Türkmənistan qazının Azərbaycana tədarükü artıb
İran türkmən qazının Azərbaycana svop tədarükünü sutkada 4,5-5 milyon kubmetrdən 7-7,5 milyon kubmetrə qədər artırıb.
Bu barədə İranın Türkmənistandakı səfiri Qulam Abbas Ərbab Xales bildirib.
"Türkmən qazının İran ərazisindən tədarükünə gəlincə, biz müqavilələrimizə baxmalıyıq. Razılaşmalara əsasən, biz Azərbaycana gündə 4,5-5 milyon kubmetr svop tədarük edirik. İndi bu tədarük artaraq 7-7,5 milyon kubmetr olub. Bu, Türkmənistanla Azərbaycan arasında mövcud olan müqavilələrə uyğun həyata keçirilib. Ümumiyyətlə, Serah xəttində svop tədarükü potensialı gündə 20 milyon kubmetrə qədərdir", - diplomat bildirib.
Qeyd edək ki, bir müddət öncə Azərbaycan, Türkmənistan və İran svop qaz tədarükünün həcmini iki dəfə artırmaq barədə razılığa gəliblər. Ölkələr arasında müddətsiz üçtərəfli saziş 2021-ci ilin noyabrında Aşqabadda imzalanıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın Çexiya ilə ticarəti yarım milyard dolları ötdü
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Çexiya ilə ticarət dövriyyəsi 529,7 milyon dollar təşkil edib. -ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,2% artıb. Hesabat dövründə ölkədən Çexiyaya ixrac 499 milyon dollar təşkil edib. Azərbaycanı
5 avqustQızıl bahalaşdı
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,67% artaraq 4 018,8 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-c
18 iyulEyni məkan, fərqli nəticə: Bakıda ölümə gedən piyadaların GÖRÜNTÜLƏRİ
"Bu hadisələr piyada keçidlərini əhəmiyyətsiz bilib yolun hərəkət hissəsindən keçməyin həyat üçün nə qədər təhlükəli olduğunu bir daha göstərdi". xəbər verir ki, bu Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin piyadalara müraciətində deyilir. Mərkəzdən bildirilib ki
22 iyunDGK sədri: "Azərbaycan Aİ-nin yeni tranzit sisteminə qoşulur"
"Azərbaycan Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin də iştirak etdiyi yeni tranzit sistemə qoşulmağa hazırlaşır". xəbər verir ki, bunu "Report" İnformasiya Agentliyi və "İctimai TV"yə müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovnik
25 iyunTürkiyənin Azərbaycana metal ixacından qazancı 6 %-dən çox artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 65,724 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,3 % çoxdur. Təkcə iyunda isə Türkiyə Azərbaycana 10,022 milyo
12 iyulQramı 290 manat oldu: Qızıl bazarında SON QİYMƏTLƏR
Qızıl bazarında son dövrlər nəzərəçarpacaq durğunluq yaranıb. Dünya bazarlarında qiymətli metalın bahalaşması yerli bazarda da özünü göstərir. Bu isə həm alıcı fəallığının azalmasına, həm də satışların əvvəlki dövrlərlə müqayisədə zəifləməsinə səbəb olub. -in məlumatına görə, qızıl mağazalarının sahiblər
3 iyunYenilənmiş 100 manatlıqlar bu tarixdə tədavülə buraxılacaq
Cari ilin 15 iyul tarixində yenilənmiş 100 manatlıq pul nişanının tədavülə buraxılması nəzərdə tutulub. Bunu Trend-ə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Məmmədov deyib. O bildirib ki, Mərkəzi Bank tərəfindən yenilənmiş pul nişanları və ya mövcud pul nişanlarında hər hans
3 iyulAzərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 7 % azaldıb
Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 926,908 milyon ABŞ dolları dəyərində mal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7 % azdır. Beş ayda Azərbaycanın idxalı Türkiyənin ümumi ixracının 1 %-ni təşki
13 iyun