Paşinyan Rusiyaya kürəyindən zərbə endirdi - Korotçenko
Nikol Paşinyan administrasiyasının müvafiq departamentlərinin nəzarəti altında olan hökumətyönlü erməni bloqosferi Rusiya Federasiyasını və Rusiya siyasi rəhbərliyini gözdən salmaq üçün genişmiqyaslı informasiya kampaniyasına başlamaq əmri alıb.
Sonxeber.az xəbər verir ki, bunu Rusiyanın "Nasionalnaya oborona" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko öz Teleqram kanalında yazıb.
O, Ermənistanda hakimiyyətyönlü bloqer Roman Baqdasaryanın Paşinyan administrasiyasının göstərişi işə Rusiyanın birinci şəxslərinin ünvanına təhqiramiz bəyanatlar səsləndirməsinə diqqət çəkib.
"Baqdasaryanın çıxışının tezisləri Ermənistanın baş naziri Nikol Paşinyan və onun "sağ əli" parlamentin spikeri Alen Simonyanın bu yaxınlarda açıqladığı anti-Rusiya bəyanatları ilə tam üst-üstə düşür. Üstəlik, Baqdasaryan Simonyanın tezislərini kopyalayıb, yaradıcı şəkildə inkişaf etdirməklə qeyri-normativ leksikadan istifadə edərək xüsusən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsünə hücum edib.
Rəsmi İrəvanın bütün bu iyrənc və rüsvayçı informasiya kampaniyasının Ermənistanda "Eagle Partner 2023" adlı erməni-amerikan hərbi təlimləri və Avropa İttifaqının kəşfiyyat və müşahidə missiyasının fəal anti-Rusiya təxribat işi fonunda baş verməsi olduqca diqqətə layiqdir.
Eyni vaxtda erməni hərbi qulluqçuları və Qarabağdakı erməni qeyri-qanuni silahlı birləşmələri vəziyyəti gərginləşdirmək üçün demək olar hər gün silahlı təxribatlar təşkil edirlər.
Qarabağdakı erməni separatçılarının Rusiya sülhməramlılarına, onların texnikasına, zirehli texnikasına və sülhməramlı kontingentin dislokasiya məntəqələrinə qarşı birbaşa təxribat xarakterli hərəkətləri də qeyd edilir.
İstisna etmək olmaz ki, Moskva və İrəvan arasında dərinləşən siyasi böhran fonunda separatçılar tərəfindən Rusiya və Azərbaycan hərbçiləri arasında toqquşma törətmək məqsədi ilə Rusiya sülhməramlılarına qarşı genişmiqyaslı silahlı təxribat baş verə bilər.
Xüsusilə qeyd etmək lazımdır ki, Kremlin bütün səyləri xüsusi hərbi əməliyyat problemlərinin həllinə və Şimal-Cənub nəqliyyat dəhlizini işə salmaqla Qərbin genişmiqyaslı sanksiyalarını aradan qaldırmağa yönəldiyi bir vaxtda Paşinyan başda olmaqla Ermənistan Rusiyanın kürəyindən zərbə endirib", - rusiyalı ekspert vurğulayıb.
Axar.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 802 Tarix: 16 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq
Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric
4 oktyabrOman sahillərində xam neft tankeri naməlum mərmi ilə vurulub, UKMTO bildirib
Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları (UKMTO) şənbə günü səhər saatlarında bildirib ki, xam neft tankerinin kapitanı Omanın dörd dəniz mili şərqində naməlum mərmi ilə vurulub. The Jerusalem Post-a istinadən xəbər verir ki, UKMTO, bütün ekipaj üzvlərinin təhlükəsiz olduğunu və hazırda ətraf mühit
3 oktyabrRusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib
Kabarda-Balkariyada (Rusiya) məhbusun məhkumların daşınması üçün olan vaqonda konvoyçulara hücumu nəticəsində Cəzaların İcrası Federal Xidmətinin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə TASS qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb. "Murtazov
4 oktyabr327 gün dənizdə qaldı: Britaniyalı səyyah iki okeanı təkbaşına fəth etdi
Britaniyalı səyyah Deyv Bell Sakit və Hind okeanlarını təkbaşına və fasiləsiz avar çəkərək keçib. O, 327 gün 16 saat ərzində 15 500 dəniz mili (təxminən 28 700 kilometr) məsafə qət edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 54 yaşlı keçmiş hərbi dəniz piyadası səyahətinə 2025-ci il noyabrı
3 oktyabrTramp: CAATSA ilə bağlı problem yoxdur
ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının ləğvi ilə bağlı problem olmadığını bildirib. "Report" xəbər verir ki, Ağ Ev lideri bunu "CNN Türk" jurnalistinin müvafiq sualına cavab olara
4 oktyabr"Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı
Türkiyənin Silivri Respublika Baş Prokurorluğu tərəfindən Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı başladılan istintaq çərçivəsində yeni faktlar ortaya çıxıb. bu barədə "Haber Global" istinadə xəbər verir. Belə ki, istintaq çərçivəsində keçmiş polis rəisi və ssenarist, istintaq çərçivəsind
3 oktyabrKobaxidze: Gürcüstan Aİ qarşısında öhdəliklərinin 90 faizini yerinə yetirib
Gürcüstan Avropa İttifaqı (Aİ) ilə Assosiasiya Gündəliyi və Dərin və Hərtərəfli Azad Ticarət Sazişi (DCFTA) çərçivəsində üzərinə götürdüyü öhdəliklərin təxminən 90 faizini yerinə yetirib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Open Air"
4 oktyabr