Siyasi məsləhətçi: "Aclıqdan öldüyünü" iddia edən ermənilər Ağdam yolundakı ərzaq maşınlarını buraxmırlar"

Siyasi məsləhətçi: "Aclıqdan öldüyünü" iddia edən ermənilər Ağdam yolundakı ərzaq maşınlarını buraxmırlar"ABŞ-nin Hərbi Dəniz Qüvvələri veteranı, siyasi məsləhətçi, müxtəlif kitabların, habelə qəzet və jurnallarda dərc olunmuş müxtəlif məqalələrin müəllifi Raul Kontereras Nikolas Kristofun "NewYork Times" nəşrindəki məqaləsinə cavab yazıb.

APA xəbər verir ki, "Kontererasın Hesabatı: 2023-cü ildə soyqırım?" adlı məqalə "Imperial Valles Press"də dərc olunub.

Müəllif məqaləsində yazır: "The New York Times" qəzeti (2 sentyabr) "ulduz" köşə yazarlarından olan Nikolas Kristofun "...başqa bir ölkə (Rusiyanın Ukraynaya qarşı müharibəsi) diqqətin yayınmasından istifadə edərək, insanlığa qarşı cinayətlər törədirsə? O zaman Azərbaycanla tanış olun" məqaləsini dərc edib.

Kristofun nə vaxtsa Azərbaycanda və ya onun düşməni Ermənistanda olub-olmadığını bilmirəm. O, "Yəqin ki, Azərbaycanın Dağlıq Qarabağ adlı etnik erməni anklavına qarşı qəddarlığı barədə eşitməmisiniz, lakin bu, araşdırılmağa layiqdir" yazıb.

Kristof Azərbaycan və onun işğalçı qonşusu Ermənistanla 30 illik müharibəsi haqqında bildiklərimi bilə bilməz. Son səkkiz ildə altı dəfə orada olmuşam. Mən erməni hərbi cinayətləri haqqında kitab, ölkə (Azərbaycan - red.) və onun Ermənistanla problemləri haqqında bir neçə məqalə yazmışam.

Mən, həmçinin, Azərbaycan torpaqlarının erməni işğalçıları ilə Azərbaycan qoşunları arasında 500 metr enində heç kim olmayan ərazidə də olmuşam.

Kristof münaqişənin 1980-ci illərdə Ermənistanda onilliklər boyu yaşayan azərbaycanlı müsəlmanların kütləvi surətdə xristian Ermənistandan qovulması ilə başladığını bizə söyləməməklə öz məlumatsızlığını ortaya qoyur.

O, 1988-1992-ci illər arasında Ermənistanın təxminən 200 000 azərbaycanlının Ermənistanda öldürdüyü və ya bu ölkədən qovulduğu barədə bizə məlumat vermir. Üstəlik, 1992-ci ildə Ermənistan (Rusiya qoşunları ilə) Azərbaycan ərazilərinə soxularaq Azərbaycanın 20%-ni, həmçinin, bütün Dağlıq Qarabağ bölgəsini işğal edəndə ermənilər 700-800 min azərbaycanlını ya öldürüb, ya da öz yurd-yuvasından didərgin salıblar. Heç kəsə mərhəmət göstərməyiblər; kişilər, qadınlar və uşaqlar paytaxt Bakıya qaçıblar. Və paytaxtda əhali 2,3 milyon nəfərə qədər artıb, demək olar ki, Ermənistanın bütün əhalisi - 2,7 milyona yaxındır.
Görünür, Kristof BMT-nin 1 milyona yaxın azərbaycanlının öz evindən didərgin salındığını göstərən rəsmi hesabatlarını görməyib. O, 1993-cü ildə ermənilərin işğal etdiyi Azərbaycanın böyük şəhəri olan Ağdamın böyük dağıntılara məruz qalmasını da görməyib. Onlar mis telefon xətləri, telefon dirəkləri, evlərdən taxta, şüşə pəncərələr, küçə döşəmələri kimi dəyərli əşyaları oğurlamaq üçün erməni işçi briqadalarını göndərdilər və 50 000 əhalisi olan şəhəri yerlə bir etdilər.

Görünür, Kristof BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin bütün Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən və Ermənistanın məhəl qoymadığı dörd ayrı qətnaməsini də görməyib. O, 25 ildən çox müddətdən sonra köçkün azərbaycanlıların öz evlərinə qayıtması üçün Azərbaycanın sıfırdan tikdiyi bütün şəhərləri görməyib, hansı ki, bu ərazilər 2020-ci ildə Azərbaycanın qalib gəldiyi müharibə zamanı ermənilərin yandıraraq geri çəkildikləri ərazilər idi.
Müəllif Kristof tanıdığı bir şəxsin, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okamponun "Dağlıq Qarabağda yaşayan 120 min erməniyə qarşı davam edən soyqırımı var" məqaləsinə əsaslanır.

Okampo məqaləsində yazır: "Aclıq görünməz soyqırımı silahıdır... Dərhal dramatik dəyişiklik olmasa, ermənilər bir neçə həftəyə məhv ediləcək".

Bütün bunlar ona görədir ki, Azərbaycan 2020-ci il Qarabağ müharibəsindən sonra əldə olunan atəşkəs razılaşmasına görə Ermənistanla Qarabağ arasında icazə verdiyi Laçın yolunu bağlayıb. Niyə? Çünki ermənilər Rusiya tərəfindən qorunan yoldan qaçaqmal keçirmək üçün istifadə edirdilər. Ruslar qeyri-qanuni fəaliyyətləri dayandırmaq üçün heç nə etmədilər. Azərbaycan onları dayandırdı.

Ermənistana yeganə çıxış olan bu yolla bu ölkəyə getmək istəyən, sənədləri düzgün olan ermənilərə tranzit icazə verilir. Bununla belə, Azərbaycan hökuməti Qızıl Aypara Cəmiyyətinə "aclıqdan öldüklərini" iddia edən insanlar üçün ərzaq və tibbi ləvazimatlar olan yük maşınlarının karvanlarına icazə verib.

Ermənilər Qızıl Aypara bayraqları dalğalanan yük maşınlarının karvanlarını sevinclə qarşıladılar? Xeyr. Ağdamdan gələn yolu beton barrikadalarla bağladılar - ermənilərin məhv etdiyi 50 minlik Ağdam şəhərindən. Onlar "aclıqdan öldüyünü" iddia etdikləri erməniləri ərzaqla təmin etmək üçün yük maşınlarını Azərbaycanın öz ərazisinə buraxmaqdan imtina ediblər.
Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru, "ermənilərin aclıqdan öldüyünü iddia edən" "mütəxəssis" Luis Moreno Okampoya gəlincə, o, bu əraziyə səfər edə bilməsi üçün azərbaycanlılar tərəfindən verilmiş Azərbaycana giriş vizası almalıdır.

Onun bu ərazilərdə olduğuna dair heç bir sübut yoxdur. Heç bir sübut, heç nə. Mən isə orada hər dəfə Azərbaycan vizası ilə həftələr keçirmişəm".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 780   Tarix: 09 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr