Azərbaycan gömrüyündə sahibkarların bəyannamələri 30 dəqiqəyə yoxlanılacaq
Dövlət Gömrük Komitəsinin (DGK) bu ilin avqust ayında pilot qaydada tətbiqinə başladığı yeni layihəylə "könüllü əməletmə" prinsipi əsasında fəaliyyət göstərən sahibkarların bəyannamələrinin 30 dəqiqə ərzində yoxlanılması və nəqliyyat vasitələrinin sürətli çıxışı təmin ediləcək.
Bu barədə DGK-nın məlumatında deyilir.
Bildirilir ki, ilkin mərhələdə beş sahibkarın istifadə etdiyi layihədən hazırda 60 biznes subyekti faydalanmaqdadır. Avqustun sonunadək isə fəaliyyətini qanunvericiliyə uyğun şəkildə quran 400-ə qədər şirkətin yeni layihədən istifadə etməsi planlaşdırılır.
Qeyd olunub ki, şəffaflıq, vətəndaş və sahibkar məmnuniyyəti gömrük orqanlarının əsas strateji hədəflərindəndir. Bu məqsədlə gömrük rəsmiləşdirilməsinin daha da sadələşdirilməsi, gömrük bəyannaməsinin doldurulması prosesinin təkmilləşdirilməsi, rəqəmsal həllərin tətbiqi hesabına vətəndaş-məmur təmasının minimuma endirilməsi istiqamətində mühüm addımlar atılır ki, bu da sahibkarlara vaxt və vəsaitə qənaət etmək baxımından əlavə imkanlar yaradır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın avtomobil hissələri idxalına çəkdiyi xərci 14 %-dən çox azalıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1 milyard 485 milyon 186,02 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin 8 ayı ilə müqayisədə 252 milyon 544,42 min ABŞ dolları və yaxu
26 sentyabrGürcüstan Azərbaycandan pomidor idxalına çəkdiyi xərci 2,5 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 2,71 milyon ABŞ dolları dəyərində 3 min 790 ton pomidor idxal edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
23 sentyabrBrent markalı neftin qiyməti artaraq 101,74 dollar/barelə çatıb
Bazar iştirakçıları Yaxın Şərqdəki vəziyyəti və onun həlli perspektivlərini qiymətləndirərkən, neft qiymətləri çərşənbə axşamı səhər dörd günlük enişdən sonra yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışl
22 sentyabrAzərbaycan Argentinadan limon və laymın idxalını kəskin artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 13 milyon ABŞ dolları dəyərində 13 min ton limon və laym (təzə və yaxud qurudulmuş) gətirilib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyə
1 oktyabrLimit 20 mindən 50 minə qaldırıldı - Gələn ildən-Yenilənib
Azərbaycanda elektron pul köçürmələrinin Maliyyə Monitorinqi Xidmətinə (MMX) hesabatlılıq mexanizmi yenilənir. "Qafqazinfo" -a istinadən xəbər verir ki, MMX-nin İdarə Heyətinin sədri Zaur Fətizadə tərəfindən cari ilin 21 aprel tarixində imzaladığı qərara əsasən, maliyyə qurumlarının elektro
30 sentyabrAzərbaycanda dörd qanun ləğv ediləcək
Azərbaycanda dörd qanun ləğv ediləcək. -ın məlumatına əsasən, "Aqrar sahə haqqında" yeni qanun layihəsi qüvvəyə mindikdən sonra aşağıdakı qanunlar ləğv olunacaq:. - "Taxıl haqqında" Azərbaycan Respublikasının Qanunu;. - "Çayçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu;
2 oktyabrAzərbaycan Dominikandan siqar idxalını 10 dəfə artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 745 min ABŞ dolları dəyərində 2,02 milyon ədəd siqar (tərkibində tütün olan, ucları kəsilmiş və nazik) idxal edib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
24 sentyabrƏməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Vergi dəyişikliklərinə əsasən, aylıq vergitutulan gəliri 2500 manatadək olan şəxslər 2027-ci ildən 5 faiz, 2028-ci ildən 7 faiz dərəcəsi ilə gəlir vergisi ödəyəcəklər. Bəs, 2027-ci ildən fiziki şəxslərin gəlir vergisi dərəcələrinin dəyişməsi vətəndaşların real gəlirlərinə və aylıq qazancına necə təsi
23 sentyabr