Britaniyadakı icmamız İlinq şəhər Şurasının ermənipərəst qərarına yenidən baxılması üçün çağırış edib

Britaniyadakı icmamız İlinq şəhər Şurasının ermənipərəst qərarına yenidən baxılması üçün çağırış edibBöyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında yaşayan Azərbaycan icması Londondakı İlinq şəhər Şurasının (Ealing City Council) "erməni soyqırımı"nın anılması haqqında qərarına sərt etiraz edib.

Britaniya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fəridə Pənahovanın adından Böyük Britaniya Parlamentinin İcmalar Palatasının lideri xanım Penni Mordaunta və xarici işlər naziri Ceyms Kleverliyə ünvanlanan məktublarda icmamızın bu qəbuledilməz və yolverilməz vəziyyətlə bağlı dərin narahatlığı ifadə olunub.

Hər iki rəsmi şəxsin Böyük Britaniyanın maraqları naminə göstərdikləri fədakarlığını yüksək qiymətləndirən cəmiyyət rəhbəri Azərbaycan icmasının fikirlərinin nəzərə alınacağına ümid etdiyini vurğulayıb.

Nəzərə çatdırılıb ki, I Dünya müharibəsi zamanı baş vermiş insan itkisini və faciəvi hadisələri bu gün də kədərlə xatırlayan icmamız İlinq şəhər Şurasının türk millətinə münasibətdə "soyqırımı" ifadəsini dəstəkləməsinə qəti etiraz edir. Şura daxilində bu məsələ ilə bağlı fikir ayrılığının olduğunu əsas gətirən bir neçə şura üzvünün bu qərarın təsdiqlənməsinə qarşı çıxması xüsusilə vurğulanıb.

İlinq şəhər Şurasının qərarının Böyük Britaniya hökumətinin və Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı uzunmüddətli siyasətinə zərbə vurduğu, bütöv bir xalqı yalandan soyqırımında ittiham etdiyi, Birləşmiş Millətlər Təşkilatının məsələ ilə bağlı heç bir qərarının olmamasına məhəl qoymaması kimi faktlara diqqət cəlb edilib.

Tarixi faktların siyasətçilər yox, tarixçilər tərəfindən araşdırmalı olduğu vurğulanıb:

"Biz qəti şəkildə inanırıq ki, bu məsələ siyasi motivlərə deyil, tarixi faktlara əsaslanmalıdır. Qeyd etmək lazımdır ki, heç bir məhkəmə və ya beynəlxalq komitə erməni soyqırımının baş verməsini təsdiqləməyib. Buna görə də hesab edirik ki, İlinq şəhər Şurasının qəbul etdiyi qərarın tarixi dəqiqliyi yoxdur".

Qondarma erməni soyqırımının əsaslandırılmasını şübhə altına alan çoxlu mənbələrin mövcud olduğu, amerikalı kontr-admiral M.L.Bristolun ABŞ Konqresində saxlanılan və erməni soyqırımını dəqiqliklə təkzib edən məşhur hesabatı yada salınıb.

Britaniyada yaşayan azərbaycanlı və türk əhalinin problemlərinə ciddi yanaşmağı xahiş edən soydaşlarımız Britaniya parlamentinə və hökumətinə İlinq şəhər Şurasının (Ealing City Council) qərarına yenidən baxılması üçün çağırış ediblər:

"Hesab edirik ki, parlamentdə hərtərəfli müzakirələr daha balanslı mövqe nümayiş etdirməyə səbəb olacaq və nəticədə İlinq Şurasının qəbul etdiyi qərara yenidən baxılmasına gətirib çıxaracaq".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 718   Tarix: 09 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr