Azərbaycanda tələbələri SEVİNDİRƏCƏK XƏBƏR - Bu ərazilərdə... - FOTO

Azərbaycanda tələbələri SEVİNDİRƏCƏK XƏBƏR - Bu ərazilərdə... - FOTOBu gündən Azərbaycanda universitet və kolleclərdə tədris başlayıb.

BAKU.WS-in məlumatına görə, bəzi tələbələr, xüsusi bölgələrdən paytaxta gələrək təhsil alan şəxslər kirayə ev tutmaqda çətinlik çəkirlər.

Buna səbəb kirayə evlərin qiymətinin heç də münasib olmamasıdır.

Belə olan halda tələbələr üçün yeni yataqxanaların tikilməsi gündəmə gəlir.

Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov BAKU.WS-ə bildirdi ki, tələbələrin yataqxanalarla təminatı xeyli müddətdir müzakirə olunur və bu istiqamətdə Asiya İnkişaf Bankı ilə danışıqlar da aparılıb:

Azərbaycanda tələbələri SEVİNDİRƏCƏK XƏBƏR - Bu ərazilərdə... - FOTO"Təhsil sistemində vacib məqamlardan biri kampus yanaşmasıdır. Təəssüflər olsun ki, ölkədə universitetlərin ya yataqxanası yoxdur, ya da yataqxanaların sayı azdır. Bu da tələbələrin yataqxanalara yerləşdirilməsi istiqamətində çətinliklər yaradır.

Hesab edirəm ki, yataqxanaların sayının artırılması və daha uyğun qiymətə tələbələrə verilməsinə ehtiyac var. Bu, ona görə vacibdir ki, xüsusilə sosial dəstəyə ehtiyacı olan tələbələrin daha ucuz qiymətə yataqxanalarla təminatı reallaşar. Həmçinin kirayə mənzil bazarında qiymətlərin tənzimlənməsi baxımından vacibdir. Çünki yataqxanaların sayının az olması kirayə mənzil bazarında qiymətlərin artmasına təsir göstərir. Bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq fayadalı ola bilər. Çünki beynəlxalq təşkilatların cəlb edilməsi yataqxanaların daha ucuz qiymətə inşa edilməsi və tələbələrə sərfəli qiymətə təklif edilməsinə səbəb ola bilər".

Mövzu ilə bağlı BAKU.WS-ə danışan əmlak məsələləri üzrə ekspert Ramil osmanlı isə bəlli ərazilərdə tələbə yataqxanalarının inşa edilməsinin zəruruliyini vurğuladı:

Azərbaycanda tələbələri SEVİNDİRƏCƏK XƏBƏR - Bu ərazilərdə... - FOTO"Hesab edirəm ki, yeni yataqxanaların inşaasını dövlətin üzərinə qoymamalıyıq. Bu prosesə mütləq sahibkarlar cəlb edilməlidir. Sahibkarları bu işə cəlb etmək üçün təşviqedici addımlar atılmalıdır. Müəyyən güzəştlər edilməli, dövlət tərəfindən torpaq ayrılmalı, ərazi üzrə infrstrauktur işləri görülməlidir.

Fikrimcə, nəqliyyat xərclərini nəzərə alaraq metrolara yaxın ərazilərdə tələbələr üçün yeni yataqxanalar salına bilər. "Xocəsən", "Avtovağzal", "Dərnəgül", "Azadlıq" və "Həzi Aslanov" stansiyalarının yaxınlığında yataqxanların salınması tələbələr üçün uğurlu ola bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1399   Tarix: 15 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda 1,3 milyon manata məktəb tikiləcək

Bakı şəhəri, Sabunçu rayonu 68 nömrəli tam orta məktəbin sökülərək yenidən tikiləcək. -ın məlumatına görə, təhsil müəssisəsinin 528 şagird yerlik olması planlaşdırılır. Həmçinin yeni binanın tikintisinin əlavə işlərinin və mebel avadanlıqları ilə təchiz edilməsi layihəyə daxil olunub. Sözügedən məsəl

23 fevral
.

Günay Ağamalının köməkçisi Pərviz Mirizadə işindən ayrıldı

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Günay Ağamalının köməkçisi Pərviz Mirizadə işindən ayrılıb. -ın -a istinadən verdiyi məlumata görə, o, ötən həftə sözügedən vəzifəni tərk edib. Xatırladaq ki, bir neçə gün əvvəl deputat Günay Ağamalının atası Fəzail Ağamalının yas mərasimində köməkçisi Pərvi

23 fevral
.

Valideyn davranışı uşağın gələcək şəxsiyyətinə necə təsir edir? - AÇIQLAMA

Uşağın şəxsiyyəti boş lövhə kimi formalaşmır. O, ilk gündən valideyn münasibətinin, ailə mühitinin və emosional iqlimin içində böyüyür. Psixoloqlar hesab edir ki, erkən yaş dövründə qurulan bağlanma modeli, valideynin verdiyi reaksiyalar və tətbiq etdiyi tərbiyə üsulu insanın gələcək xarakterinin, özün

24 fevral
.

Zərdabda şəhid atası vəfat etdi - Foto

Şəhid Fərid Rüstəmovun atası Nofəl Rüstəmov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhid atası bu gün səhər yaşadığı Zərdab rayonunun Gəndəbil kəndində dünyasını dəyişib. Mərhum kənd qəbiristanlığında dəfn edilib. Qeyd edək ki, 1993-cü il təvəllüdlü Fərid Rüstəmov DSX-nin kiçik giziri kim

24 fevral
.

Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 10 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb. xəbər verir ki, iclasın gündəliyində Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında qərarında dəyişiklik layihəsi daxil olmaqla ümumilikdə, 10 məsələ var. İclasa spiker Sahibə Qafarov

24 fevral
.

Bu gün Novruzun ilk - Su çərşənbəsidir

Bu gün Azərbaycanda Su çərşənbəsi qeyd olunur. xəbər verir ki, Su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlayır. İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi Su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona "əzəli çərşənbə", "gül çərşənbə" də deyirlər

24 fevral
.

Peyvənd vurulan körpə şoka düşərək öldü - Yenilənib

Goranboyda peyvənd vurulan körpə ölüb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Ballıqaya kəndində baş verib. Belə ki, kənd sakini 2025-ci il təvəllüdlü körpəyə tibb məntəqəsində yoluxucu xəstəliklərə qarşı peyvənd vurulub. O, iynənin təsirindən şoka düşərək vəfat edib. Faktl

23 fevral
.

Bakıda bu ərazilərdə köhnə evlər SÖKÜLƏCƏK

Paytaxt və ətraf qəsəbələrdə dəmir yolu infrastrukturunun yenilənməsi prosesi sürətlənir. -in məlumatına görə, yeni layihələr çərçivəsində həm mövcud xətlərin modernləşdirilməsi, həm də yeni istiqamətlərin çəkilməsi nəzərdə tutulur. Lakin bu proses bəzi ərazilərdə fərdi yaşayış evlərinin sökülməsi il

23 fevral
.

Prokurorluğa çağırılan Çelsi ölkədən qaçdı

Son günlər paylaşımları ilə gündəmə gələn model Çelsi Baxşıyeva prokurorluğa çağırılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sosial şəbəkələrdə nalayiq ifadələr işlədən tiktoker çağırışa getməyib, həmin gün ölkəni tərk edib. Məsələ ilə bağlı Çelsinin də mövqeyini öyrəndik. O, şikayə

23 fevral