Nizaminin icra başçısı Bədəl Bədəlova bata bilmir? - MÜRACİƏT
"Sizə bu məktubu bir qrup Nizami rayon sakini adından yazırıq. Şikayətimiz isə Dövlət Neft Şirkətinin keçmiş vitse-prezidenti Bədəl Bədəlovdandır. Rayounumuzun NZS adlanan hissəsində, Babək prospektində hektarlarla torpaq sahəsi Bədəl Bədəlov tərəfindən zəbt olunub. Illər uzunudur davam edən işğal prosesi nəticəsində bu ərazidə - Neft Şirkətinin balansında olan bu torpaqlarda bütöv bir şəhər salınıb. Bu şəhərin "memarı" isə Bədəl Bədəlovdur".
Sonxeber.az xəbər verir ki, bu barədə DİA.AZ-a daxil olan müraciətdə deyilir.
Müraciət müəllifləri daha sonra yazır: "Nizami rayonunun NZS ərazisində hektarlarla torpaq sahəsini "işğal edən" cütlük bu illər ərzində həmin torparlarda hər biri 1,5-2 sot ərazini əhatə etməklə minlərlə ev inşa edib, bu evlərin satışından milyonlarla manat vəsait əldə edib. Halbuki, biz sadə vətəndaşlar özümüzün, övladlarımızın mənzilə, həyətyanı əraziyə olan ehtiyacımızı təmin etmək üçün yarım sot torpaq tapa bilmirik. Bu məqsədlə dəfərlə icra hakimiyyəti və bələdiyyəyə müraciət etsək də, bizə bildirirlər ki, balansımızda rayon sakinlərinə verə biləcəyimiz torpaq sahəsi yoxdur.
Soruşanda ki, bəs niyə NZS-dəki torpaq sahəsindən rayon sakinlərinə 1 sot da olsun torpaq verilmir, İqlar adlı yetkili bildirir ki, o torpaqlar bizim yox, Dövlət Neft Şirkətinin balansındadır və bu torpaqların aqibətinə Bədəl Bədəlov qərar verir.
Artıq neçə ildir ki, Bədəl Bədəlov Nizami rayonu ərazisindəki neft torpaqlarını işğal etmək, bu torpaqlarda fərdi yaşayış evləri tikərək satmaqla məşğuldur. Onun şəxsi ambisiyaları isə Nizami rayon sakinlərini evsiz-eşiksiz qoyur. İş o yerə çatıb ki, dədə-babadan NZS ərazisində yaşayan insanlar belə övladları, nəvələri üçün rayon ərazisindən 1 sot torpaq tapa bilmir.
Neft torpaqlarının zəbt edilməsində bu torpaqların qoprunmasına cavabdeh olan Bədəl Bədəlovun yaxıdnan iştirakı isə xüsusilə təəssüf doğurur. Uzun illər Dövlət Neft Şirkətinin vitse-prezidenti kimi neft torpaqlarının kütləvi zəbtini həyata keçirən Bədəl Bədəlov, bu gün də həmin torpaqlar üzərində şəxsi biznesini davam etdirməkdədir.
Biz bütün əlaqədar dövlət qurumlarından xahiş edirik ki, Bədəl Bədəlovun Nizami rayonu ərazisindəki özbaşınalığına, qeyri-qanuni biznesinə son qoysun. NZS-dəki neft torpaqlarını zəbt olunmasının qarşısını alınsın, bu torpaqlarda inşa edilən tikililər sökülsün. Nizami rayon sakinlərinə məxsus torpaqlardan onların istifadəsinə şərait yaradılsın.
Ümid edirik ki, bu müraciətimiz öz bəhrəsini verəcək və uzun illərdir ki, davam edən bu problem nəhayət ki, öz həllini tapacaq".
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3603 Tarix: 21 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video
Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağına səbəb ola
4 oktyabrBu gün Beynəlxalq Müəllimlər Günüdür
Bu gün müəllimlər öz peşə bayramlarını qeyd edirlər. xatırladır ki, 1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənə
5 oktyabrTarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Alman-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Şəmkir rayonunda yerləşən tarixi Alman Lüteran kilsəsində Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin II Beynəlxalq Opera Festivalı keçirilib. Tədbirin əvvəlində Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingi
5 oktyabrAzərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI
Bu ilin geridə qalan iş günlərini təqdim edirik. xəbər verir ki, qarşıdakı aylarda qeyri-iş günlərinin sayı iş həftəsinin formasından asılı olaraq dəyişəcək. Belə ki, oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü olacaq. Noyab
3 oktyabrErmənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri
4 oktyabrMüəllim olmaq ÇƏTİNLƏŞİR: "Artıq təkcə bilik yox, dünyagörüşü də yoxlanılır"
Müəllimlər Günü ərəfəsində müəllim peşəsinin cəmiyyətdəki nüfuzu və təhsil prosesində müəllimin rolu yenidən diqqət mərkəzinə gəlir. Müəllimlərin əməkhaqqının artırılması, sertifikasiya prosesinin tətbiqi və peşəkar inkişaf imkanlarının genişləndirilməsi onların işə münasibətinə və motivasiyasına təsi
5 oktyabrYağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX
Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı
3 oktyabrKimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ
Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni - V-I fəsildə əksini tapıb. Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanını
4 oktyabr