Möhbalıyevin restoranının pullarını kazinoda uduzdu
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən "Batabat" restoranının Aqil adlı icraçı direktoru sözügedən obyektin pullarını kazinoda uduzub.
Sonxeber.az xəbər verir ki, bu barədə "Qaynarinfo" məlumat yayıb.
Restoran sahibinin bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyi bildirilir. Aqil adlı şəxs saxlanılıb və ona Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israf etmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 179.2.4-cü (mənimsəmə və ya israf etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Cinayət işinə Şahbuz Rayon Məhkəməsində hakim Daşqın Səfərovun sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 29 may 2025-ci ildə restoranın direktoru təyin olunub. Lakin bu rəsmi şəkildə baş verməyib. Aqilin sözlərinə görə, onu restoranın direktoru vəzifəsinə Azərbaycan Həmkarlar İttifaqları Konfederesiyasının keçmiş sədri, sabiq deputat Səttar Möhbalıyev təyin edib.
Aqil əlavə edib ki, iyul ayının 12-dək qeyri-rəsmi olaraq restoranın direktoru vəzifəsində çalışıb. Daha sonra Türkiyəyə gedib. O, restoranın pullarını "Pinco-Casino" adlı kazinoda uduzduğunu deyib.
Məhkəmənin hökmü ilə Aqil 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Qeyd edilib ki, "Batabat" restoranı "Batabat Restoranı" MMC-yə məxsusdur. Bu MMC-nin qanuni təmsilçisi Möhbalıyev Ayxan Namiq oğludur. O, Səttar Möhbalıyevin qardaşı oğludur.
Mediada gedən məlumatlara görə, "Batabat" restoranı Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun nəzarətində olan "Nəqşicahan Holdinq"in tərkibində fəaliyyət göstərib. Vasif Talıbov tutduğu vəzifədən azad edildikdən sonra onun biznes imperiyası da çökməyə başlayıb.
Belə ki, Ali Məclisin keçmiş sədrinin nəzarətində olan biznes subyektləri, o cümlədən "Batabat" restoranı onun əlindən çıxıb. Restoran Naxçıvan Həmkarlar İttifaqları Şurasının balansına keçib. Bir müddət sonra isə Səttar Möhbalıyev obyekti özəlləşdirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1215 Tarix: 24 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İşsiz şəxslərin diqqətinə: 478 manat...
Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini
20 sentyabrAzərbaycan əhəng istehsalını avqustda 2 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26,8 min ton əhəng istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 79 % çoxdur. Təkcə avqustda isə ölkədə 4,8 min ton əhəng istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 2 dəf
19 sentyabrAzərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"
20 sentyabrSentyabrın 21-dək bunu etməyənlər CƏRİMƏLƏNƏCƏK
21 sentyabr 2026-cı il avqust ayı üzrə bir sıra vergi bəyannamələrinin təqdim edilməsinin son günüdür. Bu barədə -a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. Son tarixədək aşağıdakı bəyannamələr təqdim edilməlidir:. uduşlardan və mükafatlardan əldə edilmiş gəlirdən ödəm
19 sentyabrPensiya və minimum ƏMƏKHAQQI ARTIR - VİDEO
2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır. xəbər verir ki, 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətlər
20 sentyabrBu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq
Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir
20 sentyabrPensiyalar və uşaqpulu ilə bağlı GÖZLƏNİLMƏZ PLAN - DETALLAR ÜZƏ ÇIXDI
İqtisadçı Natiq Cəfərlinin son təklifi diqqət çəkib. O, vətəndaşlar üçün beş maddəlik "rahatlıq planı" açıqlayıb. Buraya quru sərhədlərin açılması, uşaqpulu, bir çox dövlət-hökumət qurumlarının ləğvi, və ya səlahiyyətlərinin kəskin azaldılması, kiçik-orta sahibkarlara müəyyən güzəştlər, pensiyakapitalın
19 sentyabr