Hikmət Babaoğlu: "Ağdam marşrutunun açılması artıq həll olunub, qondarma rejim də özünü buraxmalıdır"

Hikmət Babaoğlu: "Ağdam marşrutunun açılması artıq həll olunub, qondarma rejim də özünü buraxmalıdır""Azərbaycan ermənilərin ölkəmizə qarşı "humanitar müharibəsi"ni də iflasa uğratdı. Nəticədə ermənilərin humanitar fəlakətlə üzləşdikləri ilə bağlı dünyanı aldatmaq cəhdləri də baş tutmadı".

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib.

Hikmət Babaoğlu deyib ki, Azərbaycanın istədiyi Xankəndi-Ağdam yolunun açılması ilə bağlı razılıq əldə edilib:

"Ağdam marşrutunun açılması artıq həll olunub. Sabah Rusiya Qızıl Xaç Cəmiyyətinin yük maşınının Ağdama, oradan isə Əsgərana daxil olması təmin ediləcək. Beləliklə, artıq bu marşrutla malların və yüklərin daşınması üçün yeni reallıq yarandı. Üstəlik, bir daha hamıya aydın oldu ki, Azərbaycan ərazisinə istənilən təyinatlı yük və yaxud yardım yalnız və yalnız Azərbaycanın icazəsi və onun təklif etdiyi marşrutla mümkündür. Yəni Azərbaycan icazə versə, eyni vaxtda Laçın yolu ilə də müxtəlif təyinatlı yük və mallar daşına bilər ki, bu da Azərbaycan qanunlarının icazə verdiyi formada mümkün ola bilər. Şübhəsiz ki, bu, nəzarət buraxılış və gömrük nəzarətindən keçməklə mümkündür".
Deputat qeyd edib ki, ermənilərin və onları dəstəkləyən bir çox dövlətlərin Xankəndi-Ağdam yolunun açılmasına qarşı olan mövqeləri sıradan çıxarıldı:

"Bu, ermənilər və onların hamiləri üçün bir siyasi-psixoloji əzilmə nöqtəsi idi. Ancaq bu heç də o demək deyil ki, Ermənistan tərəfindən maliyyələşdirilən və hələ də fəaliyyət göstərən qondarma rejimin dərhal özünü buraxması ilə bağlı Azərbaycanın tələbləri qüvvədən düşdü. Əsla belə deyil. Ən qısa zamanda Qarabağ iqtisadi rayonunda olan qondarma rejim özünü buraxmalı, qeyri-qanuni erməni silahlı birləşmələri ölkəmizi tərk etməli, Azərbaycanın suveren hüquqları və qanunları Qarabağda tətbiq edilməlidir. Elə növbəti addım da bu olacaq".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1325   Tarix: 10 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr