Binalar üçün minimum enerji effektivliyi normaları təsdiqlənib

Binalar üçün minimum enerji effektivliyi normaları təsdiqlənib"Binalar üçün minimum enerji effektivliyi Normaları" təsdiq edilib.

Sonxeber.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

"Binalar üçün minimum enerji effektivliyi Normaları" (bundan sonra - Normalar) "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının 2021- ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının 1.1.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb və enerji effektivliyi sinifləri üzrə binaların minimum enerji effektivliyi normalarını müəyyən edir.

Normalarda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1. binanın enerji effektivliyi sinfi – istismarda olan və ya layihələndirilən binanın enerji effektivliyini xarakterizə edən binanın enerji istehlakının qənaətlilik səviyyəsi;

2. binanın enerji sərfi – binanın istilik və soyutma itkilərinin kompensasiyası, isti su, işıqlandırma, havalandırma üçün tələb olunan enerjinin miqdarı;

3. binalarda enerji sərfinin hesablanması metodologiyası – tikinti norma və qaydalarına əsaslanan və binaların enerji sərfiyyatına (istilik təchizatı, soyuqluq təchizatı, isti su, işıqlandırma, havalandırma) təsir edən bütün parametrlər nəzərə alınmaqla binada sərf edilən enerjinin hesablanması metodologiyası;

4. binalar üçün enerjinin normalaşdırılan xüsusi sərfi – binanın istilik təchizatı, soyuqluq təchizatı, isti su, işıqlandırma və havalandırma üçün sərf edilən enerjinin normalaşdırılmış sərfi;

5. bərpa olunan enerji mənbələri hesabına istehsal edilən enerji – ətraf mühitdə daim mövcud olan, yaxud mütəmadi yaranan enerji mənbələri (hidroenerji, külək enerjisi, günəş enerjisi, geotermal enerji, biokütlə enerjisi, dəniz və okeanlarda dalğa enerjisi, qabarma və çəkilmə enerjisi, su axınlarının enerjisi və s.) hesabına istehsal edilən enerji;

6. ilkin enerji resursları – heç bir çevrilmə və ya transformasiya prosesinə məruz qalmayan enerji resursları.

Normalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.

Qərarla binalar üçün enerjinin normalaşdırılan xüsusi sərfi aşağıdakı kateqoriya (tip) binalar üçün müəyyən edilir:

1. yaşayış binaları, mehmanxanalar, sosial xidmət müəssisələri, yataqxanalar;

2. tibb müəssisələri;

3. təhsil müəssisələri;

4. istehsalat binaları və anbarlar;

5. inzibati təyinatlı binalar (ofislər);

6. digər ictimai binalar.

Binalarda enerji sərfinin hesablanması metodologiyasında Qaydanın 3.2-ci bəndində qeyd edilən kateqoriya (tip) binalar üzrə aşağıdakı parametrlər nəzərə alınır:

1. binanın qoruyucu konstruksiya elementlərinin istilikötürmə müqaviməti;

2. binanın qoruyucu konstruksiyalarının havanüfuzetmə qabiliyyəti;

3. binanın qoruyucu konstruksiyalarının nəmlənmədən mühafizəsi;

4. mərkəzi isitmə və soyuqluq təchizatı sistemləri, isti su təchizatı, o cümlədən onların izolyasiyasının xarakteristikası;

5. daxili iqlim şərtləri, o cümlədən layihələndirilmiş daxili hava kondisiyalaşdırması;

6. təbii və mexaniki havalandırma sistemləri;

7. işıqlandırma (təbii və ya süni) sistemləri;

8. binanın konstruksiyası, cəhətlənməsi, o cümlədən iqlim şərtləri;

9. bərpa olunan enerji mənbələri hesabına istehsal edilən enerjidən istifadə.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1533   Tarix: 26 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gürcüstan Azərbaycandan neft və neft yağları idxalına çəkdiyi xərci 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 102 milyon ABŞ dolları dəyərində 101 min 43 ton neft və neft yağları idxal edib. -ın Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində

21 sentyabr
.

Azərbaycan Belarusa armud ixracından gəlirini 3 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 3 min 885 ton armud ixrac edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,4 % az, kəmiyyət olaraq - 2,1 % çoxdur. Hesaba

1 oktyabr
.

Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA

Son dövrlər mal ətinin qiymətində artım müşahidə olunur və bu, istehlakçıların gündəlik xərclərinə təsir edən əsas məsələlərdən birinə çevrilib. Ət bazarında qiymətlərin yüksəlməsi heyvandarlıq təsərrüfatlarının xərcləri, yem və digər istehsal məsrəfləri, həmçinin bazarda tələb və təklif arasındakı nisbətl

25 sentyabr
.

Bakıda ətin qiyməti 19 manat oldu

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Qaynarinfo xəbər verir ki, hazırda ət satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kimi mövsüm dəyişikliyin

22 sentyabr
.

Əmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,75% artaraq 4 218,

1 oktyabr
.

Brent markalı neftin qiyməti artaraq 107,32 dollar/barelə çatıb

Neft qiymətləri, Yaxın Şərq münaqişəsinin tez bir zamanda sona çatacağına dair şübhələrdən irəli gələn əvvəlki günkü artımdan sonra çərşənbə axşamı səhəri yüksəlir. xəbər verir ki, Londondakı ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 2,04 dollar və ya 1,94 fai

29 sentyabr
.

Ətin qiyməti 30 manata qədər BAHALAŞACAQ? - AÇIQLAMA

Azərbaycanda ət qiymətlərinin yaxın gələcəkdə Türkiyədəki kimi 40-50 manata çatacağı ilə bağlı iddialar səslənir. Bəs, bu proqnoz nə dərəcədə əsaslıdır, Azərbaycanda ət qiymətlərinin bu səviyyəyə yüksəlməsi real risk hesab oluna bilərmi və hazırkı bahalaşma fonunda belə iddialar nə dərəcədə əsaslıdır?

29 sentyabr
.

Azərbaycan Dominikandan siqar idxalını 10 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 745 min ABŞ dolları dəyərində 2,02 milyon ədəd siqar (tərkibində tütün olan, ucları kəsilmiş və nazik) idxal edib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

24 sentyabr
.

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 17 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verib. "Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ili

17 sentyabr