BQXK-dən Rusiya ofisinə təzyiq: Xankəndiyə çatacaq yük Bərdədə stop edib - ŞƏRH

BQXK-dən Rusiya ofisinə təzyiq: Xankəndiyə çatacaq yük Bərdədə stop edib - ŞƏRHRusiya Qırmızı Xaç Cəmiyyətinin (QXC) Azərbaycan ərazilərində - Qarabağ iqtisadi rayonunda – yaşayan ermənilərə göndərdiyi ərzaq yükü ilə dolu avtomobili Bərdədədir.

Yox, texniki məsələ kimi Bərdədən keçməkdən söhbət getmir, vurğunu ona edirik ki, Rusiyanın humanitar yüklərinin Ağdam-Xankəndi yolu ilə hərəkəti gecikir, bir növ Bərdədə "Bərdə" hotelinin yanında stop edilib.

Məsələnin Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə əlaqələrinin olması istisna deyil. Belə ki, BQXK Rusiya ofisinə təzyiq edərək arxa plandakı missiyasını bir daha əyan etmiş olur.

Rusiya BQXK-nin Ağdam-Xankəndi marşrutu ilə yük daşıması fəaliyyətinin süni şəkildə əngəllənməsi mərkəzi ofisdən verilən gizli təlimatın göstəricisidir.

Mərkəzi ofisin mövqeyi təbii ki, Qərbin müəyyən dairələrinin Ağdam-Xankəndi yolu ilə yük keçidinə maneçilik törətməsi cəhdləri ilə eynilik təşkil edir. Görünür ki, Qərb dairələri BQXK-dən öz məqsədləri üçün vasitə kimi istifadə edirlər.

Belə selektiv yanaşma qəbuledilməzdir və həmin beynəlxalq təşkilatın missiyasını, öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmasının sübutudur. Vəziyyətin belə tempdə qalması regiondakı pozuculuq fəaliyyətini körükləyir və regional təhlükəsizliyə, Azərbaycan-Ermənistan sülh gündəliyinə xələl gətirir.

BQXK-nin erməni propaqandasının ifadəçisi olduğu yeni bir hal da deyil. Lakin indi BQXK Qərbin Ermənistanın işğalçılıq siyasətinə dəstək olan dairələrinin mənafelərini ifadə edən növbəti mərhələni nümayiş etdirir.

Yaxşı olar ki, BQXK geosiyasi oyunların aləti olmaq xəttindən ayrılıb, özünün məqsəd və məramını düzgün icra etsin.

Ancaq bunun baş verməsi müşkülə oxşayır, çünki BQXK nəinki tərəfsizlik prinsipini pozur, hətta bir az da irəli gedərək kəşfiyyat fəaliyyəti həyata keçirir və topladığı məlumatları ona diktə edən mərkəzlərə ötürə bilər.

Vəziyyəti gərginləşdirmək BQXK-yə başucalığı gətirmir, əksinə onun onsuz da qaranlıq və çirkabla dolu fəaliyyətini (Azərbaycan-Ermənistan məsələsinə münasibətdə) ifşa edir.

Məsələ, Qərblə Rusiyanın Azərbaycan-Ermənistan sülh danışıqlarına təsir etmək üçün kəskinləşəcək rəqabət trayektoriyasında inkişaf edə bilər.

Azərbaycan isə israrlı, qətiyyətli, qərarlıdır – Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə özünün yurisdiksiyasını təmin etmək Bakının ali məqsədlərindən biridir.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1098   Tarix: 10 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr