Hacıqabulda vəzifəli şəxsin qəzada ölməsi barədə AÇIQLAMA - YENİLƏNİB + FOTO
"Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb".
Bu barədə məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
Məlumatda qeyd olunub ki, 17.05.2024-cü il tarixində saat 02:35-də Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
"Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.
Xəsarət alanlardan 38 yaşlı şəxsin (cinsi kişi) həkimə qədər ölümü qeydə alınıb. Digər 30 yaşlı şəxs isə (cinsi kişi) alın-təpə nahiyəsinin çapılmış yarası diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə hospitalizasiya olunub.
Xəsarət alan şəxsə Şirvan Şəhər Mərkəzi Xəstəxanasında zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıb".
11:22
Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi detallar məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, dünyasını dəyişən 1986-cı il təvəllüdlü Ramil Əsgərov Hacıqabul Rayon Post-Patrul (PPX) Xidmətinin rəisi olub.
08:54
Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul şəhərində qeydə alınıb.
"Toyota Prado" markalı avtomobil idarəetməni itirərək uşaq bağçasının divarına çırpılıb.
Nəticədə avtomobildə olan Şirvan sakinləri - 1986-cı il təvəllüdlü Ramil Nurəddin oğlu Əsgərov və 1994-cü il təvəllüdlü İlqar Elşən oğlu Cəfərov xəstəxanaya yerləşdiriliblər.
Ramil Əsgərov bir müddət sonra aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3342 Tarix: 17 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər
25 sentyabrAzərbaycanda vulkan püskürdü - FOTO/VİDEO
Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind
26 sentyabrBakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu
27 sentyabrBu şəxslərin maaşı və pensiyası ARTILIR
Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas
27 sentyabrPensiya yaşı ilə bağlı yeni QAYDA
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"
27 sentyabrBu şəxslər üçün avtobus və metro PULSUZDUR
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi
26 sentyabrQanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU
Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini
26 sentyabrHeydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR
Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:
26 sentyabr