"Ermənilər rəy yaratmağa çalışırlar ki, guya Xankəndidə azərbaycanlılar yaşamayıblar"

"Ermənilər rəy yaratmağa çalışırlar ki, guya Xankəndidə azərbaycanlılar yaşamayıblar""Ermənistanın əsas məqsədlərindən biri Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası prosesinə mane olmaqdır. Elə buna görə də belə rəy yaratmağa çalışırlar ki, guya Xankəndidə, keçmiş Ağdərə və Əsgəran rayonlarında azərbaycanlılar yaşamayıblar".

Bu sözləri "Report"a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Ekspert bildirib ki, bu, kökündən yanlış, tamamilə əsassız iddiadır:

"Arxivləri də açsaq, görərik ki, hazırda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildikləri ərazi tarixi Azərbaycan torpaqlarıdır. Sadəcə olaraq, ermənilər həmişə olduğu kimi, indi də çətinə düşəndə yalan kampaniyasını işə salır, təbliğat aparmağa çalışırlar. Əlbəttə, bu işdə erməni lobbisinin də xüsusi rolu var".

Politoloqun sözlərinə görə, ermənilər başa düşürlər ki, danışıqlar prosesi inkişaf etsə, Qarabağ daimi olaraq Azərbaycan ərazisi kimi tanınacaq və kommunikasiyalar açılacaq:

"Eyni zamanda, sərhədlərin delimitasiyası və demarkasiyası baş tutacaq. Bu isə anklavların Azərbaycana qaytarılması deməkdir. Ermənistan buna mane olmaq istəyir".

O bildirib ki, bütün bunlar baş tutarsa, ermənilər manipulyasiya imkanlarından məhrum olacaqlar:

"Qarşı tərəf məhz bundan qorxur. İkinci bir tərəfdən, rəsmi İrəvan Bakı və Ankaranın regiondakı rolunun artmasından narahatdır. Ona görə də yalanlara əl atır. Əslində, Ermənistanın hazırkı ritorikası ənənəvi siyasətdir".

İ.Vəlizadənin sözlərinə görə, kommunikasiyalar açılarsa, Ermənistan alternativ yollar çəkməyə məcbur olacaq:

"Bu, asan iş deyil, ciddi maliyyə tələb edir. Ona görə də rəsmi İrəvan indi danışıqlar prosesini ləngitməyə çalışır. Onlar bu işdə həm də xarici aktorlara, o cümlədən Fransaya arxalanırlar".

Qeyd edək ki, ermənilərin xaricdə apardığı təbliğat beynəlxalq ictimaiyyətdə elə təəssürat formalaşdırıb ki, sanki Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə tarixən ancaq ermənilər yaşayıblar, guya orada heç azərbaycanlı olmayıb. Halbuki, Qarabağ iqtisadi rayonunda münaqişədən öncə azərbaycanlılar yaşayıblar və indiyə qədər onların öz evlərinə qayıdışı təmin olunmayıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1418   Tarix: 10 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr