Bunun nəyi vahid forma olur? - ARAŞDIRMA

Bunun nəyi vahid forma olur? - ARAŞDIRMAYeni tədris ilinin başlamasına az vaxt qalıb. Təbii ki, valideynlər övladlarının məktəbə getməsi üçün forma, çanta, dərs ləvazimatı almağı planlayır. Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Artıq Elm və Təhsil Nazirliyinin bölgələr və məktəblər üzrə sifarişi əsasında istehsala və satışa start verilib.

Qeyd edək ki, ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib. Hər bir müəssisə mart ayına qədər Pedaqoji Şura təşkil edərək dörd formadan birini məktəbli forması olaraq seçib.

Eyni zamanda, Nazirlər Kabinetinin qərarında qeyd olunur ki, məktəblər üçün forma dörd rəngdə nəzərdə tutulub.

Bir milyondan çox şagirdə forma çatacaq?

Nəzərə alsaq ki, ölkəmizdə təxminən bir milyondan çox şagird var, onlar üçün formaların tikilməsi də asan başa gəlmir.

"Bakı Tikiş Evi" Açıq Səhmdar Cəmiyyətinin satış şöbəsinin müdiri Etibar Əzimovun sözlərinə görə, qurum tərəfindən məktəbli formalarının satışı ilə bağlı Bakı şəhərində müxtəlif ərazilərdə məntəqələr yaradılıb:

"Hazırda satışla bağlı paytaxtda 10 məntəqə mövcuddur. Bundan əlavə, Astara, Cəlilabad, Lənkəran, Qəbələ, Qax və İsmayıllıda mağazalarımız fəaliyyət göstərir. Bir neçə günə digər mağazalarda da satış mərkəzi açılacaq. Artıq satışlar başlanılıb".

"Bu il problem yaşanmayacaq"

E.Əzimov qeyd edib ki, ötən tədris ili üçün formaların ölçülərinin tapılmaması ilə bağlı yaranan problem bu il yaşanmayacaq:

"Keçən tədris ilində məktəbli formalarının istehsalı ilə bağlı qərar gec verildi və problem yarandı. Forma yun və pambıqdan tikilir. Təbii parçaların istehsalı ilə bağlı plan da bir il əvvəldən verilir. Digər tərəfdən, ötən il istehsalçı tək biz idik. Nəticədə lazımi qədər parça tapa bilmədik və nə bacardıq, onu istehsal etdik. Biz özəl müəssisəyik və başqa öhdəçiliyimiz var. Bu il isə məktəbli forması istehsal edən şirkətlərin sayı artıb, bu, yaxşı haldır".

E.Əzimov vurğulayıb ki, yeni tədris ili üçün parçalar qış ayında sifariş verilib:

"Formanın parçası Türkiyə və Belarusdan gəlir. Artıq xammal gəlib və bütün qışı paltarları tikmişik. Valideynlər ASC-in paytaxtdakı 10 məntəqəsində və regionlardakı satış mərkəzlərimizdən bütün ölçü, rənglərdə olan məktəbli formalarını əldə edə bilərlər. Əvvəlki illərdə məktəbin açılışına bir neçə gün qalmış valideynlər gəlirdi və sıxlıq olurdu, nəticədə malları çatdırmaq olmurdu. Amma artıq əhali formaları indidən almağa başlayır".
Sosial ədalət prinsipi

Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, şagirdlərin ümumiyyətlə standart formaya ehtiyacı olub-olmaması ilə bağlı fərqli mülahizələr var:

"Məktəbli forması şagirdlərin təhsil aldıqları müəssisədə, eyni zamanda, ictimai həyatda öz fəaliyyətlərinə və davranışlarına məsuliyyətlə yanaşmalarında, cəmiyyətdə özlərinə qarşı hörmət və rəğbət hissi oyadılmasında, bütövlükdə məktəbin nüfuzunun artmasında əhəmiyyətli rol oynayır. Məktəb hərənin bir cür fərqlənmək istədiyi, maddi vəziyyəti ilə öyünmək, seçilmək yeri deyil. Vahid məktəbli formasının əsas mahiyyəti uşaqlar arasında sosial bərabərliyin təmin edilməsidir. Əgər şagird görürsə ki, hansısa məktəbin şagirdi geyimi ilə ondan üstündür, burada sosial ədalətdən danışmaq olmaz. Nəzərə alaq ki, fərqli formalar uşaqlara mənfi təsir göstərir və onlarda əskiklik kompleksi yaradır. Bir sıra ölkələrin dövlət məktəblərinin əksəriyyətində vahid forma mütləqdir".

"Formanın dörd cür olması da doğru deyil"

Nadir İsrafilov əlavə edib ki, 2020-ci ildən ölkə məktəblərində vahid məktəbli forması tətbiq olunmalı idi. Lakin koronavirus pandemiyası başladı və işlər yarımçıq qaldı.

Ekspertin sözlərinə görə, formanın dörd cür olması da doğru deyil:

"Əgər təhsildə bütün ölkə üzrə vahid dövlət standartları tətbiq olunursa, belə standartlar nəyə görə məktəbli formasına da şamil edilməməlidir? Digər tərəfdən il ərzində bir məktəbdən digərinə xeyli sayda şagird yerdəyişmələri edilirsə, onda bir forma digəri ilə əvəz edilməlidir? Milli Məclisin vahid məktəbli geyimi ilə bağlı "Ümumi təhsil haqqında" qanuna etdiyi dəyişikliyə əsasən, Azərbaycanda ümumtəhsil müəssisəsində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş vahid geyim forması tətbiq edilə bilər. Hər ali məktəbin, özəl lisey və gimnaziyaların loqosu olduğu kimi, ayrı-ayrı məktəblərin də fərqlənmə nişanlarını həmin formalarda əks etdirmək olar. Əgər hər məktəb dörd fərqli eskizdən birini seçəcəksə, bunun nəyi vahid forma olur?"

Ekspertin sözlərinə görə, "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə yenidən baxılmalı, "geyim forması hər bir məktəbin öz nizamnaməsi ilə müəyyən olunur" maddəsi dəyişdirilməlidir. Əgər diqqət ölkə üzrə vahid formanın tətbiq edilməsinə yönəlibsə, hər məktəbin müstəqil seçimi müxtəliflik yaradar ki, bu da artıq ayrılıqda götürülən məktəbin forması hesab edilə bilər.

Bəs qiymətlər neçəyədir?

Məktəbli formalarının satışı ilə məşğul olan mağazanın təmsilçisi Ruzbek Müqaddami deyir ki, artıq məktəbli forması üçün müraciət edənlər var:

"Bakıda - Nərimanov, Xətai, Nizami, Yasamal, Binəqədi, Sabunçu rayonlarında və Gəncə şəhərində iki ünvanda müştərilərə xidmət göstəririk". Yeni məktəbli formalarında bütün ölçülərdə uzunqol və qısaqol köynəklərin qiyməti 15 manata, şalvar və ətək 25 manata, jaketlər isə 30 manata təklif olunur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2380   Tarix: 13 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb

Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur

3 oktyabr
.

Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR

Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları

4 oktyabr
.

Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ

Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni - V-I fəsildə əksini tapıb. Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanını

4 oktyabr
.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri

4 oktyabr
.

Zəif şagirdlərlə iş nə vaxt başlamalıdır? - Təhsildə erkən müdaxilə niyə vacibdir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Sentyabrın 11-də keçirilən 2026-2027-ci tədris ili üzrə təhsil işçilərinin konfransında şagirdlərin nəticələri və xüsusilə zəif nəticə göstərən uşaqlarla iş məsələsi diqqət mərkəzində olub. Təhsil İnstitutunun təqdimatında ibtidai siniflərdə oxu və riyazi bacarıqlar üzrə müsbət dinamikanın olduğu, baz

5 oktyabr
.

Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ

"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə

4 oktyabr
.

Magistraturada "pullu"ya düşən 195 tələbə ödənişsiz təhsil alacaq

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş alıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, müvafiq ixtisaslar

5 oktyabr
.

Azərbaycanda nağdsız ödənişlər 9 %-ə yaxın artıb

Bu ilin avqust ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 8,8 % artaraq 8 milyard 88 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,682 milyard manatı (86,4 %-i) elektron ticarətin payına düşüb. Ödənişlərin 1 milyar

4 oktyabr
.

Bəzi şəxslərə pulsuz hüquqi yardım göstəriləcək

Azərbaycanda bir sıra şəxslərə pulsuz hüquqi yardım göstəriləcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" Qanunda əksini tapıb. Qanun layihəsinə əsasən, pulsuz hüquq

5 oktyabr