Məcburi köçkün: "Xankəndinin sakinləri azərbaycanlılar olublar, ora qayıdacağımıza inanırıq"

Məcburi köçkün: "Xankəndinin sakinləri azərbaycanlılar olublar, ora qayıdacağımıza inanırıq""Xankəndinin sakinləri azərbaycanlılar olublar, ora qayıdacağımıza inanırıq".

Bunu "Report"a açıqlamasında Xankəndidən məcburi köçkün düşmüş Xatirə Vəliyeva deyib.

O bildirib ki, 1965-ci ildə Xankəndidə anadan olub, orada bağçaya və məktəbə gedib:

"1989-cu ilə qədər Xankəndidə 12 mindən çox azərbaycanlı yaşayırdı.1988-ci ildə ermənilərin Qarabağa olan iddiaları əvvəlcə Xankəndidən başlayıb və 1991-ci ilin dekabrına qədər davam edib. Heç yerdən köməyi olmayan Xankəndinin azərbaycanlı sakinləri erməni və onun havadarları ilə təkbaşına, qəhrəmancasına vuruşdular. Lakin silahsız əhali məcburən 1991-ci ilin sonunda doğma yurdlarını tərk edib.

Münaqişədən öncə oradakı əhalimizin yaşayışı və təhsili yüksək səviyyədə olub. Ermənilər tərəfindən təzyiqlərə baxmayaraq, evlərimizi tərk etmək, şəhərdən köçmək istəyimiz olmayıb. Məcburən Xankəndinin ətraf rayonlarına köç edib və geri dönmək ümidi ilə 3-4 dəfə məcburi köçkün həyatı yaşamışıq".

X.Vəliyeva qeyd edib ki, hazırda 16 mindən çox Xankəndi sakini Azərbaycanın 41 rayonunda məskunlaşıb və hər an doğma yurdlarına qayıtmağa hazırdırlar:
"Xankəndidə erməni əhalisi yaşamayıb. Oranın ilk sakinləri azərbaycanlılar olub. Qarabağ xanlığını zorla Rusiya İmperiyasına birləşdirən 1813-cü ildə imzalanan Gülüstan müqaviləsinə qədər Xankəndi ancaq xan ailəsinin və ona yaxın azsaylı əyanların yaşadığı kiçik yaşayış məskəni kimi formalaşmışdı. Xankəndidə heç bir erməni və rus ailəsi yaşamayıb. Ancaq 1847-ci ildə orada 80 erməni, 52 rus ailəsinin yaşadığı ev və erməni kilsəsi var idi. Rusiya işğalından dərhal sonra orada çar ordusunun Qafqaz Süvari Diviziyasının qərargahı və kazarmaları yerləşdirildi. Ermənilər və rus zabitləri yaşayış məskənini "qərargah" adlandırsalar da, 1847-ci il çar Rusiyası xəritələrinə qəsəbə rəsmi şəkildə Xankəndi adı ilə düşür. Çar işğalından sonra böyüyən Xankəndi şəhərinə bir qayda olaraq İrandan köçürülən ermənilər yerləşdirilirdi və çar ordusunun hərbi hissələrində, dövlət idarələrində işlə təmin edilirdilər.

Ancaq buna baxmayaraq, şəhərdə xeyli sayda xan nəslinin nümayəndəsi, azərbaycanlı ziyalılar, musiqiçilər və sənətkarlar yaşayırdılar. Məqsədli təcrid siyasətinə baxmayaraq, onlar Xankəndidə ciddi söz sahibi idilər və hakimiyyət onlarla hesablaşırdı. Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında" qərar vermişdi. Həmin qərarla Xankəndi vilayətin mərkəzi elan olunmuşdu".

Sakin vurğulayıb ki, Xankəndi, Qarabağ, Xan bağı, Qarqar çayının üzərindən keçərək Xankəndi-Şuşa yolunu birləşdirən Məhəmməd Ağa körpüsü kimi tarixi adlar həmin torpaqların kimə məxsus olduğunun sübutudur:

"Xankəndinin azərbaycanlı əhalisi bu gün öz yurdlarına qayıtmağa hazırdır. Biz hər zaman Xankəndiyə qayıdacağımıza inanırıq".


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 1261   Tarix: 09 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İran İsrailə 185 PUA və 36 qanadlı raket atıb: Hücum dəf edilib

İsrailin Dəməşqdəki İran konsulluğunu atəşə tutmasına cavab olaraq İslam Respublikası İsrailə 185 pilotsuz uçuş aparatı və 36 qanadlı raket atıb. Buraxılışların əksəriyyəti İrandan edilib, az sayda PUA İraq və Yəməndən buraxılıb. İran həmçinin 110 yer-yer raketi buraxıb. İranın zərbələri nəticəsind

14 aprel 2024
.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin doqquzu saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəli

9 aprel 2024
.

Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT

Azərbaycan Müdafiə Nazirliyində Şəxsi Heyət Baş İdarəsinə yeni rəis təyin olunub. "Report" xəbər verir ki, bu vəzifə general-mayor Müşfiq Məmmədova həvalə olunub. Məlumatı Müdafiə Nazirliyi təsdiqləyib. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə general-mayo

13 may 2024
.

Həcc ziyarəti zamanı 577 zəvvar həyatını itirib

Səudiyyə Ərəbistanına Həcc ziyarəti zamanı həyatını itirən zəvvarların sayı 577-yə çatıb. "Report" xəbər verir ki, bu barədə "Frans Press" (AFP) agentliyi mənbələrə istinadən məlumat yayıb. Adının açıqlanmasını istəməyən iki ərəb diplomat bildirib ki, ölənlərin 323-ü misirli, 60-

19 iyun 2024
.

İran İsrailə qanadlı raketlər atıb

İran İsrailə qanadlı raketlər atıb. "Report" xəbər verir ki, "Al-Arabiya" telekanalı iddia edib

14 aprel 2024
.

İndiyədək verdiyimiz şəhidlərin sayı açıqlandı

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində qətlə yetirilən soydaşlarımızın sayı açıqlanıb. "Qafqazinfo"nun məlumatına görə, bu barədə bu gün Bakıda seperatçıların keçirilən məhkəməsində məlumat verilib. Qeyd olunub ki, 1988-2024-cü illər ərzində 3493 nəfəri mülki, 15 min 35

18 fevral 2025
.

Rusiyaya kütləvi dron hücumu: Dörd PUA Moskvaya yaxınlaşarkən məhv edilib

Rusiyada ən kütləvi dron hücumlardan biri ötən gecə baş verib. Ümumilikdə, ölkənin səkkiz rayonunda 35 PUA və bir S-200 raketi məhv edilib. Dörd PUA Moskvaya yaxınlaşarkən vurulub. Slavyansk şəhərindəki neft emalı zavodunda pilotsuz uçuş aparatının partlaması nəticəsində bir nəfər ölüb. Kaluqa vilayətini

17 mart 2024
.

SEPAH bəyanat yaydı: "Bu, iki generalın öldürülməsinə cavabdır"

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə hücuma başladığını təsdiqləyən bəyanat yayıb. Bəyanatda bildirilib ki, bu, İsrail ordusunun bu ayın əvvəlində Dəməşqdəki konsulluq binasına endirdiyi zərbəyə, iki general da daxil olmaqla bir neçə SEPAH üzvünün öldürülməsinə cavabdır. SEPAH İsraildək

14 aprel 2024
.

Tehranın hava məkanı qapadıldı: Müharibə başladı!

İran Tehran üzərində hava məkanını bağladığını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalı məlumat yayıb. Məlumata görə, İran hakimiyyəti paytaxt regionu üzərindəki hava məkanının bağlanmasına göstəriş verib. Tehran və onun ətrafı üzərində uçuşlar

14 aprel 2024