif səthlərdə və məişət əşyalarının təmizlənməsində də istifadə etmək olar. Xüsusilə də sentyabrın ortalarından havaların sərinləməsi ilə infeksion-respirator xəstəliklərə qapı açılacaq. Ona görə də bu "qapı"n

13 sentyabr
.

Android və "iPhone"da gizli tətbiqlər: Onları bir neçə dəqiqəyə necə tapmaq olar?

Smartfonun ekranından hansısa tətbiqin qəfil yoxa çıxması onun silindiyi demək deyil. Bəzi hallarda proqram sadəcə əsas ekrandan və ya tətbiqlər menyusundan gizlədilə bilər. xarici mediaya istinadən xəbər verir ki, smartfonlarda tətbiqləri gizlətmək funksiyası məxfi proqramları yad gözlərdən qorumaq

15 sentyabr
.

Haradan haraya! Bu uşağı indi dünya tanıyır

Karyerasını "Qalatasaray"da davam etdirən milli futbolçu Yunus Akgünün uşaqlıq illərinə aid görüntüləri diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, illər əvvəl çəkilən fotoda əlində futbol topu olan balaca Yunusun kameraya baxdığı görünür. Qırmızı köynək geyinən gələcəyin futbolçusunu

11 sentyabr
.

İdmanla bağlı məşhur mif: Çox tərləmək arıqlamaq demək deyil

"Məşq zamanı çox tərləmək daha çox kalori yandırıldığını və yağ itkisini göstərmir". xəbər verir ki, bu barədə -ya məşqçi Kseniya Qufranova bildirib. Onun sözlərinə görə, tərləmə orqanizmin temperaturu tənzimləmək üçün istifadə etdiyi təbii mexanizmdir. Tərləmənin miqdarına havanın temperaturu

14 sentyabr