İsrail yalnız bir şərtlə Qəzzada əməliyyatı dayandıracaq
"İsrail Qəzzada hərbi əməliyyatlar müəyyən olunmuş məqsədlərə çatana qədər daimi atəşkəs təklifləri ilə razılaşmayacaq".
Bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir.
Sənəddə qeyd olunur ki, İsrail Qəzzada müharibənin dayandırılması ilə bağlı şərtlərini dəyişməz hesab edir. Bunlara radikal Fələstinin HƏMAS hərəkatının hərbi və idarəetmə imkanlarının məhv edilməsi, bütün girovların azad edilməsi və Qəzza zolağının artıq İsrail üçün təhlükə yaratmamasının təmin edilməsi daxildir.
Mayın 31-də ABŞ prezidenti Co Bayden İsrailin HƏMAS ilə təklif etdiyi razılaşmanın təfərrüatı barədə danışıb. Onun sözlərinə görə, razılaşmada altı həftə ərzində hərbi əməliyyatların dayandırılması və qoşunların Qəzzadan çıxarılması nəzərdə tutulur. Bundan əlavə, qadın, qoca və yaralı da daxil olmaqla bir sıra girovların azad ediləcəyi, müqabilində yüzlərlə fələstinli məhbusun azad ediləcəyi gözlənilir.
Həmçinin, iyunun 1-də BMT-nin baş katibi Antonio Quterreş İsrailin yeni təklifinin Fələstinin HƏMAS hərəkatı ilə sülhə gətirib çıxara biləcəyinə ümid etdiyini bildirib.(oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 1302 Tarix: 01 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Müharibədə həlak olan Ukraynanın mülki əhalisinin sayı açıqlandı
BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) Ukraynadakı son vəziyyət müzakirə olunub. qafqazinfo-ya istinadən xəbər verir ki, orada çıxış edən BMT baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə müavini Mohamed Xaled Xiari münaqişənin Ukraynanın şərqindəki yaşayış məntəqələrinə keçməsindən narahat olduqların
9 mart 2024İranın İsrailin Qırmızı dənizdəki ən böyük bazasına hücumu gözlənilir - KİV
İran İsrailin Qırmızı dənizdəki ən böyük bazasına hücum edə bilər. Bu barədə Səudiyyə Ərəbistanının yerli telekanalı məlumat yayıb. Həmin baza Eritreya yaxınlığındakı Dahlak arxipelaqında yerləşir və Qırmızı dənizin bu hissəsindən keçən gəmiləri izləmək üçün istifadə olunur. İranın digər mümkün zərb
14 aprel 2024ABŞ HHQ-nin qırıcıları İraq və İordaniya səmasındadır
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın pilotsuz təyyarələrini ələ keçirmək üçün İraq və İordaniya səmasındadır. "Report" bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalına istinadən xəbər verir
14 aprel 2024İsrail ordusunun itkiləri 604 nəfərə çatıb
Qəzza sektorunda vəziyyətin gərginləşdiyi oktyabrın 7-dən bəri HƏMAS hərəkatı ilə döyüşlərdə İsrail ordusunun ümumi itkiləri 604 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəsmi məlumatında deyilir. Son məlumatlara görə, ötən şənbə Qəzz
7 aprel 2024İsrail ordusu Qəzza zolağına kütləvi zərbələr endirib
İsrailin Müdafiə Ordusu bazar günü səhər Qəzza zolağında terrorçuların hədəflərinə irimiqyaslı zərbələr endirib. "Report"un məlumatına görə, bu barədə İsrailin "Walla" xəbər portalı xəbər yayıb. Məlumata görə, hücuma məruz qalan ərazilər arasında Rəfahın şərq və cənub məhəllələri
2 iyun 2024SON DƏQİQƏ! İran rəsmən ELAN ETDİ: İsrailə qarşı hərbi əməliyyatlar...
"İranın İsrailə qarşı əməliyyatı başa çatıb". "Report" yerli mətbuata istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri deyib. "Bizim nöqteyi-nəzərimizdən əməliyyat başa çatıb, lakin ölkənin Silahlı Qüvvələri lazım gələrsə
14 aprel 2024Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub
Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, avqustun 15-i saat 18:10-da Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelər
15 avqust 2024