Qərbi Azərbaycan İcması "Kilikiya katolikosu"nun cəfəng açıqlamalarını pisləyir
Qərbi Azərbaycan İcması "Kilikiya katolikosu"nun Azərbaycanın əleyhinə davamlı xarakter almış cəfəng açıqlamalarını pisləyir.
Bu barədə İcmadan verilən məlumatda deyilir.
"Din xadimi kimi deyil, daşnak təfəkkürlü siyasətçi kimi danışan "Kilikiya katolikosu"na xatırladırıq ki, əsrlərdir erməni kilsəsinin təşviq etdiyi "dənizdən dənizə böyük Ermənistan" nağılı, irqçi mifologiya 2020-ci il Vətən müharibəsi zamanı Azərbaycan tərəfindən darmadağın edilmişdir və artıq geriyə yol yoxdur. Əgər "Kilikiya katolikosu" indi erməni xalqının mənafeyini düşünürsə, onda regionda düşmənçiliyi, başqa ölkəyə ərazi iddiasını deyil, sülhü və barışığı, bu xüsusda, Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı üçün Ermənistan hakimiyyətinin İcma ilə dialoqunu təşviq etməlidir.
Qərbi Azərbaycan İcması Livan ictimaiyyətini "Kilikiya katolikosu"nun nifrət dolu, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü hədəf alan, onun daxili işlərinə müdaxiləyə çağıran açıqlamalarını pisləməyə çağırır", - məlumatda qeyd edilib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 646 Tarix: 13 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabrPrezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabrAzərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca
20 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabr