Valideyn davranışı uşağın gələcək şəxsiyyətinə necə təsir edir? - AÇIQLAMA
Uşağın şəxsiyyəti boş lövhə kimi formalaşmır. O, ilk gündən valideyn münasibətinin, ailə mühitinin və emosional iqlimin içində böyüyür.
Psixoloqlar hesab edir ki, erkən yaş dövründə qurulan bağlanma modeli, valideynin verdiyi reaksiyalar və tətbiq etdiyi tərbiyə üsulu insanın gələcək xarakterinin, özünə münasibətinin və sosial davranışlarının əsasını qoyur.
Bəs valideyn davranışı uşağın gələcək şəxsiyyətinə necə təsir edir?
Psixoloq G.Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:
"Uşağın şəxsiyyətinin formalaşmasında ən vacib amillərdən biri emosional təhlükəsizlik hissidir. Uşaq valideyn tərəfindən qəbul olunduğunu, sevildiyini və dəstəkləndiyini hiss etdikdə, onda sağlam özünə dəyər formalaşır. Əksinə, davamlı tənqid, müqayisə və ya laqeyd münasibət uşağın daxilində "yetərli deyiləm" inancını yarada bilər.
Valideynin davranış modeli də birbaşa təsir göstərir. Uşaqlar deyiləni yox, gördüyünü təqlid edir. Aqressiv ünsiyyət görən uşaq problemi aqressiya ilə həll etməyi öyrənə bilər. Hörmət və empatiya mühitində böyüyən uşaq isə sosial münasibətlərdə daha balanslı olur.
Həddindən artıq nəzarətçi valideynlik gələcəkdə qərar verməkdə çətinlik, asılı davranış və ya gizli üsyankarlıq yarada bilər. Tam sərhədsiz və qaydasız mühit isə məsuliyyət hissinin zəif inkişafına səbəb ola bilər. Sağlam tərbiyə modeli həm sevgi, həm də sərhəd balansını qorumağı tələb edir.
Erkən uşaqlıq dövründə formalaşan bağlanma tərzi də gələcək münasibətlərə təsir edir. Təhlükəsiz bağlanma yaşayan uşaq böyüdükdə münasibətlərdə daha stabil və güvənli olur. Davamlı rədd və emosional uzaqlıq isə gələcəkdə yaxınlıqdan qaçma və ya həddindən artıq asılılıq kimi davranışlara səbəb ola bilər.
Valideyn davranışı uşağın yalnız uşaqlıq dövrünü deyil, onun gələcək özünə inamını, münasibət qurma bacarığını və stresslə mübarizə üsullarını formalaşdırır. Şəxsiyyət bir gündə yaranmır - o, hər gün evdə baş verən kiçik münasibətlərin cəmidir. Uşaq üçün valideyn ilk güzgüdür və o, özünü həmin güzgüdə necə görürsə, çox vaxt dünyaya da elə baxır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 975 Tarix: 24 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İşsiz şəxslərin diqqətinə: 478 manat...
Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini
20 sentyabrAzərbaycan əhəng istehsalını avqustda 2 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26,8 min ton əhəng istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 79 % çoxdur. Təkcə avqustda isə ölkədə 4,8 min ton əhəng istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 2 dəf
19 sentyabrAzərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"
20 sentyabrSentyabrın 21-dək bunu etməyənlər CƏRİMƏLƏNƏCƏK
21 sentyabr 2026-cı il avqust ayı üzrə bir sıra vergi bəyannamələrinin təqdim edilməsinin son günüdür. Bu barədə -a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. Son tarixədək aşağıdakı bəyannamələr təqdim edilməlidir:. uduşlardan və mükafatlardan əldə edilmiş gəlirdən ödəm
19 sentyabrPensiya və minimum ƏMƏKHAQQI ARTIR - VİDEO
2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır. xəbər verir ki, 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətlər
20 sentyabrBu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq
Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir
20 sentyabrPensiyalar və uşaqpulu ilə bağlı GÖZLƏNİLMƏZ PLAN - DETALLAR ÜZƏ ÇIXDI
İqtisadçı Natiq Cəfərlinin son təklifi diqqət çəkib. O, vətəndaşlar üçün beş maddəlik "rahatlıq planı" açıqlayıb. Buraya quru sərhədlərin açılması, uşaqpulu, bir çox dövlət-hökumət qurumlarının ləğvi, və ya səlahiyyətlərinin kəskin azaldılması, kiçik-orta sahibkarlara müəyyən güzəştlər, pensiyakapitalın
19 sentyabr