Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin növbəti məhkəməsi keçirilib

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin növbəti məhkəməsi keçirilibErmənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesi fevralın 20-də davam etdirilib.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər - Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub.

Məhkəmə iclasında təqsirləndirilən şəxslər və onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, habelə dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev təqsirləndirilən şəxslərin hər birinə onlara qarşı irəli sürülmüş hər bir ittihamın mahiyyətini, onlara istinad olunan əməllərin hüquqi tövsifini, həmin əməllərə görə cinayət qanunu ilə nəzərdə tutulan cəzanı və təqsirləndirilən şəxslərin malik olduqları hüquqları izah edib, habelə özlərini tam və ya qismən təqsirli, yaxud təqsirsiz bilib-bilməmələrinə dair suallar ünvanlayıb.

Məhkəmə iclasının əvvəlində təqsirləndirilən şəxs Arayik Arutyunyanın vəkili məhkəməyə müraciət edərək hüquqlarını müdafiə etdiyi şəxslə konfidensial görüş keçirmək istədiyini bildirib. Məhkəmə vəsatəti təmin edərək konfidensial görüş üçün şərait yaradıb.

Təqsirləndirilən şəxslərin heç biri onlara elan olunmuş ittihamlar üzrə özlərini təqsirli bilmədiklərini qeyd edib.

Təqsirləndirilən şəxslərdən Arayik Arutyunyan bir qədər geniş danışaraq baş vermiş cinayət hadisələri ilə bağlı təəssüf hissi keçirdiyini bildirib. O deyib: "Mən prokurorluq tərəfindən təqdim edilmiş ittihamlarla tanış olmuşam. Son 34 il ərzində Qarabağda hansı proseslərin baş verməsindən xəbərdaram. Təəssüf edirəm. Münaqişə Sovet İttifaqının xüsusi xidmət orqanları tərəfindən təhrik edilib. Ona görə də biz özümüzü qurban hesab edirik".

Daha sonra Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev məhkəmə istintaqında sübutların tədqiq edilmə ardıcıllığına dair ittiham tərəfinin təklifini səsləndirib.

Digər proses iştirakçıları, o cümlədən təqsirləndirilən şəxslər və onların müdafiəçiləri ittiham tərəfinin təklifini dəstəkləyiblər.

Məhkəmə iclasına sədrlik edən hakim Zeynal Ağayev cinayət prosesinin tərəflərinə məhkəmə istintaqında sübutların tədqiq edilmə qaydasını izah edib.

Bundan sonra təqsirləndirilən şəxslərə məhkəmə tərəfindən müəyyən edilmiş ardıcıllıqla sərbəst ifadə vermək təklif olunub. Təqsirləndirilən şəxslər və onların müdafiəçiləri məhkəməyə müraciət edərək ifadə vermək üçün hazırlaşmaq və onlara təqdim olunmuş cinayət işi materiallarını yenidən nəzərdən keçirmək üçün əlavə vaxt istəyiblər.

Məhkəmə onların xahişini təmin edərək iclası təxirə salıb.

Məhkəmənin növbəti iclası fevralın 24-nə təyin olunub.

Növbəti məhkəmə iclası təqsirləndirilən şəxs Arkadi Qukasyanın sərbəst ifadəsi ilə başlayacaq.

11:54

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə davam edir.

10:40

Bu gün Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası davam etdiriləcək.

Oxu.Az xəbər verir ki, ötən məhkəmə iclası zamanı iş üzrə ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb.

Bugünkü məhkəmə iclası təqsirləndirilən şəxslərin hər birinə onlara qarşı irəli sürülmüş hər bir ittihamın mahiyyəti, onlara istinad edilən əməllərin hüquqi tövsifi və həmin əməllərə görə cinayət qanunu ilə nəzərdə tutulan cəzaların izah olunması, irəli sürülmüş ittihamlar üzrə özlərini təqsirli bilib-bilməmələrinə dair sualların aydınlaşdırılması ilə davam etdiriləcək.

Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 1005   Tarix: 20 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiyanın Odessaya hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb

Rusiya Silahlı Qüvvələrinin martın 2-də erkən saatlarda Ukraynanın Odessa şəhərinə həyata keçirdiyi dron hücumu nəticəsində ölənlərin sayı 12-yə yüksəlib. "Report" xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleh Kiper teleqramda bildirib. Onun sözlərinə görə, "Şahid"

3 mart 2024
.

Səhiyyə Nazirliyinin eksperti: "Hepatit C müasir dərmanlarla tam müalicə oluna bilir"

Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə 2010-cu ildən başlayaraq hər il iyulun 28-i Ümumdünya Hepatit Günü kimi qeyd olunur. xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov bu virusla bağlı bəzi suallara aydınlıq gətirib:. - Emin müəllim, öncə bilmək istərdik ki, hepatit xəstəliyini

28 iyul 2025
.

PUA hücumundan sonra Rusiya Müdafiə Nazirliyinin obyektində yanğına görə 600-dən çox insan təxliyə olunub

Leninqrad vilayətində, Kronştadt yaxınlığındakı Bolşaya İjorada yerləşən Rusiya Müdafiə Nazirliyinin obyektində baş verən yanğın səbəbindən ərazidən 600-dən çox insan təxliyə edilib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Drozdenko bildirib. "Pilotsu

7 iyun
.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin doqquzu saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəli

9 aprel 2024
.

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin növbəti məhkəməsi keçirilib

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorl

20 fevral 2025
.

Ağ Ev: İranın İsrailə hücumu bir neçə saat davam edəcək

İranın hərbi qüvvələrinin İsrailə qarşı hücumunun bir neçə saat davam edəcəyi ehtimal edilir. "Report"un məlumatına görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Uotson İranın öz ərazisindən İsrailə doğru pilotsuz uçuş aparatları buraxması ilə bağlı verdiy

14 aprel 2024
.

Həcc ziyarəti zamanı 577 zəvvar həyatını itirib

Səudiyyə Ərəbistanına Həcc ziyarəti zamanı həyatını itirən zəvvarların sayı 577-yə çatıb. "Report" xəbər verir ki, bu barədə "Frans Press" (AFP) agentliyi mənbələrə istinadən məlumat yayıb. Adının açıqlanmasını istəməyən iki ərəb diplomat bildirib ki, ölənlərin 323-ü misirli, 60-

19 iyun 2024
.

İran İsrailə qanadlı raketlər atıb

İran İsrailə qanadlı raketlər atıb. "Report" xəbər verir ki, "Al-Arabiya" telekanalı iddia edib

14 aprel 2024
.

İsrail ordusu Qəzza zolağına kütləvi zərbələr endirib

İsrailin Müdafiə Ordusu bazar günü səhər Qəzza zolağında terrorçuların hədəflərinə irimiqyaslı zərbələr endirib. "Report"un məlumatına görə, bu barədə İsrailin "Walla" xəbər portalı xəbər yayıb. Məlumata görə, hücuma məruz qalan ərazilər arasında Rəfahın şərq və cənub məhəllələri

2 iyun 2024