"Koronavirusun daha təhlükəli ştamlar şəklində mutasiya etmək ehtimalı var"
"Koronavirus infeksiyasının başladığı müddətdən indiyə qədərki proseslərə diqqət yetirdikdə bəlli olur ki, virus davamlı şəkildə mutasiya keçirir. Bu mutasiyalar yoluxma sayının artması və xəstəliyi törətmə intensivliyinin enməsi istiqamətində baş verir".
Bu fikirləri Oxu.Az-a Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib. O qeyd edib ki, davamlı mutasiyaların nəticəsində koronavirus hazırda yuxarı tənəffüs yollarında xəstəlik törədən, amma insan orqanizmi üçün əvvəlki qədər ciddi təhlükəli patologiyalar yaratmayan xəstəliyə çevrilib:
"Bu onu göstərdi ki, mutasiyalar artıq insan orqanizmi tərəfindən qəbul olunan və tipik yuxarı tənəffüs yollarının xəstəliklərini törədən virus kimi irəliləyir. Bu baxımdan biz COVID-19-a yanaşmamızı belə istiqamətdə qurmalıyıq. Yoluxmaların sayının artması intensiv xəstəlik yaratma ehtimalını daha çox gündəmə gətirir. Yəni yoluxmaların sayının çox olması etibarilə yeni mutasiya təhlükəlidir, xəstəliyin gedişatı etibarı ilə isə nəzarət altına alınandır.
Təbii ki, hər ehtimala qarşı ciddi problemlərə səbəb ola biləcək məqamlar nəzərdən qaçırılmamalıdır. Aşağı ehtimal olsa da, koronavirusun daha təhlükəli ştamlar şəklində mutasiyası mümkündür. Ona görə də biz standart olaraq, bu tipli viruslar üçün xarakterik olan yoluxma mənbələrini araşdırmalı, mexanizmləri, onların aradan qaldırılması üçün profilaktik tədbirlərimizi görməliyik. Mövsümi olaraq qrip peyvəndlərini zamanında etməliyik. Orqanizmimizi, xüsusilə, soyuq aylarda möhkəm saxlamalı, yoluxmanın qarşısını almaq üçün immuniteti möhkəmləndirən prosedurlardan istifadə etməliyik. Paralel olaraq, gigiyenik tədbirləri görməliyik ki, yoluxmaların həm sürəti, həm də insan orqanizmində patologiya yaratması ehtimalı aşağı olsun. Yoluxmaların intensivliyinin artması müşahidə olunsa, təbii ki, revaksinasiya ehtimallarını nəzərdən keçirmək olar".
Qeyd edək ki, bu yaxınlarda koronavirusun EG.5 adlı yeni ştammı müəyyən edilib və bütün dünyada yoluxmaların sayı durmadan artır. EG.5 variant infeksiyalarında artım, əsasən, ABŞ, Avropa və Qərbi Sakit okean regionunda müşahidə olunur. ÜST nümayəndələri bu tendensiyanın davam edəcəyini və dominant ştammın payızda zirvəyə çatacağını proqnozlaşdırırlar.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI
Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ
Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ
Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX
"Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı
ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım QIZIL HƏDİYYƏ ETDİ - VİDEO
GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI
Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - VİDEO
Dönər həvəskarlarına PİS XƏBƏR