Azərbaycanda fantastik repetitorluq qiymətləri - 180, 300 AZN... - FOTO

Azərbaycanda fantastik repetitorluq qiymətləri - 180, 300 AZN... - FOTOÖlkəmizdə bir uşağın universitetə hazırlaşması üçün repetitor xərcləri ildən-ilə artır. 9-cu sinifdən sonra bu xərclər xüsusi ilə çoxalmağa başlayır. Zaman-zaman valideynlər məktəblə yanaşı övladlarını fərdi qaydada müəllim yanına göndərərək hazırlaşdırmağa üstünlük verirlər. Bu da ölkədə repetitorluğa tələbatı və son nəticədə bu xidmətin qarşılığında alınan maddi məbləğin artmasına təsir edir.

BAKU.WS saytı olaraq kiçik bir araşdırma aparıraq ölkə üzrə repetitorluq qiymətlərinin necə dəyişməsini araşdırdıq.

BAKU.WS müxbiri özünü hazırlığa gəlmək istəyən şəxs kimi təqdim edərək müəllimlərin hazırlıq qiymətlərini öyrənib. Araşdırmalarımız nəticəsində məlum olub ki, qiymətlər şəhər mərkəzi, Bakıətrafı ərazilər və rayonlara görə dəyişir. Belə ki, mərkəzdəki müəllimlər şəhər kənarında nisbətən daha baha qiymətə xidmət göstərirlər.

Rayonlarda hazırda 1 fənn üçün repetitor qiymətləri 40 manatdan, Bakıətrafı rayon və qəsəbələrdə isə bu qiymət 50-60 manatdan başlayır. Şəhər mərkəzinə gəldikdə isə qiymətlər daha bahadır. Repetitorun tədris etdiyi fənnin qiyməti 90-100 manatdan başlayır. Bu qiymət 300 manata qədər yüksəlir.
Azərbaycanda fantastik repetitorluq qiymətləri - 180, 300 AZN... - FOTO50 manatdan hesabladıqda bir şagird ali məktəbə qəbul olunmaq üçün 5 fəndən hazırlığa gedərsə, ay ərzində 250 manat xərc çəkməli olur. Abituriyentlərin əksəriyyətinin 9-cu sinifdən repetitor hazırlıqlarına getdiklərini nəzərə alsaq, bir şagirdin ali məktəbə qəbul oması valideynə 6-7 min manata başa gəlir.

Hər bir müəllimin uşaqları fərdi və ya qrup şəklində hazırladığını nəzərə alsaq bu da qiymətə təsirini göstərir.

Lakin məsələ bununla da bitmir. Repetitor qiymətləri qruplar üzrə də dəyişir. Məsələn 1 və 2-ci qrup üzrə Riyaziyyat fənninin tədris qiyməti 3-cü qrupla müqayisədə daha yüksəkdir. Eyni amil Fizika və Kimya fənlərinə də şamil olunur.

İndi isə ibtidai siniflər üçün repetitor qiymətlərinə nəzər salaq:

Bakıətrafı rayon, qəsəbələrdə bu qiymət 30-40 azn təşkil edir. Lakin mərkəzə tərəf gəldikdə, bu qiymət 50-120 manat arası dəyişir.

P.S. Son olaraq onu qeyd edək ki, məbləğin yüksək olması hələ yüksək səviyyəli təhsilin mövcudluğu anlamına gəlmir. Biz dəfələrlə fərdi müəllim yanına getməyərək yüksək balla ali məktəbə qəbul olunan şagirdlərlə bağlı faktları görmüşük. Demək ətək-ətək pul verərək uşaqlarına bahalı müəllimlər tutmaq çıxış yolu deyil.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2803   Tarix: 06 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İsa Həbibbəyli Ramiz Mehdiyevin kadrına yüksək vəzifə verdi - GİZLİ TƏYİNAT

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Ramiz Mehdiyevin yaxın kadrı Aynur Cavanşir qızı Günəşlini Rəyasət Heyətində Elm və Təhsil Şöbəsinin müdir müavini vəzifəsinə gətirib. xəbər verir ki, bu barədə -a verilən məlumatda iddia edilib. İddiaya əsasən, iclasd

23 fevral
.

Möhbalıyevin restoranının pullarını kazinoda uduzdu

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən "Batabat" restoranının Aqil adlı icraçı direktoru sözügedən obyektin pullarını kazinoda uduzub. xəbər verir ki, bu barədə "Qaynarinfo" məlumat yayıb. Restoran sahibinin bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyi bildirilir

24 fevral
.

Sabiq icra başçısının həbs müddəti uzadıldı

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Balakən rayon icra hakimiyyətinin sabiq başçısı İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb. "Report"un məlumatına görə, bu barədə Səbail Rayon Məhkəməsində qərar qəbul olunub. Qeyd edək ki, 2025-c

23 fevral
.

Sabah hava çiskinli olacaq

Bakıda və Abşeron yarımadasında fevralın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Günün birinci yarısında bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləy

24 fevral
.

"İstanbul NS" klinikası 20 min manat cərimələndi

"İstanbul NS" klinikası əmək müqaviləsi olmadan həkim çalışdırdığına görə cərimələnib. "Teleqraf"a istinadla xəbər verir ki, aparılan araşdırma zamanı klinikada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçinin fəaliyyətə cəlb edildiyi müəyyənləşib. Bu səbəbdən klinika İnzibati Xətala

23 fevral
.

26 yaşlı qadın 15 gündür itkindir - Foto

Cəlilabadda 26 yaşlı qadın itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, rayon sakini Mətanət Hüseynova fevralın 9-da rayonun Sərhədabad kəndində yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib. O bir daha geri qayıtmayıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupunda

24 fevral
.

Azərbaycanda universitet 1 500 qurbağa alır

Azərbaycan Tibb Universiteti (ATU) 1 500 qurbağa və 60 dövşan almağı planlaşdırır. -ın məlumatına görə, heyvanlar universitet laboratoriyaları üçün alınacaq. ATU bunun müqabilində 8 985 manat ödəməyi planlaşdırır

24 fevral
.

Bu gün Novruzun ilk - Su çərşənbəsidir

Bu gün Azərbaycanda Su çərşənbəsi qeyd olunur. xəbər verir ki, Su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlayır. İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi Su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona "əzəli çərşənbə", "gül çərşənbə" də deyirlər

24 fevral
.

Bakıda 1,3 milyon manata məktəb tikiləcək

Bakı şəhəri, Sabunçu rayonu 68 nömrəli tam orta məktəbin sökülərək yenidən tikiləcək. -ın məlumatına görə, təhsil müəssisəsinin 528 şagird yerlik olması planlaşdırılır. Həmçinin yeni binanın tikintisinin əlavə işlərinin və mebel avadanlıqları ilə təchiz edilməsi layihəyə daxil olunub. Sözügedən məsəl

23 fevral