Çin şirkətləri ilə tərəfdaşlıq gücləndirilir

Çin şirkətləri ilə tərəfdaşlıq gücləndirilirİqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Pekində CIFTIS sərgisinin açılış mərasimində iştirak edib. Minlərlə yerli və xarici şirkətin öz xidmətlərini nümayiş etdirdiyi tədbirə Çinin və digər ölkələrin rəhbər şəxsləri qatılıblar. 2019-cu ildən Azərbaycan CIFTIS-də vahid ölkə stendi ilə təmsil olunur.

Azərbaycan nümayəndə heyəti bir sıra Çin şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüşlərdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb, ölkəmizin əlverişli işgüzar mühiti, investorlar üçün yaradılan imkanlar, alternativ enerji sahəsində həyata keçirilən layihələr və tərəfdaşlığın perspektiv istiqamətləri dəyərləndirilib.

"China Energy International Group Co. Ltd." şirkətinin sədri Lü Dzesianq ilə görüşdə tərəflər arasında ölkəmizin "yaşıl" enerji potensialı, azad edilmiş ərazilərimizdə bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verilib. Azərbaycan nümayəndə heyəti şirkətin fəaliyyəti ilə tanış olub. Tərəflər günəş, külək, hidrogen enerjisi və dəniz suyunun duzsuzlaşdırılması üzrə layihələrdə əməkdaşlıq barədə müzakirələr aparıblar.

"Wenzhou Nixin Trading Co., Ltd" şirkətinin sədri Fan Cianşan ilə görüşdə Azərbaycanda şirkət tərəfindən keramik plitələr istehsalı zavodunun tikintisi layihəsi üzrə görülən işlər və əməkdaşlıq imkanları nəzərdən keçirilib.
"Wontai Power" şirkətinin vitse-prezidenti Lin Boşenq ilə görüşdə batareya enerjisi saxlama sistemi və külək enerjisi stansiyası layihələrinə investisiya yatırılması sahəsində əməkdaşlıq imkanları qeyd olunub. Tərəflər batareya enerjisi saxlama sisteminin qurulması layihəsinin dövlət-özəl sektor tərəfdaşlığı əsasında həyata keçirilməsi potensialını və digər əməkdaşlıq məsələlərini müzakirə ediblər.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1499   Tarix: 02 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Gürcüstan Azərbaycandan neft və neft yağları idxalına çəkdiyi xərci 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 102 milyon ABŞ dolları dəyərində 101 min 43 ton neft və neft yağları idxal edib. -ın Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində

21 sentyabr
.

Azərbaycan Belarusa armud ixracından gəlirini 3 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 3 min 885 ton armud ixrac edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,4 % az, kəmiyyət olaraq - 2,1 % çoxdur. Hesaba

1 oktyabr
.

Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA

Son dövrlər mal ətinin qiymətində artım müşahidə olunur və bu, istehlakçıların gündəlik xərclərinə təsir edən əsas məsələlərdən birinə çevrilib. Ət bazarında qiymətlərin yüksəlməsi heyvandarlıq təsərrüfatlarının xərcləri, yem və digər istehsal məsrəfləri, həmçinin bazarda tələb və təklif arasındakı nisbətl

25 sentyabr
.

Bakıda ətin qiyməti 19 manat oldu

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Qaynarinfo xəbər verir ki, hazırda ət satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kimi mövsüm dəyişikliyin

22 sentyabr
.

Əmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,75% artaraq 4 218,

1 oktyabr
.

Brent markalı neftin qiyməti artaraq 107,32 dollar/barelə çatıb

Neft qiymətləri, Yaxın Şərq münaqişəsinin tez bir zamanda sona çatacağına dair şübhələrdən irəli gələn əvvəlki günkü artımdan sonra çərşənbə axşamı səhəri yüksəlir. xəbər verir ki, Londondakı ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 2,04 dollar və ya 1,94 fai

29 sentyabr
.

Ətin qiyməti 30 manata qədər BAHALAŞACAQ? - AÇIQLAMA

Azərbaycanda ət qiymətlərinin yaxın gələcəkdə Türkiyədəki kimi 40-50 manata çatacağı ilə bağlı iddialar səslənir. Bəs, bu proqnoz nə dərəcədə əsaslıdır, Azərbaycanda ət qiymətlərinin bu səviyyəyə yüksəlməsi real risk hesab oluna bilərmi və hazırkı bahalaşma fonunda belə iddialar nə dərəcədə əsaslıdır?

29 sentyabr
.

Azərbaycan Dominikandan siqar idxalını 10 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 745 min ABŞ dolları dəyərində 2,02 milyon ədəd siqar (tərkibində tütün olan, ucları kəsilmiş və nazik) idxal edib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

24 sentyabr
.

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 17 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verib. "Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ili

17 sentyabr