İspaniyanın müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb
İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin "X" sosial media platformasında Azərbaycan ərazilərində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma separatçı rejimi dəstəkləyən təxribat xarakterli paylaşımı ilə əlaqədar İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Patrisia Serrano Sançez Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin Ermənistanın Azərbaycanın suveren ərazisində qurduğu qanunsuz separatçı rejimi təbliğ edən "X" paylaşımının qəbuledilməz olduğu və öz ərazisində separatizmlə mübarizə aparan İspaniya kimi ölkə tərəfindən belə bir addımın atılmasının anlaşılmaz olduğu vurğulanıb. Bu qeyri-konstruktiv yanaşmanın Azərbaycan-İspaniya münasibətlərinin ruhuna uyğun gəlmədiyi və Azərbaycan tərəfindən qətiyyətlə pislənildiyi diqqətə çatdırılıb.
İspaniyanın müvəqqəti işlər vəkili ölkəsinin davamlı olaraq Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqedə heç bir dəyişikliyin baş vermədiyini bildirib. Sözügedən "X" paylaşımının texniki nöqsan olduğunu deyən ispan diplomat bu səbəbdən də Azərbaycan tərəfinin narahatlığını ifadə etməsindən dərhal sonra həmin paylaşımın silindiyini diqqətə çatdırıb.
Azərbaycan tərəfi belə halların bir daha təkrarlanmaması üçün müvafiq tədbirlərin görülməsinin vacib olduğunu bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb