Deputata qarşı şantaj: Erotik qalmaqallara cəlb etmək istədilər

Deputata qarşı şantaj: Erotik qalmaqallara cəlb etmək istədilərMilli Məclisin deputatı Əziz Ələkbərli sosial şəbəkələrdə şantaj olunması ilə bağlı paylaşım edib.

Oxu.Az-ın xəbərinə görə, həmin açıqlamada deyilir:

"Bəzi saytlarda "Emmanuel Lustin" adına "Facebook" sosial şəbəkə platformasında 2022-ci il 17 iyun tarixində yayımlanmış və 157 502 bəyənmə sayına malik videonun mənim adıma olan sosial şəbəkə profilləri tərəfindən izlənildiyi və bəyənildiyi iddia olunub. Mənim şəxsi istifadəmdə olan iki "Facebook" profili vardır ki, onların heç biri tərəfindən qeyd edilən video izlənilməyib və videoya münasibət bildirilməyib. Buna baxmayaraq, haqqımda xoşagəlməz və qeyri-dəqiq informasiyanın yayılması, şəxsimə qarşı yönəlmiş qərəzli saxta məlumatlar paylaşılması məndə və yaxın ətrafımda olan insanlarda təəssüf hissi doğurub. Bu addımı atanların əsl niyyəti sifarişlə mənim ictimai nüfuzuma zərər vurmaqdır. Qeyd edilən məlumatlarla bağlı köməkçim sosial şəbəkə mütəxəssisləri ilə birgə araşdırma aparıb. Bu araşdırmalar da yayılan xəbərin tamamilə saxta olduğunu üzə çıxarıb.

Araşdırma nəticəsində məlum olub ki, "Emmanuel Lustin"in adına "Facebook" sosial şəbəkə platformasında altı səhifə mövcuddur və ən çox izlənilən (555 000) səhifədə yalnız 2022-ci ilin yanvarından bu günədək paylaşılan videolar mövcuddur.

Paylaşılan ekran çəkimində ("screenshot") olan profil fotosu və "Mremmanuellustin" adlı "Facebook" səhifəsində 2022-ci ilin 10 iyun və 1 avqust tarixləri arasında müəllifin paylaşdığı videoların maksimum bəyənmə sayı 20 000, orta hesabla 10-17 000-dir. 2021-ci ildə yaradılan profildə ilk paylaşım 2022-ci il 27 yanvarda olub və 2023-cü il 21 avqusta qədər paylaşımları arasında 100 000 bəyənməsi olan yeganə postu 15,8 milyon baxış və 6 600 şərhi var. Digər milyondan çox baxışı olan 13 videosunun heç birində bəyənmə sayı 100 000-ə çatmır. Texniki şərtlərə uyğun olaraq "Facebook" paylaşımı ekran görüntüsü çəkilərkən "videonu bağla" işarəsi göründüyü halda videonun aşağı sağ küncündə bəyənmə, şərh və paylaşım sayı görünməlidir. Videonu böyütmək üçün nəzərdə tutulan işarə ilə sağ yuxarı küncdə olan ekran işarəsi eyni xəttin üzərində perpendikulyar formada yerləşməlidir. Eyni zamanda, sağ yuxarı küncdə ekran işarəsi qara çərçivə içərisində ağ rəngdə olmalıdır. Bəyənənlər və paylaşanlara dair məlumatlar eyni sətirdə olduğu halda, sol və sağ tərəf paralel deyil və sağ tərəfdəki məlumatların aşağı hissəsi oxunmur, bu da şəklin sonradan hazırlandığını göstərir. Bəyənənlər bölməsində yalnız bəyənməyə dair nişan ("icon") görünsə də, digər mümkün reaksiya işarələri görünmür, halbuki, o xüsusiyyət 2019-cu ildən etibarən "Facebook"da mövcuddur.

2022-ci il 17 iyunda paylaşılan videonun bəyənmə sayı 189, şərh sayı - 10, paylaşım sayı - 75, baxış sayı – 50 100-dür. Ekran şəkli paylaşılan postdakı video 2022-ci il 13 iyun tarixində "Emmanuel Lustin" tərəfindən paylaşılıb və 133 bəyənmə, iki şərh, 19 paylaşım, 18 100 baxış qazanıb.

"Google" axtarış platformasında iddia olunan ekran paylaşımındakı başlıq və tarix axtarışı verilərkən, orada göstərilən kimi, 17 iyun 2022 yox, 16 iyun 2022-ci il göstərilib və videonun müəllif tərəfindən silindiyi qeyd edilir. Silinən postun texniki göstəricilərini müəllifin digər videoları ilə müqayisə etdikdə xüsusi proqramlar vasitəsilə artırılmış rəqəmləri görmək mümkündür.

Bütün bu faktlar onu göstərir ki, haqqımda bəhs edilən saxta məlumatda göstərilən şəkil hansısa şəxs tərəfindən proqram vasitəsilə düzəldilib, digər şəkillərdən hissələr kəsilərək montaj olunub və yayımlanıb".

Deputat "Media haqqında" Azərbaycan Respublikasının Qanununa istinad edərək, yayılan məlumat təkzib olunmayacağı təqdirdə məhkəməyə üz tutacağını bildirib:

"Qanuna görə, media subyekti tərəfindən fiziki şəxsin şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqda, fikirlər təhrif olunduqda hüququ pozulmuş şəxsin və ya onun səlahiyyətli nümayəndəsinin həmin media subyektində 1 (bir) ay müddətində cavab vermək, habelə media subyektindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, üzr istənilməsini tələb etməklə yanaşı, birbaşa məhkəməyə müraciət etmək (maddə 18.1), həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır (maddə 23.4). Bununla yanaşı, "Media haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, mediada faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir (maddə 14.1.11).

Haqqımda qərəzli və saxta məlumatlar yaymış media subyektlərini həmin məlumatı təkzib etməyə çağırıram (həmin media subyektlərinə tərəfimdən fərdi qaydada müraciət olunub). Əks halda yuxarıda qeyd edilən qanunun müvafiq maddələri ilə media subyekti tərəfindən fiziki şəxs barəsində yayılmış həqiqətə uyğun olmayan məlumatlar nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini məhkəmə qaydasında tələb etmək, həmçinin, həmin şəxsə dair məlumatların təqdim edilməsində yol verilmiş birtərəfliliyə (əvvəlcədən maraqlı tərəfin mövqeyinin alınmamasına) görə zəruri tədbirlərin görülməsi məqsədilə aidiyyəti dövlət qurumuna müraciət hüququnu özümdə saxlayıram".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1393   Tarix: 22 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video

Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağına səbəb ola

4 oktyabr
.

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Bu gün müəllimlər öz peşə bayramlarını qeyd edirlər. xatırladır ki, 1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənə

5 oktyabr
.

Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Alman-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Şəmkir rayonunda yerləşən tarixi Alman Lüteran kilsəsində Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin II Beynəlxalq Opera Festivalı keçirilib. Tədbirin əvvəlində Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingi

5 oktyabr
.

Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI

Bu ilin geridə qalan iş günlərini təqdim edirik. xəbər verir ki, qarşıdakı aylarda qeyri-iş günlərinin sayı iş həftəsinin formasından asılı olaraq dəyişəcək. Belə ki, oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü olacaq. Noyab

3 oktyabr
.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri

4 oktyabr
.

Müəllim olmaq ÇƏTİNLƏŞİR: "Artıq təkcə bilik yox, dünyagörüşü də yoxlanılır"

Müəllimlər Günü ərəfəsində müəllim peşəsinin cəmiyyətdəki nüfuzu və təhsil prosesində müəllimin rolu yenidən diqqət mərkəzinə gəlir. Müəllimlərin əməkhaqqının artırılması, sertifikasiya prosesinin tətbiqi və peşəkar inkişaf imkanlarının genişləndirilməsi onların işə münasibətinə və motivasiyasına təsi

5 oktyabr
.

İnsanlar niyə qəddarlaşır? Hamilə iti pəncərədən atan şəxsin hərəkəti nəyi göstərir? - PSİXOLOQDAN AÇIQLAMA

Bakıda hamilə itin hündürmərtəbəli binanın pəncərəsindən aşağı atılması cəmiyyətdə ciddi narazılıq yaradıb. Heyvana qarşı bu cür amansız davranışın görüntülərinin yayılması bir daha insanlarda aqressiya və zorakılığın hansı həddə çata bildiyi sualını gündəmə gətirib. Bəs insanı heyvana qarşı bu qədə

5 oktyabr
.

Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ

Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni - V-I fəsildə əksini tapıb. Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanını

4 oktyabr