Sumqayıtda "fərdi təhsil" "biznesi": Məktəbi direktorun xanımı idarə edir?

Sumqayıtda "fərdi təhsil" "biznesi": Məktəbi direktorun xanımı idarə edir?"12 ildir ki, Sumqayıtda evdə fərdi təhsil məktəbində müəllimə işləyirəm. Bu müddətdə bir neçə direktor dəyişib, hamısı da pul alıb dərs verib, amma indiki kimisi olmayıb. 2023-cü ilin aprel ayında Sumqayıt 21 saylı orta məktəbin direktoru Vladim İbrahimovdan həddən çox şikayətlər olduğuna görə Abşeron-Xızı təhsil idarəsi onu işdən çıxarmağa məcbur oldu.

Bunu həmin məktəbin müəllimləri də açıq deyirlər. Amma işdən çıxarılan direktoru imtahansız gətirib bizim Evdə fərdi təhsil məktəbinə direktor qoydular. Həmin gündən də məktəbi Vladim müəllimlə birlikdə həyat yoldaşı Səidə müəllimə idarə edir. Səidə müəllimə başqa məktəbin müəlliməsi olsa da, evdə fərdi təhsil məktəbində saat hesabı dərs deyir, həm də Abşeron-Xızı təhsil idarəsində tibbi-pedaqoji ekspert komissiyasının rəhbəridir".

Qlobal.az xəbər verir ki, bu barədə DİA.AZ-a "Evdə fərdi təhsil" məktəbinin müəllimləri adından edilən müraciətdə deyilir.

Müraciət müəllifləri daha sonra yazır: "Komissiyanın keçmiş sədri İsa Tərlanov yoxlamalar nəticəsində işdən çıxarılsa da, Səidə müəlliməni himayə edənlər onu komissiyanın rəhbərliyinə gətirdilər, halbuki xeyli sağlam, heç bir xəstəliyi olmayan uşaqlar 9-11-ci siniflərdə müəllim yanına gedə bilmək üçün məhz həmin komissiyanın saxta rəyləri əsasında evdə fərdi təhsil məktəbinə qəbul edilmişdilər, onlardan hələ də məktəbdə təhsil alanlar var.

Hətta deyilənə görə, sağlam uşaqların məktəbə qəbulu 1500-2000 manatdır. Vladim müəllim məktəbimizə direktor təyin olunandan Səidə müəllimənin bütün rəfiqələri aprel-may ayından etibarən məktəbimizə axın etməyə başlayıblar. Yoxlama aparılsa məlum olar ki, 2023-cü ilin aprel ayından başlayaraq 21 saylı məktəbdən və digər məktəblərdən onlarla müəllimə saat hesabı dərs verilib, məktəbin öz müəllimləri isə dərs üçün az qala yalvarır. May ayında məktəbin təsərrüfat müdirinin öz anasının əvəzinə dərsə girdiyi aydın oldu, amma Səidə müəllimənin rəfiqəsi olduğuna görə onunla bağlı tədbir görülmədi.

Bir neçə kurs müəllimi sövdələşmə əsasında illərdir məktəbimizdə işləyirlər və hər gələn direktor və ya əvəzi onların əmək haqqı kartlarını bir-birinə ötürməklə bir-birinin əyri işlərini ört-basdır edirlər. Həmişə də həmin müəllimlər təriflənir, əslində hamı bilir ki, tərif əyə görədir. Lakin illərin təcrübəli müəllimləri kiçik bir səhv edən kimi dərhal Vladim müəllim çağırıb deyir ki, ərizəni yaz öz xoşunla çıx işdən.

İndi hamı məzuniyyətdə olduğu vaxtda direktor Vladim İbrahimov həyat yoldaşı Səidə müəllimə ilə birlikdə dərs bölgüsü aparır, amma bu bölgüdən direktor müavinlərinin, məktəbin həmkarlar təşkilatı sədrinin xəbəri yoxdur. Məktəbimiz Prezidentin açılışını etdiyi 4-cü mikrorayondakı 20 saylı məktəbin binasına köçürüləndə təmir adı ilə 50 manatdan pul yığıb vermişik ki, dərs bölgüsü vaxtı bizi incitməsinlər, lakin indi bizi sayan yoxdur...."


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 19922   Tarix: 22 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video

Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağına səbəb ola

4 oktyabr
.

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Bu gün müəllimlər öz peşə bayramlarını qeyd edirlər. xatırladır ki, 1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənə

5 oktyabr
.

Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Alman-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Şəmkir rayonunda yerləşən tarixi Alman Lüteran kilsəsində Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin II Beynəlxalq Opera Festivalı keçirilib. Tədbirin əvvəlində Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingi

5 oktyabr
.

Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI

Bu ilin geridə qalan iş günlərini təqdim edirik. xəbər verir ki, qarşıdakı aylarda qeyri-iş günlərinin sayı iş həftəsinin formasından asılı olaraq dəyişəcək. Belə ki, oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü olacaq. Noyab

3 oktyabr
.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri

4 oktyabr
.

Müəllim olmaq ÇƏTİNLƏŞİR: "Artıq təkcə bilik yox, dünyagörüşü də yoxlanılır"

Müəllimlər Günü ərəfəsində müəllim peşəsinin cəmiyyətdəki nüfuzu və təhsil prosesində müəllimin rolu yenidən diqqət mərkəzinə gəlir. Müəllimlərin əməkhaqqının artırılması, sertifikasiya prosesinin tətbiqi və peşəkar inkişaf imkanlarının genişləndirilməsi onların işə münasibətinə və motivasiyasına təsi

5 oktyabr
.

İnsanlar niyə qəddarlaşır? Hamilə iti pəncərədən atan şəxsin hərəkəti nəyi göstərir? - PSİXOLOQDAN AÇIQLAMA

Bakıda hamilə itin hündürmərtəbəli binanın pəncərəsindən aşağı atılması cəmiyyətdə ciddi narazılıq yaradıb. Heyvana qarşı bu cür amansız davranışın görüntülərinin yayılması bir daha insanlarda aqressiya və zorakılığın hansı həddə çata bildiyi sualını gündəmə gətirib. Bəs insanı heyvana qarşı bu qədə

5 oktyabr
.

Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ

Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni - V-I fəsildə əksini tapıb. Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanını

4 oktyabr